Till Lindemann
Till Lindemann | |
---|---|
alm. Till Lindemann | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | 4 yanvar 1963[1] (61 yaş) |
Doğum yeri | |
Milliyyəti | Alman |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, şair, yazıçı, mahnı yazarı[d], musiqiçi, aktyor, bəstəkar |
Fəaliyyət illəri | 1981-ci ildən |
Janrlar | Neue Deutsche Härte[d], indastrial-metal |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Till Lindemann yaxud Didrix Lindemann (4 yanvar 1963[1], Leypsiq[2]) — 4 yanvar 1963-cü ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. Rammstein rok qrupun vokalisti və yaradıcılarından biridir. Bu vaxta kimi 8 filmdə çəkilmişdir. Eyni zamanda "New Rock" dəbli ayaqqabı istehsalı firmasının sahibidir.
Xarakteri
[redaktə | mənbəni redaktə et]Lindemannın səhnə performansı olduqca maraqlıdır. Ən məşhur hərəkəti azacıq əyilərək, ifa edilən musiqinin ritminə uyğun əlini öz dizinə vurmasıdır. Digər bir xarakteristik xüsusiyyəti isə "R" hərfini xüsusi vurğu ilə deməsidir. Buna əsas səbəb Şərqi Almaniya dialektidir. Həmçinin, Lindemann səhnədə olduğu zaman alovla oynamağı da çox sevir. Bu sevgisi səbəbindən özü və digər üzvləri təhlükəli anlar yaşamışdır. Özü dəfələrlə demişdir ki, izlyiciləri və konsertdə iştirak edən digər şəxsləri təhlükə altına alacaq heç bir şey etməz, amma məlumdur ki, öz bədənində birinci dərəcədən yanıq izləri mövcuddur.
Lindemann; Chris Isaak, Marilyn Manson, Jan Mişel Jarr, Tangerine Dream, Mike Oldfield, Ministry, Nine Inch Nails, Type O Negative, Limp Bizkit, Black Sabbath, Deep Purple, KMFDM qruplarını və bazar günləri parkda caz musiqisi dinləməyi çox sevdiyini və ona görə ilk Alman qrupunun da Kraftwerk olduğunu söyləmişdir. Lindemann sol qulağının iki yerindən dəlik açdırmışdır, lakin uzun müddət pirsinq və ya sırğa taxmamışdır. Bu dəliklər bir çox şəkildə və video klipdə aydın seçilir. Åkerlund rəhbərliyindəki Ich Tu Dir Weh klipi çəkilişlərində Till-in ağzından işıq saçır və bunu yanağından dəlik açdıraraq bir kabelin ağızındakı işıq qaynağına bağlanmasıyla etmişdir.
İncəsənətlə yaxından əlaqədardır. Ən sevdiyi rejissor Lars von Trier'dir. Lindemann alkoqola olduqca düşkündür; ən sevdiyi içki tekiladır. Həm də siqaret bağımlısıdır. Bildiyi dillər: Alman, İspan və İngilis dili. Musiqi ilə məşğul olmazdan əvvəl Almaniyada yaxşı bir üzgüçü kimi tanınmışdır, lakin çiynindən zədələndiyinə görə bu idmanı buraxmışdır və musiqi ilə məşğul olmağa başlamışdır. Ayrıca zərb alətində və harmonikada da ifa edə bilir.
Till və qrupun nazi, faşist bir qrup olaraq düşünülməsi isə "Links 2 3 4" mahnısındakı səhnə nümayişləri və "Reise, Reise" albomundakı qapaq şəkilləri ilə bağlıdır . Bununla yanaşı Till-in Şərq Almanı olması və istifadə etdiyi dil və üslubu bu istiqamətdəki şübhələri daha da artırmışdır. Qrup üzvləri isə belə bir şeyin olmadığını dəfələrlə vurğulamışlar. Ayrıca qrup üzvlərinin din haqqında da bir fikirləri yoxdur. Qrupa yönəldilən bir başqa tənqid də qrupun homoseksual olması ilə əlaqədardır, Ancaq bu da doğru deyil. Qrupun bütün üzvlərinin başından bir evlilik keçmişdir. "Bück Dich" mahnısının canlı performansında edilən hadisə də dildo alətinin içinə pernoid maye və su qarışdırılaraq göstərilən bir şoudan ibarətdir, Ancaq yenə də mübahisəli şoular arasında əhəmiyyətli bir yerə malikdir. Till həm də davakar xarakterə malikdir. Hətta bir çox adama görə Lindemann dəli dərəcəsində maraqlı biridir. Till-in bir digər xüsusiyyəti də hər konsertin ardından, həmin ölkənin diliylə təşəkkür etməsidir.
