Vikipediya:Səs ovçuluğu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 25 iyun — 10 iyul 2021
  • Qüvvədədir: 12 iyul 2021-ci ildən

Səs ovçuluğu — davam edən bir müzakirənin nəticəsinə təsir göstərmək məqsədilə başqa bir istifadəçini həmin müzakirədən xəbərdar etmək. Ümumi mənada, hansısa istifadəçini davam edən müzakirələr barədə xəbərdar etmək tamamilə məqbuldur, bir şərtlə ki bu, iştirakı genişləndirərək müzakirənin keyfiyyətini artırmaq məqsədilə edilib. Əks halda, bu hərəkət uyğunsuz və "səs ovçuluğu" hesab edilir. Bunun səbəbi bu cür hərəkətin normal konsensus və qərar qəbuletmə prosesini təhlükəyə atmasıdır və bu, ümumiyyətlə destruktiv davranış sayılır.

Uyğun bildiriş

Qısa keçid yönləndirmə

Müzakirəyə daha geniş məlumatlı, lakin məsələdə rolu olmayan istifadəçiləri müzakirəyə cəlb etmək istəyən bir istifadəçi aşağıdakılardan hər hansı birinə xəbər verə bilər:

  • Müzakirə olunan mövzunun maraq dairəsində olduğu bir və ya bir neçə VikiLayihə və ya digər Vikipediya əməkdaşlıqlarının müzakirə səhifəsi və ya bildiriş lövhəsi.
  • Qayda və göstərişlər barədə müzakirələr kimi daha geniş təsirə malik mövzular üçün mərkəzi yer (məsələn, Kənd meydanı).
  • Bir və ya bir neçə birbaşa əlaqəli məqalənin müzakirə səhifəsi.
  • Müzakirədə adı çəkilən bir istifadəçinin müzakirə səhifəsində (xüsusilə müzakirə istifadəçi davranışı ilə bağlı şikayətlərə aiddirsə).
  • Müvafiq istifadəçilərin müzakirə səhifələrində. Nümunələr bunlardır:
    • Mövzuya və ya məqaləyə əhəmiyyətli dərəcədə düzəliş etmiş redaktorlar.
    • Eyni mövzuda (və ya sıx əlaqəli mövzularda) əvvəlki müzakirələrdə iştirak etmiş redaktorlar.
    • Sahədəki təcrübəsi ilə tanınan redaktorlar.
    • Məlumatlandırılmaq istəmiş redaktorlar.

Auditoriya fikirləri əsasında seçilməməlidir. Məsələn, əvvəllər bir məqalənin silinməsini dəstəkləyən redaktorlara bildirişlər göndərilirsə, eyni bildirişlərin həmin məqalənin saxlanılmasını dəstəkləyənlərə də göndərilməlidir. Çox sayda istifadəçiyə və onları almamağı xahiş edən istifadəçilərə bildiriş göndərməyin.

Bildirişlər nəzakətli, bitərəf bir başlıqla bitərəf şəkildə yazılmış, təqdimatı aydın və qısa olmalıdır. İstifadəçi hər zaman müzakirənin keçidini çıqqıldadaraq onun haqqında daha çox məlumat əldə edə bilər. Birdən çox səhifəyə bildiriş göndərmək üçün bir botdan istifadə etməyin.

Qeyd: Xüsusilə də fərdi istifadəçilərə göndərildiyi təqdirdə, bildirişlər barədə müzakirənin özündə bir qeyd qoymaq tövsiyə olunur.

Uyğun olmayan bildiriş

  Miqyas   Mesaj   Auditoriya   Şəffaflıq
Uyğun bildiriş Məhdud paylaşım Tərəfsiz Tərəfsiz Açıq
Uyğun olmayan Kütləvi paylaşım və ya Tərəfli və ya Tərəfli və ya Gizlin
Termin Çoxlu çarpaz paylaşma ("spamlama")   Təşviqat   Səs tayalamaq   Gizli səs ovçuluğu

Uyğun olmayan bildiriş ümumiyyətlə destruktiv hesab olunur. Səs ovçuluğu normal qaydada mesaj göndərilməsini nəzərdə tutur. Bununla yanaşı, səs ovçuluğuna hər imzalanmış dəyişikliyə avtomatik olaraq bir reklam xarakterli mesaj əlavə etmək üçün xüsusi imza kimi digər cəhd növləri də aid ola bilər.

Aşağıdakı davranışlar uyğun olmayan bildirişlər üçün xarakterik hesab olunur (və destruktiv qəbul edilə bilər):

  • Spamlamaq: Fərdi istifadəçilərə və ya sözügedən mövzu ilə əlaqəsi olmayan istifadəçilərə həddindən artıq mesaj göndərmək.
  • Təşviqat: Mövzunu bitərəf olmayan bir üslubda təqdim edən bir müzakirə bildirişi göndərmək.
  • Səs tayalamaq: Məlum fikirlərinə əsasən seçilmiş istifadəçilərə mesaj göndərmək (bunu istifadəçi qutuları, istifadəçi kateqoriyaları və ya əvvəlcədən verilən açıqlamalar ilə müəyyən edilə bilər). Səs bankı ümumi bir baxış bucağına malik olduqları hesab edilən istifadəçilərin müəyyən bir qrupa cəlb edilməsidir. Bu baxış bucağı ilə əlaqəli hər hansı bir müzakirə barədə həmin qrupu xəbərdar etmənin müzakirədə ədədi üstünlüklə nəticələnəcəyi gözləntisində edilir.
  • Gizli səs ovçuluğu: Müzakirələrə qoşulmalarına nail olmaq üçün istifadəçilərlə (məsələn, e-poçt və ya IRC vasitəsilə) əlaqə qurmaq (müzakirə səhifələrindən istifadə etməməyiniz üçün müəyyən bir səbəb olmadığı halda).
  • Birbaşa mesaj göndərməkdən başqa təşviqat üsulu. Məsələn, müzakirə olunan hər hansı bir mövzuda konkret bir mövqeyi təbliğ edən bir mesaj göndərmək.

