40°54′13″ şm. e. 45°53′22″ ş. u.HGYO

Zəyəm (Şəmkir)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zəyəm
40°54′13″ şm. e. 45°53′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 357 m
Saat qurşağı
Əhalisi
Əhalisi 7 900[1] nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5729[2]
Xəritəni göstər/gizlə
Zəyəm xəritədə
Zəyəm
Zəyəm

ZəyəmAzərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Zeykəm (Zəyəm çayının adından götürülüb, dəli-dolu deməkdir) olmuşdur. 1594-cü ildə Gəncə-Qazax quberniyasının Zəyəm qəzası yaranıb. 1882-ci ildə onluq və iyirmilik qızıl sikkələr istehsal olunmuşdur. 1882-ci ildə Zəyəm Dəmiryol stansiyası tikilib. 1885-ci ildə Zəyəm orta məktəb (qızlar gimnaziyası) yaradılıb. 1930-cu ildə Zəyəm Dairəsi yaranıb burada icarayə komitəsi, milis və məhkəmə olub.1951-ci ildə Sabirkənd, Bayramlı kəndləri və Zəyəm qəsəbəsi bir sovetlik olub. 1967-ci il aprelin 20-də Zəyəm şəhər tipli qəsəbə adı verilib. Coğrafiyası yaşayış üçün əlverişlidir.

Qəsəbənin əhalisi 7900 nəfər təşkil edir .

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Qəsəbədə həmçinin Texnologiya Parkı, Şəmkir rayon Polis şöbəsinin Zəyəm polis bölməsi, 2 tam orta məktəb, 1 xəstəxana, 1 doğum evi, 1 baytarlıq məntəqəsi, 1 poçt, 1 ATS, 1 uşaq bağçası, 3 özəl daş karxanası, Şəmkir musiqi məktəbinin filialı, 1 kitabxana, 1 mədəniyyət evi, qaz paylayıcı stansiya, Dəmiryol stansiyası və elektrik şəbəkəsinin Zəyəm yarım paylayıcı stansiyası mövcuddur.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Arzu İsgəndərov — Vətən müharibəsi şəhidi
  • Pərvin Məmmədov- Vətən müharibəsi şəhidi
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine (min nəfər)
  2. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.