Tovi Lovis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lovis Tovi
Doğum tarixi
Doğum yeri Göttingen
Vəfat tarixi (47 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Elm sahəsi kimya
Alma-mater Göttingen Universiteti
Təhsili
Tanınır kömürlə adsorbsiyanı kəşf etmişdir
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki.

Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.

Tədqiqatları kimyanın müxtəlif problemlərinə həsr edilmişdir. 1784-cü ildə məhlulların ifrat doyması və soyuması hallarını aşkar etmiş, kristalların yetişmə şəraitini müəyyən etmişdir. 1785-ci ildə məhlullarda kömürlə adsorbsiya hadisəsini kəşf edərək, onu ətraflı tədqiq etmişdir. Su, spirt və arağın, əczaçılıq preparatlarının və üzvi birləşmələrin təmizlənməsi üçün ağac kömüründən istifadə edilməsini təklif etmişdir. Duzun məhlullarda kristallaşmasını tədqiq etmişdir. Duzların analiz zamanı individual kristal modifikasiyalarını istifadə etmək məqsədi ilə müxtəlif maddələrin 288 modelini hazırlamış və onları kimyəvi əlamətlərinə görə təsnifatlandırmışdır. Bir neçə soyuducu qarışıq işləyib, hazırlamışdır.

Buzlu sirkə turşusunun alınma üsulunu kəşf etmişdir (1789). İlk dəfə kristal qlükoza (1792), xörək duzu dihidratı (1795) və kristal aşındırıcı qələviləri (1795) almışdır. Susuz (mütləq) dietil efiri və etil spirti haırlamışdır; sonuncunu barium, stronsium və kalsium duzlarını parçalamaq üçün istifadə etmişdir. O, ilk dəfə onun adı ilə Lovis vətəri adlanan, bəzən halonu müşayiət edən optik hadisəni aşkar və təsvir etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

The 1790 St Petersburg Display http://www.atoptics.co.uk/halo/lowpete.htm

  1. Ловиц Товий Егорович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.