Yevgeni Nabokix

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yevgeni Nabokix
rus. Евгений Алексеевич Набоких
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1952(1952-09-20)
Doğum yeri
Vəfat tarixi 6 aprel 2020(2020-04-06) (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi polkovnik-leytenant
Döyüşlər

Yevgeni Alekseyeviç Nabokix (rus. Евгений Алексеевич Набоких; təxəllüsü: Jenya, rus. Женя; 20 sentyabr 1952, Kursk6 aprel 2020, Kursk) — Rusiya hərbçisi, polkovnik-leytenant, SSRİ–Əfqanıstan müharibəsinin iştirakçısı, Birinci Qarabağ müharibəsinin Ermənistan tərəfindən iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri.

Yevgeni Alekseyeviç Nabokix 20 sentyabr 1952-ci ildə SSRİ-nin Kursk şəhərində anadan olmuşdur. O, etnik rus idi. SSRİ–Əfqanıstan müharibəsində kəşfiyyatçı kimi iştirak etmişdir. 1985-ci ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayına taqım komandiri vəzifəsinə göndərilmişdir. Burada erməni qadınla evlənmişdir. Qarabağ hərəkatının ilk günlərində Nabokix qeyri-rəsmi olaraq erməni tərəfini dəstəkləməyə başlamışdır. O, Qarabağı "xristian dünyasının darvazası" hesab edirdi. Kəşfiyyatda xidmət edirdi. Tezliklə batalyon komandiri olmuşdur. Nabokix erməni döyüşçülərini silah və hərbi təlimlərlə təmin edirdi.[1] O, Xocalı soyqırımında iştirak edən hərbi qüvvələrə rəhbərlik etmişdir.[2] 366-cı motoatıcı alayı Azərbaycandan çıxaranda Nabokix burada qalmışdır. Ailəsi ilə birlikdə Xankəndidə yaşayırdı. Ağdərənin işğalından sonra ailəsi ilə birlikdə Kursk şəhərinə qayıtmışdır.[1] 6 aprel 2020-ci ildə vəfat etmişdir. 8 apreldə Kursk şəhərində dəfn edilmişdir.[3]

  1. 1 2 Узел, Кавказский. "Евгений Набоких : "Карабах - это ворота христианского мира"". Кавказский Узел. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  2. "Niyə Xocalı qətliamı üçün 26 fevral seçildi?". Axar.Az. 27 fev 2023. 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  3. "Умер один из убийц азербайджанцев в Ходжалы". Armiya.Az. 2020-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.