Keçmişi və ailəsi
[redaktə | mənbəni redaktə et]Lindemann, Leypsiqdə anadan olmuşdur. Valideynləri və özündən altı yaş kiçik olan bacısıyla yaşamış və uşaqlığını burada keçirmişdir. Şair olan atası Verner Lindemanla arası heç də yaxşı olmayıb. Köhnə bir (təqaüdçü oldu) jurnalist olan anası Brigitte "Gitta" Lindemann ilə atası 1975-ci ildə, Lindemann 12 yaşındaykən boşanmışdır. Atası, W Verner Lindeman, özünü içkiyə verdiyi üçün 1992-ci ildə noyabrda içki komasına girərək həyatını itirmiş, Wendisch-Rambow yaxınlığında bir yerə basdırılmışdır. Lindemann da nə cənazəsi üçün, nə də ziyarət məqsədli olaraq heç atasının məzarına getməmişdir. Hər fürsətdə da atasını heç sevmədiyini ifadə edir.
Lindemann, 11 yaşındaykən Rostock Sports Club adlı idman məktəbinə getmiş və 1977–1980 illəri arasında internat məktəbində oxumuşdur.1978-ci ildə Lindeman Florensiada keçirilən Avropa Yeniyetmə Üzgüçülük Çempionatında 1500 m üzrə sərbəst üzmə yarışında 11-ci yer, 400 metr sərbəst üzmədə 4'17"58 müddətində 7-ci yeri tutmuşdur. 1980 Moskva Olimpiya oyunlarına seçilmiş, amma aldığı zədəyə görə idmanı dayandırmışdır. İdman məktəbindən isə 1979-cu ildə ayrılır.
Lindemann, gənckən bir çox işdə çalışmışdır; dülgər, qalereya texniki, torf kəsən, səbət toxucusu kimi. Uşaqlığında balıqçı olmaq istədiyini söyləmişdir.
1981-ci ildə Lindemann hərbi xidmət vaxtı gəldiyində buna qarşı çıxır. Komandirlərinə qarşı gəlmiş, saysız dayaq yemiş və həbs yatmışdır.
1985-ci ildə, Lindemann 22 yaşındaykən, ilk qızı Nele doğulmuşdur. Nele doğulduqdan sonra anası ilə evlənmiş, amma daha sonra yenidən boşanmışdır və Neleyi də uzun müddət tək başına böyütmüşdür, amma sonradan qrupla birlikdə turneyə çıxdıqları üçün ilin altı ayı qədər uzun bir zaman evdə olmadığına görə anası ilə ortaq böyütməyə başlamışdır.
Berlin Divarının 9 noyabr 1989 tarixində yıxılması ilə Lindemann da bir çox Alman kimi həyatında yeni bir səhifə açır.
Lindemann-ın, Anja Köseling adlı əvvəlki sevgilisindən bir qızı var.
Rixard Kruspe ilə birlikdə verdikləri bir müsahibədə Rammstein'ın üzvlərindən biri ölənə qədər davam edəcəklərini demişdir.
Lindemann dörd uşaq atasıdır.
Karyerası
[redaktə | mənbəni redaktə et]Lindemann 1986-cı ildə punk qrupu "First Arsch"-da baraban ifa edərək musiqi həyatına başlamışdır. First Arsch, Schwerin-də başlamış bir qrupdur. O vaxtlar Şərqi Almaniya-da bu cür şeylər qadağan olduğu üçün gizli davam edən bir qrup idi. Qrupun adının tərcüməsinin də çox vaxt İlk İncəsənət olduğu güman edilmişdir. Qrupun Saddle Up adlı bir albomu vardır. Lindemann, mahnı sözü yazmağa daha sonra başlamışdır.
