Yozef Filipoviç

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yozef Filipoviç
Şəxsi məlumatlar
Doğum tarixi 28 aprel 1818(1818-04-28)
Doğum yeri
Vəfat tarixi 6 avqust 1889(1889-08-06) (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Olşanı qəbiristanlığı[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti  Avstriya İmperiyası Avstriya-Macarıstan İmperiyası
Qoşun növü Avstriya-Macarıstan silahlı qüvvələri
Xidmət illəri 1836—1889
Rütbəsi Feldtseyxmeyster
Döyüşlər Avstriya-İtaliya müharibəsi
İkinci italyan müstəqillik müharibəsi
Avstriya-Prussiya müharibəsi
Bosniya və Herseqovinanın Avstriya-Macarıstan işğalı
Təltifləri 1-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni "Müqəddəs Vladimir" ordeni Order of Maria Theresa I Order of Saint Stephen of Hungary Leopold ordeni Order of the Iron Crown "Hərbi xidmətlərə görə" xaçı Order of the Iron Crown 1-ci dərəcəli "Məcidiyyə" ordeni Military service mark
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yozef Filipoviç fon Filipsberq (alm. Joseph Philippovich von Philippsberg‎; 28 aprel 1818, Qospiç6 avqust 1889, Praqa, Sisleytaniya[1]) — xorvat mənşəli Avstriya-Macarıstan hərbi rəisi, feldtseyxmeysterbaron.

1836-cı ildə Avstriyada hərbi xidmətə başladı, Tulln an der Donau şəhərində hərbi mühəndislik məktəbində təhsil almışdır. 1839-cu ildə leytenant rütbəsi ilə təhsilini bitirdi. Təhsilini Vyanadakı Hərbi Coğrafiya İnstitutunda kartoqrafiya ixtisası üzrə davam etdirdi.

1848-ci il inqilabı baş verəndə Varajdin sərhəd keşikçi alayının mayoru rütbəsinə sahib idi. Macarıstanda qiyamın yatırılması zamanı Yosip Yelaçiçin başçılıq etdiyi qoşunda fərqlənmişdir. 1857-ci ildə polkovnik, sərhəd keşikçilərinin 5-ci alayının komandiri təyin olundu. 1859-cu ildə general-mayor rütbəsini aldı, briqada komandiri oldu. 1859-cu ildə İkinci İtalyan Müstəqillik Müharibəsi zamanı 6-cı ordu korpusunda döyüşdü, Solferino döyüşündə iştirak etdi. 1860-cı ildə ona baron irsi adı verildi.

1866-cı il Avstriya-Prussiya müharibəsi zamanı Bohemiyadakı döyüşlərdə iştirak etdi, ikinci ordu korpusunda ikinci dərəcəli general olan qraf Karl fon Tun-und-Hohenşteynin köməkçisi oldu.

Müharibədən sonra feldmarşal leytenant rütbəsini qazandı, ilk öncə Vyanada yerləşən diviziyanın, sonra da TirolForarlberqdəki hərbi dairələrinin komandiri oldu. 1871-ci ildən Gizli Şuranın üzvü idi. 1872-ci ildə Brünnə təyin olundu. 1874-cü ilin yanvar ayında feldtseyxmeyster rütbəsinə layiq görüldü. Həmin ilin iyun ayında Bohemiyadakı hərbi dairənin komandiri təyin edildi.

1878-ci ilin iyul ayında Berlin konqresinin sonunda Bosniya və Herseqovina işğalında başçılıq etdi və nəticədə yaranan kondominiumunun hərbi qubernatoru təyin edildi.

1880-ci ildə Vyanaya qayıtdı, 1882-ci ildə Praqada qərargahı olan Bohemiya hərbi dairəsinin komandiri təyin edildi. 1882-ci ilin dekabr ayında orada yerləşən 8-ci ordu korpusunun komandir təyin edildi.

İosif Filippoviçin kiçik qardaşı Frans da Avstriya-Macarıstan İmperiyasının böyük hərbi komandirlərindən idi, feldtseyxmeyster idi. İqtisadçı alim Oygen Filipoviç onun əmisi oğlu idi.

  • Constantin von Wurzbach. Philippović von Philippsberg, Joseph Freiherr. // Biographisches Lexikon des Kaiserthums Oesterreich. — Bd. 22. — Şablon:W.: Verlag L. C. Zamarski, 1870.
  • Karl Sommeregger. Philippovic von Philippsberg, Josef Freiherr. // Allgemeine Deutsche Biographie (ADB). — Bd. 53. — Şablon:Lpz.: Duncker & Humblot, 1907.
  • R. Egger. Philippovich von Philippsberg Josef Frh.. // Österreichisches Biographisches Lexikon 1815—1950 (ÖBL). — Bd. 8. — Şablon:W.: Verlag der Österreichischen Akademie der Wissenschaften, 1983. — ISBN 3-7001-0187-2
  • Biographisches Lexikon zur Geschichte der böhmischen Länder. Herausgegeben im Auftrag des Collegium Carolinum (Institut) von Ferdinand Seibt, Hans Lemberg, Helmut Slapnicka, Bd. III. — Şablon:Münch. Oldenbourg Verlag, 2000
  1. 1 2 Philippovich, Joseph von // Catalog of the German National Library (alm.).