Vasif Məmmədzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vasif Məmmədzadə
Vasif Bəxtiyar oğlu Məmmədzadə
Doğum tarixi (47 yaş)
Doğum yeri Şəmkir, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Bəxtiyar Məmmədov
Fəaliyyəti kinorejissor
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2016
Sərkərdə ləyaqəti... General Əliağa Şıxlinski filminə görə "General Əliağa Şıxlinski" yubiley medalı

Vasif Məmmədzadə (15 avqust 1977, Şamxor) — kinorejissor, Azərbaycanın Respublikasının əməkdar mədəniyyət işçisi (2016).[1]

1977-ci il avqust ayının 15-də Şəmkir şəhərində, ziyalı ailəsində anadan olub.

1993-cü ildə Bakı şəhər 112 saylı orta məktəbi bitirib. Həmin il "Azərbaycanfilm" kinostudiyasında assistent kimi əmək fəaliyyətinə başlayıb. 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə qəbul olunub və 1999-cu ildə oranı bitirib. Həmin ildən Azərbaycan Milli Ordusunda həqiqi hərbi xidmət keçib. 2003-cü ildə ADMİU-nun Rejissorluq fakültəsinin magistraturasına daxil olub və 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Tələbə ikən Dövlət Yuğ Teatrında çalışıb. 2000-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinində əvvəlcə rejissor assistenti, sonra isə kinorejissor vəzifələrində çalışıb. CBC Teleradio Şirkətinin Televiziya Filmləri Studiyasında kinorejissor kimi fəaliyyət göstərib. 2016-cı ildən 2020-ci ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin "CARÇIFİLM" Yaradıclıq Birliyində quruluşçu rejissoru olub. 2020-ci ildən AzTv-də kinorejissor kimi fəaliyyət göstərir.

Bir neçə daxili və beynəlxalq kinofestivalların iştirakçısı və qalibidir. Gürcüstanda və İranda keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti günlərində "Duz gölü" və "Kömür" filmləri ilə ölkəmizi təmsil edib.

2001-ci ildə "Ümidli gənclər" adlı festivalda "Olqa" filminə görə "Çarli Çaplin" mükafatına, 2002-ci ildə Beynəlxalq Audiovizual festivalda "Duz gölü" filminə görə AYB-nin təsis etdiyi "Ən orjinal ideya tapıntısı" nominasiyasında "Qızıl qartal" mükafatına və diploma, 2003-cü ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi III "Naməlum" kinofestivalında "Lal" bədii filminə görə Qran-Pri və "Ən yaxşı rejissor" mükafatına layiq görülüb. Bu qalibiyyətinə görə "Azərbaycanfilm" kinostudiyasında Qarabağ mövzusunda "Lal çinar" adlı bədii filmini çəkib.[2] 2013 və 2014-cü illərdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsinin keçirdiyi ənənəvi Beynəlxalq kino festivalında CİBC Telekanalının "Televiziya Filmləri Studiyası"nın "Qaranlıq dünyanın nuru" və "Liderlər Lider haqqında. Heydər Əliyev" adlı sənədli televiziya filmləri xüsusi mükafata layiq görülüb. Həsən bəy Zərdabi mükafatının laureatıdır.

"Şəhər içində şəhər" adlı sənədli televiziya filmi 2013-cü ilin noyabr ayının 20-dən 24-nə kimi keçirilən I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında iki mükafat qazanmışdır. Belə ki, film "TV filmlər" nominasiyasında 2-ci yeri tutaraq gümüş, "Milli kino" nominasiyasında qızıl mükafatı qazanmışdır. Film Azərbaycandan qızıl mükafat qazanan yeganə ekran əsəridir.[3] 2015-ci ildə çəkdiyi və akademiki Xoşbəxt Yusifzadənin 85 illiyinə həsr olunan "Fədakar" 2 hissəli bədii-sənədli filminin uğurlu alınmasına görə ARDNŞ-in "Fəxri fərman"ına layiq görülüb.

2015-ci ildə Sərkərdə ləyaqəti… General Əliağa Şıxlinski filminə görə Respublika Veteranlar Təşkilatının qərarı ilə "General Əliağa Şıxlinski" yubiley medalı ilə təltif edilib.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Evlidir, üç övladı var.

