Vyursburq məktəbi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vürtsburq məktəbi — Onlar ilk dəfə olaraq eksperimental metodla təfəkkürü öyrənməyə başlamışlar. Q. Kyulpe (1862–1915) Vyursburq məktəbinin yaradıcılarındandır. O, Vundtun tələbəsi olmuş, Leypsiq Universitetində təhsil almış, 1887-ci ildə doktorluq dissertasiya müdafiə etmişdir. O, özünün ilk kitabını – "Eksperimentə əsaslanan psixologiya oçerkləri"ni də Vundta həsr etmişdir. Universiteti bitirdikdən sonra o, Vundtun assisenti, daha sonra ekstraordinator – professor işləmişdir. 1896-cı ildə o, psixologiya laboratoriyası yaratmışdır.
Kyulpe təfəkkür prosesini eksperimental yolla öyrənmişdir. O bununla Vundtun belə bir fikrini rəddetmşdir ki, eksperiment metodu ilə yalnız sensor prosesləri öyrənmək mümkündür. Vyusberq məktəbinin eksperimentləri göstərdi ki, sınaq olunan tapşırığı yerinə yetirən zamanı əqli fəaliyyət göstərir. Lakin özü bunu bilmir. Burada belə bir nəticə cıxır ki, sensor materialla yanaşı. Insanın psixoloji həyatına duyğuya çevrilməyən elementlər də daxildir. Bu elementlər subyektin hərkəti, əqli fəaliyyəti ilə bağlıdır. Bu aktların dərk olunması isə intospeksiya metoduna düzəlişlər olunmasını zəruri edir. Kyulpenin introspeksiy metoduna etdiyi düzəlişlər isə " Sistematik eksperimental introspeksiya"adlanırd. Sınaq olunan intelektual tap.ırıqları yerinə yetirərkən prosesin gedişində şüurun vəziyyəti barədə retrospektiv hesabat verməli idi. Bu hesabat sistemli, fasiləsiz adlanırdı. Çünki proses tamamilə hissələrə bölünür və korreksiya məqsədilə dəfələrlə təkrar olunurdu. Müəyyənləşdirildi ki, psixoloji nöqteyi-nəzərdən fikri yalnız neqativ yox, həm də pozitiv nəzərdən şərh etmək olar. Bununla da şüurun məzmunu ilə bağlı əvvəlki təsəvvürlərə ciddi düzəlişlər edildi. Yeni fenomen-əqli surətlər yarandı.
1960-cı ildə iradi aktları da tədqiq etməyə başladı.
Kyulpenin eksperimental proqramı 1909-cu ildə onun əvvəlcə Bonna sonra Münhenə gəlməsi ilə yerinə yetirilmiş oldu. Burada o, eksperimental psixologiyadan uzaqlaşır, fəlsəfə və estetika problemləri ilə məşğul olmağa başlayır. Kyulpedən sonra onun eksperimentlərini O. Zeltsem davam etdirir. Zeltsemin kəşfləri içərisində antisipator sxem xüsusilə əhəmiyyətlidir. Tapşırığın həlli prosesinin əvvəlcədən təsəvvür edilməsi, nəticənin fikri fəaliyyətdə irəlicədən görülməsi onun səmərəliliyini yeksəldir. Vyursburq məktəbində aparılan eksperimentlər göstərdi ki, təfəkkür bütöv bir prosesdir və o, tapşırığın həlli zamanı yaranan ustanovkadan asılıdır.