Lindemann "Feeling B" adlı bir qrupda da yer almışdır. Lied von der unruhevollen Jugend (Canlı olan gəncliyin mahnısı) adlı mahnı "Feeling B"nin çıxardığı "Hea Hoa Hoa Hea Hea Hoa" (1990) adlı albomundadır.
1994-cü ildə Lindemann, Rixard Kruspe, Oliver Ridel və Kristof Şnayder bir mahnı yarışmasına qatılmış, bu yarışmanı qazanaraq studiyada peşəkar olaraq musiqi işinə girmə şansını qazanmışdır. Lindemann isə işin ciddiləşdiyini görüb Berlin-ə köçmüşdür. Sonradan Paul Landers və Kristian Lorenz-in də aralarına qatılması ilə Rammstein doğulmuşdur.
Till Lindemann eyni zamanda bir şairdir. noyabr 2002 tarixində nəşr etdiyi Messer (Bıçaq) adlı bir şeir kitabı vardır; 54 şeirdən ibarətdir. Bundan əlavə 2013-cü ildə "In Stillen Nachten" (Səssiz gecə) adlı ikinci şeir kitabı nəşr olunmuşdur.
Till Lindemann həmçinin 2015-ci ildə İsveçli musiqiçi Peter Tägtgren ilə "Lindemann" adlı solo proyektini başlatmışdır. Qrupun "Skills in Pills" adlı ilk albomu 2015-ci il iyun ayında yayımlanmışdır. Albom industrial metal tərzindədir. Albomun bir digər tərəfi isə Almanca yox İngiliscə mahnılar içərməsidir.
Qonaq müğənni olaraq
[redaktə | mənbəni redaktə et]- "Wut will nicht sterben" (1999): "Puhdys" adlı qrupun bu mahnısında qonaq müğənni olaraq ifa etmişdir.
- "Apocalyptica" qrupunun "Worlds Collide" albomunda qonaq sənətçi olaraq "Helden" mahnısını oxumuşdur (2007)
Filmoqrafiyası
[redaktə | mənbəni redaktə et]- "Pola X" (1999): Bir musiqiçi rolunda çıxış etmişdir.
- "XXx" (2002): Rammstein-in qalan üzvləriylə birlikdə öz rollarında çıxış etmişdir.
- "Amundsen, der Pinguin" (2003): Bu uşaq filmində, xəzinənin yerini bilən "Amundsen" adlı pinqvini qaçırmağa çalışan üç pis adamdan ən qorxaq və safı olan Victoru canlandırmışdır.
- "Vinzent" (2004): Bu filmdə heyvan haqqları müdafiəçisi rolunu canlandırmışdır.
Əlavə məlumatlar
[redaktə | mənbəni redaktə et]- "Khira Li Lindemann", əslində Till-in deyil ; Rixard Kruspe-in qızıdır. Bu soyad qalmaqalının meydana gəlməsi belə olmuşdur: Till, arvadından boşandığına baxmayaraq arvadı köhnə soyadına dönmür, Till-in soyadından istifadə etməyə davam etmişdir. Till-in köhnə yoldaşı daha sonra Rixard Kruspe ilə evlənmişdir və bu evliliklərindən "Khira" adlı qızları dünyaya gəlmişdir.
Albomları
[redaktə | mənbəni redaktə et]Rammstein ilə
[redaktə | mənbəni redaktə et]- Herzeleid (Motor Music, 25 sentyabr 1995).
- Sehnsucht (Motor Music, Slash, 22 avqust 1997).
- Mutter (Motor Music, 2 aprel 2001).
- Reise, reise (Motor Music, Republic Records, 27 sentyabr 2004).
- Rosenrot (Universal, 28 oktyabr 2005).
- Liebe ist für alle da (Universal, Vagrant, 16 oktyabr 2009).
Lindemann ilə
[redaktə | mənbəni redaktə et]- Skills in Pills (Warner Music, 23 iyun 2015)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Till Lindemann // filmportal.de. 2005.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #124182054 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.