Vikipediya:İnzibatçılar
İnzibatçılar, adminlər, adminstratorlar, sisoplar (sistem operatoru; ing. sysop, system operator) və ya keçmiş adı ilə idarəçilər[a] — Azərbaycanca Vikipediyada müxtəlif texniki alətləri istifadə etmək hüququ olan redaktorlar. Bu alətlərə istifadəçiləri bloklamaq, tam mühafizə edilmiş səhifələri redaktə etmək, səhifələri mühafizə etmək və mühafizəni ləğv etmək, səhifələri silmək və bərpa etmək, səhifələrin adını heç bir texniki məhdudiyyət olmadan dəyişmək, səhifələrdə versiyaları gizlətmək, səhifələrin tarixçələrini bərpa etmək və birləşdirmək aiddir.
İnzibatçılar müvafiq səsvermədən sonra könüllü olaraq bu məsuliyyəti öz üzərlərinə götürürlər. Onlar Vikimedia Fondunun işçisi kimi fəaliyyət göstərmirlər. Müvafiq funksiyalar qeyri-müəyyən müddətə verilsə də, istifadəçi öz iradəsi ilə və ya Meta-da qüvvədə olan qlobal siyasətə uyğun olaraq 2 ildən artıq müddətdə töhfə vermədikdə, inzibatçı hüququ ləğv edilə bilər. Onlardan heç vaxt alətlərindən istifadə etmələri tələb olunmur və iştirak etdikləri mübahisədə üstünlük qazanmaq üçün istifadə etməməlidirlər. İnzibatçılar Vikimedia sistem administratorları ("sysadmins") ilə qarışdırılmamalıdır.
Azərbaycanca Vikipediyada hal-hazırda 14 inzibatçı var (inzibatçı hüququ olan istifadəçilərin tam siyahısı).
İnzibatçıların siyahısı
[vikimətni redaktə et]Hazırkı inzibatçılar
[vikimətni redaktə et]Keçmiş inzibatçılar
[vikimətni redaktə et]Qrafik
[vikimətni redaktə et]İnzibatçı statusunun verilməsi ilə bağlı səsvermələr
[vikimətni redaktə et]İnzibatçı statusunun alınması ilə bağlı səsvermələr
[vikimətni redaktə et]Eldarado (müzakirə • töhfələr • statistikalar)-dan inzibatçı və bürokrat statusunun alınması ilə bağlı səsvermə
[vikimətni redaktə et]Səsvermə 31 dekabr 2024 – 15 yanvar 2025-ci il tarixləri arasında keçirilir (Ümumdünya vaxtı ilə 15 yanvar 2024-cü il saat 07:33-də səsvermə dayandırılır)
Statusunun alınmasının lehinə
[vikimətni redaktə et]- Lehinə: təəssüf ki, inzibatçı kimi fəaliyyəti qənaətbəxş deyil. Hörmətlə, Qədir (müzakirə) 07:38, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: istifadəçi deaktivdir, qaydaları yaxşı bilmir və layihəyə ayaq uydura bilmir. Bunu deyən istifadəçiləri isə qruplaşma olmaqda günahlandırır. Həmçinin bir neçə ay əvvəl internetdə paylaşdığı posta baxsaq, istifadəçi elə düşünür ki, buranı idarə edir. Təklif etmişdim ki, biraz fəaliyyət göstərdikdən sonra yenidən namizəd olsun amma bunu da qəbul etmir. İllik fəaliyyəti haqqında isə burada geniş qeyd etmişəm.--Turkmen müzakirə 07:42, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Sofia (müzakirə) 07:44, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: İnzibatçı kimi son dövrlərdə heç fəaliyyətinə rast gəlmirəm. Əslində mənim üçün bunun elə də önəmi yoxdu (şəxsi fikrimdi). Çünki könüllü layihədi. Amma qaydalar nəyi tələb edirsə elə də olmalıdır. Hətta digər fəaliyyəti olmayan statuslu istifadəçilərin də hüquqları alınmalıdır. --Araz Yaquboglu (müzakirə) 07:52, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: — Aktiv olmayan bəzi inzibatçılardan da alınsın bu hüquq. Hətta deyərdim bəzi aktiv olmayan istifadəçilərdən də alınsın hüquqlar. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 08:09, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: istifadəçinin etimad səsverməsi ilə bağlı müzakirədə səsləndirdiyi fikirlər bəs edir. --► Hörmətlə: SolaVirum 12:31, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Aktiv olmaya-olmaya mən aktivəm deməyin mənası yoxdur. İcma hər şeyi görür. Nemoralis (müzakirə) 13:03, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Aktivliyi azalıb. Redivy (müzakirə) 18:48, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Fəaliyyəti uzun müddətdir ki, çox zəifdir. Hal-hazırki fəaliyyətinə görə inzibatçı olmağı şərt deyil. — Xeyal (müzakirə) 18:55, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
- Lehinə: Kaş META-nın ilkin qərarı ilə razılaşıb urvatlı gedərdin. samral müzakirə 22:47, 31 dekabr 2024 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
Statusunun alınmasının əleyhinə
[vikimətni redaktə et]- Əleyhinə:. Düşünürəm ki, azvikidə aktiv olan inzibatçıdan qeyri-aktivliyə görə statusunun alınması çox pis bir presedent yaradacaq. Məsələnin, mənəvi tərəfini, haqsızlıq etmək və s. kimi şeyləri bir kənara qoyuram. Amma inzibatçı aktivliyi vikiprinsiplərlə tənzimlənir və 6 ayda 25 dəfə inzibatçı kimi əməliyyat həyata keçirən redaktor qeyri-aktiv sayılmır. Statistika da göstərir ki, Eldarado 6 ayda 149 əməliyyat həyata keçirib. Statistika ortada olandan sonra onu bir kənara qoyub subyektiv fikirləri necə əsas alıb səs vermək olar? Statusun alınmasına müzakirələrdə kobud şərh, rişxənd və s. başqa şeylər səbəb olsaydı, onu başa düşmək olardı. Lap inzibatçı kiməsə "Salam" yazıbsa, o istifadəçi deyə bilər ki, "salamı mənə birtəhər yazıb", ona görə statusu səsverməyə çıxarılsın. Onu da dəstəkləmək mümkün olmasa da haradasa başa düşmək olar. Amma Eldarado 6 ayda inzibatçı qarşısına qoyulan tələbləri yerinə yetirib, hətta bu sahədə göstəricisi ondan daha pis olan 5 inzibatçı var (ki, onların da 4-ü tələbləri yerinə yetirib), bütün bunlar rəsmi statistika kimi ortada ola-ola Eldaradonun qeyri-aktivliyə görə statusu səsverməyə çıxarılır. Bitərəf vikipediya redaktorlarının səs verməmişdən öncə bütün bunları nəzərə alacağına ümid edirəm.--Sortilegus (müzakirə) 08:31, 2 yanvar 2025 (UTC) (Səsvermə hüququ var. Yoxladı: Turkmen.)
Bitərəf
[vikimətni redaktə et]Şərhlər
[vikimətni redaktə et]Yekunlaşdırma
[vikimətni redaktə et]- Səs verənlər —
- Etibarsız səs sayı —
- Etibarlı səs sayı —
- Lehinə —
- Əleyhinə —
- Bitərəf —
Yekun nəticə:
Qeydlər
[vikimətni redaktə et]- ↑ 2022-ci ilin may ayında icma qərarı nəticəsində bu ad hazırda istifadə olunan "inzibatçı" ilə dəyişdirilmişdir.
- ↑ Daha əvvəl 1 iyul 2019-cu ildən 2 oktyabr 2021-ci ilədək inzibatçı olub. Öncəki inzibatçılığın bitmə səbəbi: İstefa
- ↑ Daha əvvəl 5 yanvar 2022-ci ildən 22 oktyabr 2022-ci ilədək inzibatçı olub. Öncəki inzibatçılığın bitmə səbəbi: İstefa