XI Qırmızı Ordu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
XI Qırmızı Ordu
11-я армия (РККА)
Növü quru qoşunları
Yaranma tarixi 1918-1921
Ölkə Rusiya Sovet Federativ Sosialist Respublikası
Tabedir Qızıl Ordu
Döyüşlər
Komandanlıq
Məşhur komandirləri Mixail Levandovski

XI Qırmızı OrduSovet Rusiyası qoşunlarının Qafqaz cəbhəsinin tərkibinə daxil olan iri hərbi birləşmə. Qafqazda azadlıq əldə etmiş gənc müstəqil dövlətlərə qarşı işğalçı hərbi əməliyyatlarda iştirak etmişdir.

1918-ci il oktyabrın 3-də yaradılmışdır. Həmin tarixdə cənub cəbhəsi komandanının 16 saylı əmri əsasında Şimali Qafqazın qərb rayonlarındakı qırmızı hərbi hissələrlə Taman qoşunları birləşdirilərək 11-ci ordu yaradıldı. OQO, başlıca olaraq, Qafqazda azadlıq əldə etmiş gənc müstəqil dövlətlərə qarşı işğalçı hərbi əməliyyatlarda iştirak etmişdir[1].

Bakının işğalı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Aprel işğalı
İşğalçı XI Qırmızı Ordu əsgərləri Bakıda 1920-ci il

Saritsını, Həştərxanı və bütünlükdə Şimali Qafqazın Xəzərboyu ərazilərini bolşevik nəzarətinə aldıqdan sonra OQO cənuba doğru irəliləmək və Azərbaycanı işğal etmək tapşırığı almışdı. Həyata keçiriləcək işğalçılıq yürüşü Bakı əməliyyatı adlandırılmışdı. Cənubi Qafqaza yaxınlaşarkən tərkibində 12 süvari və piyada alayın olmasına baxmayaraq, Azərbaycanın tezliklə işğalı üçün OQO daha da möhkəmləndirildi. Cənub cəbhəsində fəaliyyət göstərən P.Kurışkonun süvari briqadası, 9 və 10-cu ordulardan 20, 28 və 32-ci atıcı diviziyalar OQO-ya verildi. Azərbaycana hücum ərəfəsində OQO-nun möhkəmləndirilməsi məqsədilə Qafqaz Cəbhəsində qüvvələr yenidən qruplaşdırıldı. Cəbhə komandanlığının 1920-ci il 6 aprel tarixli əmri ilə 7-ci süvari diviziyası, Taman süvari briqadası və Kurışkonun süvari briqadası 2-ci süvari korpusunda birləşdirilən OQO-nun tərkibinə verildi. Beləliklə, Azərbaycana girməzdən əvvəl OQO-nun tərkibində 20, 28 və 32-ci atıcı diviziyalar, Taman atıcı briqadası, 2-ci süvari korpusu, 1-ci süvari diviziyası, 11 zirehli qatar və bir təyyarə eskadrilyası var idi. Ordunun bütün şəxsi heyəti 72472 nofərdən ibarət idi. 1920-ci il martın 26-dan OQO-ya M.K.Levandovski komandanlıq edirdi. 1920-ci il aprelin 27-nə keçən gecə OQO qüvvələri heç bir xəbərdarlıq etmədən və beynəlxalq hüquq normalanın kobudcasına pozaraq müstəqil Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin sərhədini keçdilər YalamaSarvan döyüşlərindən sonra mövcud mürəkkəb şəraitdən istifadə edərək, qısa müddət ərzində ölkəni işğal etdilər. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı[2].

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 280
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı 2004. s. 281