Zaha Hadid

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zaha Hadid
ərəb. زها حديد
Şəxsi məlumatlar
Doğum tarixi 31 oktyabr 1950(1950-10-31)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 31 mart 2016(2016-03-31)[3][4][…] (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[9]
Dəfn yeri
  • Brukvud qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı[12], Berlin[12], Roma[12], Honkonq[12], London[12], Nyu-Heyven[12], Çikaqo[12], Boston[12], İst-Lensinq[d][12], Sinsinnati[12], İnsbruk, Kopenhagen, Nyu-York, Moskva, Saraqosa, Milan
Memarlıq üslubu dekonstruktivizm
Əsas tikililəri
zaha-hadid.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zaha Hadid[14] (ərəb. زها حديد‎; 31 oktyabr 1950[1][2][…], Bağdad[5][6][…]31 mart 2016[3][4][…], Mayami, Florida[7][8][…]) — İraq ərəb əsilli Britaniyalı, dekonstruktivist memar. 2004-cü ildə Hadid Pritsker Memarlıq mükafatına layiq görülən ilk qadın-memar olmuşdur.

Zaha Hadid 1950-ci ildə Bağdadda, doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib. Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs demişdir. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun Fəxri Üzvüdür. Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professor olmuşdur.

Çoxlu beynəlxalq yarışın qalibidir, Honkonqda (1983-cü il) Peak Klub və Uelsdə (1994) Cardiff Bay Opera House onun işlərindəndir. 2002-ci ildə Hadid Sinqapurun şimali baş planını layihələşdirmək üçün beynəlxalq layihə yarışını uddu. 2005-ci ildə, onun layihəsi Bazelin, İsveçrənin yeni şəhər kazinoları üçün yarışın qalibi oldu. 2004-cü ildə isə Hadid Pritzker Memarlıq mükafatını alan birinci qadın memar oldu. Britaniya Ensiklopediyasının redaksiya heyətinin üzvüdür. O 2006-cı ildə Beyrutun Amerikan Universitetindən fəxri elmi dərəcəsini almışdır.

Hadid Azərbaycanda da layihə gerçəkləndirmişdir. Bakıdakı Heydər Əliyev Mərkəzinin dizaynı ona məxsusdur. O,2014-cü ildə Heydər Əliyev mərkəzinin dizaynına görə London muzeyinin mükafatına layiq görülüb.

O, Azərbaycan Memarlar İttifaqının Fəxri üzvü seçilmiş və akademik Mikayıl Hüseynov adına medalla təltif olunmuşdur.

Zaha Hadid 31 mart 2016-cı ildə Mayamidə xəstəxanalardan birində bronxit xəstəliyindən müalicə alan zamanı ürək tutmasından vəfat etmişdir.

  1. 1 2 RKDartists (nid.).
  2. 1 2 Zaha Hadid (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  3. 1 2 Architect Dame Zaha Hadid dies after heart attack.
  4. 1 2 Zaha Hadid, Groundbreaking Architect, Dies at 65.
  5. 1 2 http://www.nytimes.com/2016/04/01/arts/design/zaha-hadid-architect-dies.html.
  6. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  7. 1 2 http://www.bbc.com/news/entertainment-arts-35936768.
  8. 1 2 3 http://nyti.ms/22S2VgZ.
  9. Architect Dame Zaha Hadid dies after heart attack.
  10. 1 2 http://www.nytimes.com/2008/12/23/arts/design/23arts-CHANELPAVILI_BRF.html.
  11. 1 2 Museum of Modern Art online collection (ing.).
  12. 1 2 3 4 5 6 7 8 9 10 Zukowsky J. Zaha Hadid // Encyclopædia Britannica (ing.).
  13. https://www.archdaily.com/786968/ad-classics-rosenthal-center-for-contemporary-art-zaha-hadid-architects-usa.
  14. Heydər Əliyev Mərkəzi. "Memarlıq simvolu" (az.). 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2016.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]