29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[4]

  1. Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018) AR QHT Şurası;
  2. AİDA İMANQULİYEVA (film, 2018) İTV Carçı-film YB;
  3. Ağıllılar və dəlillər (film, 2016)
  4. Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani (film, 2014)
  5. Alman yadigarları... (film, 2012)
  6. Ana qaz (film, 2005)
  7. Aşıq Pənah (film, 2007)
  8. Artirelyanın atası. General Əliağa Şıxlinski.(film, 2019 İTV. Carçıfilm YB.
  9. Ata arzusu (film, 2002)
  10. Azad Mirzəcanzadə (film, 2018) İTV Carçı-film YB
  11. Azərbaycan neftçisinin rəmzi... akademik Xoşbəxt Yusifzadə (film, 2020)
  12. Azərbaycan - Tolirantlıq nümunəsi (film, 2017) İTV Carçı-film YB
  13. Azərbaycan -ABŞ 21 il(film, 2013) CBCfilm
  14. "Azərkosmos" (film, 2014) CBCfilm
  15. Aprel səhəri (film, 2015)| ANS TV
  16. Bəyaz işığın Zərifəsi. film 2021) AzTv
  17. Bədirlənmiş may (film, 2016)
  18. Bəstəkar Şəfiqə Axundova (2012) ATV international
  19. Bəxtimə düşən sənət. Nazim Ağayev (2008)[5]
  20. Beynəlxalq səfir (film, 2016)
  21. Birinci xanım. Mehriban xanım Əliyeva (film, 2021, AzTv)
  22. Biz də təbiətin bir parçasıyıq (2009)
  23. Böyük ömrün anları.Akademik V.Məmmədəliyev (film, 2013) CBCfilm
  24. Çayrud (film, 2005)
  25. Çəltik nəğməsi (film, 2008)
  26. Çünki gəncəm (film, 2021) AzTv
  27. Cumhuriyyəti Şərqə gətirənlər… (2 hissəli film, I film; 2018) İTV Carçı-film YB
  28. Cumhuriyyəti Şərqə gətirənlər… (2 hissəli film, II film; 2018) İTV Carçı-film YB
  29. Danışır Bakı (film, 2021)
  30. Daş yaddaşı (film, 2006)
  31. Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (2012) ATV international
  32. Dəmir yumruq. İlham Əliyev (film,2022) AzTv
  33. Dəvələr (2003)
  34. Dostluq forumu 21-ci il (film, 2013) CBCfilm
  35. Duz gölü (film, 2001)
  36. Dünyanın şah damarı- Şahdəniz (film, 2018) İTV Carçı-film YB
  37. El adamı. Əyyub İsgəndərov (film, 2009)
  38. El yolunda... Aşıq Şakir (2008)
  39. Əli Vəliyev (film, 2011)[6]
  40. Ellər Vurğun deyib axtaran zaman (film, 2011)
  41. Əllərin sehri (film, 2007)
  42. Ərənlərin oyunu - Çövkən (2010)[7]
  43. Fədakar (2 hissəli bədii-sənədli film, 2015)
  44. Füzuli rindu şeydadır... (2013) AzTV
  45. Gəl sevək bu həyatı. İslam Səfərli (film, 2014) AzTv
  46. Gələcəyin sorağında (film, 2010)
  47. General qüruru. Səməd bəy Mehmandarov.(film 2019)İtv.Carçıfilm YB.
  48. Günün gəncləri (film,2022)
  49. Güllələnmiş qərənfillər (film, 2011) ATV international
  50. Günəşə doğru... Kələntər Kələntərli (2009)
  51. Gözəllik və müdriklik timsalı (2020) AzTv
  52. Hakim mərkəzi göstərir (film, 2009) (İdman Azərbaycan kanalının ilk sənədli filmi, 2009)
  53. Hacı Zeynalabdin Tağıyev (film, 2020) İtv.Carçıfilm YB.
  54. Hər şey məhəbbətdən başlanır... Rza Diqqəti (film, 2013) CBCfilm
  55. Horadiz əməliyyatı... (film, 2019) İTV Carçı-film YB
  56. Hekayəçinin hekayəti... Ənvər Məmmədxanlı (film, 2018) İTV Carçı-film YB
  57. Həsən bəy Zərdabi (film, 2003)
  58. İdmanda tapılan xoşbəxtlik (film, 2009)
  59. İki xalqın oğlu (film, 2004)
  60. İşıqlı ilmələr. Lətif Kərimov (film, 2007) (Aztv)
  61. Klinik ölüm (film, 2016)
  62. Kömür (film, 2004)
  63. Köhnə formadan formulaya (film) ANS TV
  64. Lal (bədii film, 2003)
  65. Lal çinar (2006) bədii film
  66. Laylalar (film, 2006)
  67. Ləzgi həngi əfsanəsi (film, 2010)
  68. Liderlər Lider haqqında (film, 2012) CBCfilm
