41°19′44″ şm. e. 19°49′04″ ş. u.HGYO

Tirana

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tirana
Tiranë
Tirona
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
41°19′44″ şm. e. 19°49′04″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1614
Sahəsi
  • 41,8 km²
Mərkəzin hündürlüyü 110 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 418.495 nəf. (1 oktyabr 2011)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +355 4
Poçt indeksi 1001–1028
Nəqliyyat kodu TR
Digər
tirana.al
Xəritəni göstər/gizlə
Tirana xəritədə
Tirana
Tirana
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı.

Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir. Ədhəm Bəy Məscidi və saat qülləsi meydanın gözəlliyini daha da artırır. 35 metrlik qüllədən şəhərə baxmaq insana əlavə zövq verir. Paytaxtı öz qoynuna almış Dayti dağı sanki Tirananın mühafizəçisi vəzifəsini yerinə yetirir. Saat qülləsindən qədim şəkillər asılıb. Ölkəni 40 il kommunist rejimdə idarə etmiş Ənvər Xocadan ölkədə demək olar ki, heç bir şey qalmayıb, onun heykəlləri yığışdırılıb. Ənvər Xoca ölkəni 40 il idarə edib. Hətta bu ölkədə 1967-ci ildə dinin olmadığını da rəsmən bəyan edilib. Kommunizm dövründə ölkədə minlərlə məscid və kilsə yerlə bir edilib. Ölkədə kommunizm dövründən qalmış yeganə məscid Ədhəm Bəy Məscididir. O vaxtdan bəri bağlanmış məscid 1991-ci ildə yenidən xalqın xidmətinə verilib. Bu gün minlərlə insan bu məsciddə camaatla namaz qılır.

Tirana panoraması

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]