Topal Əhməd Gəray (kalqay)
Topal Əhməd Gəray | |
---|---|
17 aprel 1515 – mart 1519 | |
Əvvəlki | Mehmed Gəray |
Sonrakı | Bahadır Gəray |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | mart 1519 |
Atası | I Mənqli Gəray[1] |
Ailəsi | Gəraylar |
Topal Əhməd Gəray (krımtat. Topal Ahmed Geray)(v. mart 1519) — Krım xanı I Məngli Gərayın oğlu, Krım kalqayı.[2][3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Doğum tarixi bilinmir. Krım xanı I Məngli Gərayın ikinci oğlu olaraq ehtimal ki, Bağçasarayda dünyaya gəldi. Haqqındakı ilk məlumat qardaşı Burnat Gərayla birlikdə atasının əmrindəki birliklərlə səfərə qatılmasıyla bağlıdır. 1512-ci ildə rus torpaqlarına tərtiblənən bu səfər əsnasında Odoyev və Belyov bölgələri yağmalandı. Rus boyarlarının bölgəyə gəlişiylə geri çəkilən Topal Əhməd Gəray ertəsi il Ryazan bölgəsinə tərtiblənən hücumlara qatıldı.
Atasının vəfatının ardından 17 aprel 1515-ci ildə böyük qardaşı I Mehmed Gəray taxta çıxdı və yaşca ən böyük xanzadə olan Əhməd Gəray kalqay elan edildi. Ancaq doğuşdan və ya qatıldığı səfərlərdə aldığı yaralardan fiziki qüsurlu olan Əhməd Gəray topallayırdı. Bu səbəblə gələcəkdə taxta çıxması gözlənilmirdi. Ancaq taxt iddiasını davam etdirən Əhməd Gəray qardaşına qarşı tərəfdar toplamaq məqsədilə Moskva knyazı III Vasiliyə elçi göndərdi. İlk başda ona verilən Oçakov bölgəsində qalsa da, daha sonra Litva knyazlığı ərazisinə hücumlar tərtibləməyə başladı. Moskva knyazı III Vasili ilə məktublaşaraq, onu Kiyev və Vilna üzərinə səfərə dəvət etdi. Digər yandan oğlu Hümmət Gərayı 1519-cu ilin yanvarında İstanbula göndərərək qardaşı ilə olan taxt mübarizəsində Osmanlı padşahı Yavuz Sultan Səlimdən kömək istədi.
1519-cu ilin martında I Mehmed Gəray oğulları Bahadır və Alp Gərayı, üsyankar qardaşını məğlub etmək üçün Perekop qalasına göndərdi. Bahadır Gəray Perekop qalasında qalaraq Krımdan qaçış yolunu bağladı. Alp Gəray isə əmisiylə açıq meydanda döyüşdü və Əhməd Gəray döyüş meydanında öldürüldü.
Hümmət, Yusif, Bucaq adlı üç oğlunun olduğu bilinir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Яз. Ахматъ-Гирей (rus.). // Энциклопедический лексикон СПб: 1835. Т. 3. С. 496–497.
- ↑ Fisher, Alan, Kırım Tatarları, Çev: Eşref B. Özbilen, Selenge Yayınları, 2009
- ↑ Halim Giray Han, Gülbün-i Hanan, Osman Cudi Neşri, 1327
Mənbə
[redaktə | mənbəni redaktə et]- Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022
- Von Hammer Purgstall, Kırım Hanlığı Tarihi, İnsan Yayınlar, 3. Baskı, 2020