Paul Landers

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Paul Landers
alm. Heiko Paul Hirsche
Ümumi məlumatlar
Doğum adı Heiko Paul Hiersche
Doğum tarixi 9 dekabr 1964(1964-12-09)[1] (59 yaş)
Musiqiçi məlumatları
Fəaliyyəti gitaraçı, musiqiçi, bəstəkar, müğənni
Fəaliyyət illəri 1983-cü ildən
Janrlar indastrial-metal, Neue Deutsche Härte[d]
Musiqi aləti gitara
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xayko Paul Landers (9 dekabr 1964[1]) — alman musiqiçisi, "Neue Deutsche Härte" Rammstein qrupunun ritmik gitaristidir.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Paul Landers Almaniya — Şərqi Berlində 7 aylıq olaraq anadan olmuşdur. Anası Polşa doğumludur və atası isə Çexoslovakiyadandır.Ailənin tək uşağı olaraq böyümüşdür. Uşaqlığı 1 il Moskvada keçmişdir. Ailəsi onun skripka ve pianoda çalmağını öyrənməsini istəyir ,amma Paul bunları rədd edərək gitara çalmağı seçir.Anası və atası ayrıldıqdan sonra 16 yaşında evdən qaçır və Kristian Lorenz ilə birlikdə qalmağa başlayır.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

1983-cü ildə Landers Fleyk Lorenz və Alyoşa Rompe ilə birlikdə The East German punk qrupunu, Feeling Bi yaratdı, hansı ki daha sonra Kristof Şnayder də burada yer alacaqdı. 1986-cı ildə Landers Till LindemanRixard Kruspe ilə First Arsch-ı yaratdı. O həmçinin daxil olduğu Die Firma and Die Magdalene Keibel Combo qruplarının 1 nömrəsi kimi çıxış edirdi.

Lindemann, Kruspe, Şnayder və bass gitarist Oliver Ridel-in 1994-cü ildə "Berlin Senate Metro Beat" yarışmasına daxil olaraq qalib olması onlara professinalca yazılmış 4 demo musiqi parçasına sahib olma imkanı verdi. Landers və Fleyk tezliklə Rammstein adlanan qrupa qatılmağa qərar verdi .

Oddly bildirirdi ki, o , roku sevmir, ancaq "Bu Rammsteinlə işləmək kimi görünür".

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

O, 1984-cü ildə Nikki Landers-lə evləndiyində (20 yaşında), öz xanımının soyadını götürür and orta adını birinci adıyla əvəz edir, beləliklə də onun adı Paul Landers adlanır. 1987-ci ildə boşandıqdan sonra, o keçmiş xanımının soyadını saxlayır. Paulun keçmiş evlilikdən olan bir oğlu vardır- Emile Reinke (d. 20 iyun 1990), aktyordur.

Nikki Landers-dən boşandıqdan sonra Feeling B qrupundan olan yoldaşı Kristian Lorens-lə yenidən bir neçə il birgə qalır.

Qrupun ən qısaboy üzvüdür (1.73m).Rus dilində danışa bilir, ancaq yaza və oxuya bilmir.

Pantera, Metallica və The Sex Pistols-a qulaq asmağı sevdiyini demişdir.

  1. 1 2 Paul Landers // Česko-Slovenská filmová databáze (çeş.). 2001.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]