Aşağıda ən çox görünən uyğunsuz bildiriş növlərinin qısa izahları verilmişdir:

Spam göndərmə və həddindən artıq çapraz göndərmə

Ağına-bozuna baxmadan istifadəçilərə bildiriş göndərmək bir çox səbəbdən destruktiv ola bilər. İstifadəçilər müəyyən bir müzakirədə iştirak etmirsə, mesaj "spam" funksiyasına malikdir və bu istifadəçinin təcrübəsinə ziyanlıdır. Bundan daha da əhəmiyyətli olan odur ki, mübahisələrin həllinə çatmaq üçün çox sayda istifadəçi cəlb etmək əksər halda mübahisənin həllini mümkünsüz edə bilər. Unutmayın ki, bildirişin məqsədi mübahisələrin həlli prosesini yaxşılaşdırmaqdır, pozmaq deyil.

Təşviqat

Təşviqat müəyyən bir ton, söz və ya niyyət ilə çatdırılan mesajı oxuyan insanı öz məqsədinə sövq etmək cəhdidir. Bu, konkret bir individual müzakirənin bir hissəsi kimi uyğun olsa da, bu cür mesajlarla müraciət etmək uyğun deyil.

Səs tayalamaq

Qısa keçid yönləndirmə

Səs tayalamaq əvvəlcədən müəyyən edilmiş bir baxış bucağı və ya fikrə sahib olan və ya olduğu düşünülən istifadəçiləri xüsusilə seçərək onlara bildiriş göndərərək xəbərdar və beləliklə onları müzakirədə iştirak etməyə təşviq etməklə konsensusu öz fikrinizin lehinə çəkmək cəhdidir.

Əvvəlki bir mübahisənin yenidən nəzərdən keçirilməsi vəziyyətində (məsələn, hansısa məqalədəki müəyyən bir məzmun, SNS müzakirəsi və s. ilə bağlı müzakirələr konsensus olmadan, heç bir dəyişiklik olmadan nəticələndiyi halda) əvvəlki müzakirədə xüsusi bir baxış bucağını ifadə edən istifadəçilərə nisbətsiz sayda bildiriş göndərmək eyni şəkildə uyğun deyil.

Mübahisənin bütün "tərəf"lərini təmsil edən istifadəçiləri (məsələn, müəyyən bir mövzu ilə əlaqədar əvvəl keçirilmiş bir müzakirədə iştirak edən hər kəs) yeni müzakirə barədə xəbərdar etmək məqsədilə onların müzakirə səhifələrinə müvafiq bildiri yerləşdirmək müəyyən şərtlər daxilində uyğun ola bilər.

Gizlin səs ovçuluğu

Qısa keçid yönləndirmə

Müzakirə səhifəsi bildirişlərindən istifadə etməməyiniz üçün əhəmiyyətli bir səbəb olmadığı təqdirdə, Vikipediya daxilində verilən bildirişlərdən daha az şəffaf olduqlarından istifadəçiləri müəyyən bir müzakirədən xəbərdar etmək üçün e-poçt və ya digər Vikipediyadan kənar rabitə vasitəsindən istifadə tövsiyə edilmir. Xüsusi şərtlərdən asılı olaraq, bir qrup istifadəçiyə e-poçt vasitəsilə bildiriş göndərmək eyni mesajı eyni qrup insanlara onların müzakirə səhifələrində göndərməkdən daha mənfi qarşılanır.

Səs ovçuluğuna necə cavab verməli?

Nisbətən təzəlikcə baş vermiş və açıq şəkildə destruktiv olan səs ovçuluğu halına ən təsirli cavab nəzakətli bir şəkildə səs ovçuluğundan məsul olan istifadəçinin və ya istifadəçilərin bildiriş göndərməsini dayandırmasını xahiş etməkdir. Əgər həmin əmələ yenidən davam edərlərsə, "inzibatçılara müraciət" səhifəsində onlardan şikayət edə bilərsiniz ki, bu da onların bloklanaraq fəaliyyətlərinin məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Uyğunsuz şəkildə konsensus yaratmağın digər növləri

Konsensus əldə etmək prosesində uyğunsuz hesab edilən digər hərəkətlər üçün konsensus haqqında olan qaydaya nəzər yetirin. Səs ovçuluğuna əlavə olaraq, bu hərəkətlərə forum bazarlığı (istədiyiniz nəticəni əldə edənə qədər ardıcıl müzakirə səhifələrində müəyyən bir məsələni qaldırmaq), kuklalardan istifadə, "mitpappet"dən (ing. meatpuppet) istifadə (öz baxış bucağınız üçün saxta dəstək təsiri yaratmaq məqsədilə qeyri-real və ya həqiqi kənar iştirakçıları müzakirəyə cəlb etmək) və tendensiyalı fəaliyyət aiddir.

Şablonlar

  • {{Səsvermə deyil}}

Həmçinin bax