  69. Limon (film, 2008)
  70. Məhəmməd Hadi (2012) AzTV
  71. Mən nigaran deyiləm... Aprel şəhidi Sənan Axundov (film, 2018) İTV Carçı-film YB
  72. Mən Hüseyn Arifəm (2010)
  73. Milli ruhun bahadırları (film, 2010)
  74. Müdriklik zirvəsində - akademik M. Cəfər Cəfərov (film, 2017) İTV Carçı-film YB
  75. Nəyim varsa sazımdadır... (2009) AZTV
  76. Novruz mücdəsi (film, 2011) ATV international
  77. Nuru Paşa (film, 2016) AMS;
  78. Olqa (film, 2001)
  79. Ömrün yuxuları... Cəlil Məmmədquluzadə (film, 2014) AzTv
  80. Ömür Yolu. Abdulla Babayev (film)
  81. Ovqat Lider TV
  82. Özgə aləm Lider TV
  83. Özü də işıq, sözü də... Qoşqar Əhmədli (2009)
  84. Paralimpiya-Həyata dönüş (film, 2017) İTV Carçı-film YB
  85. Qala altında şəhər (film, 2012) ATV İnternational
  86. Qaranlıq dünyanın nuru (2012) ATV international
  87. Qarabağnamə (3 film,5 hissə, 2016-2017) (bədii serial) İTV Carçı-film YB
  88. Qədimlərdən gələn səda... (film, 2011) ATV international
  89. Rəqəmlər (film, 2016) ANS
  90. Rəqs mənim ömrümdür (film, 2011)
  91. Rəşid bəy Əfəndiyev (film, 2007)
  92. Rəssamlıq akademiyası (film, 2002)
  93. Şəhər içində şəhər (film, 2011) ATV international
  94. Şəhərlər gözəli... BAKI (film, 2017) İTV Carçı-film YB
  95. Sabah şənbə idi... 20 yanvar 1990 (film, 2022 Aztv)
  96. Səhhət Veys 30 il sonra (film, 2001)
  97. Sənət Məbədi (film, 2010)
  98. Sərkərdə ləyaəti. General Əliağa Şızlinski (film, 2011)
  99. Sonsuz sevgi və ehtiramla. Heydər Əliyev (film, 2022, AzTv)
  100. Son beşik (film, 2015) ANS TV
  101. Son çəkiliş. Sirac Abışov (film, 2021) AzTv
  102. Son qeydlər. Məhərrəm İbrahimov (film, 2021) AzTv
  103. Sönməz ziya... Ziya Bünyadov (film, 2018) İTV Carçı-film YB
  104. Söz körpüsü Akademik Həmid Araslı (2010)[8]
  105. Su quyuları Lider TV
  106. Su talehi... Samux (film, 2008)
  107. Tale Yazısı (film 2003)
  108. Ustad nəfəsi Aşıq İsfəndiyar (2008)
  109. Xurşidbanu Natəvan (film, 2012) AzTV
  110. Yanmaqda şöləsi pərvanələr içrə. Q.b. Zakir (film, 2012)
  111. Yaxşı bax kitabıma... Aləmzər Əlizadə (film, 2009)
  112. Yurd ilanı (film, 2015)
  113. Yuxu (film, 2016)
  114. Zamanını gözləyən libas (film 2021) AzTv
  1. "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.
  2. Kəbutər. "Lal çinar"ın nəğməsi. [Eyniadlı filmin çəkilişi haqqında] //Yeni Azərbaycan.- 2005.- 26 mart.- səh. 7.
  3. "Arxivlənmiş surət". 2013-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-07.
  4. President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29 iyul 2016. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.
  5. Milli adət-ənənə və toy mədəniyyətini əks etdirən yeni sənədli film…: "Bəxtimə düşən sənət: Nazim Ağayev": [Rejissor Vasif Məmmədzadənin eyni adlı filmi haqqında] //Yeni Azərbaycan.- 2008.- 14 may.- S. 8.
  6. Allahverdiyev, E. Əli Vəliyev barədə film: [Rejissor Vasif Məmmədzadənin Xalq yazıçısı Əli Vəliyevə həsr etdiyi "Əli Vəliyev" adlı sənədli filmi haqqında] //Ekran-efir.- 2011.- 6 may.- S. 5.
  7. Allahverdiyev, E. Qədim ənənələri yaşadaq: [Quruluşçu rejissor Vasif Məmmədzadənin çövkən idman növü haqqında çəkdiyi "Ərənlərin oyunu" adlı sənədli film haqqında] //Ekran-efir.- 2010.- 28 may.- S. 6.
  8. Allahverdiyev, E. "Söz körpüsü"nün premyerası: [Rejissor Vasif Məmmədzadənin akademik Həmid Araslıya həsr etdiyi eyni adlı filmi haqqında] //Ekran-efir. — 2010. — 3 dekabr. — S. 5.