52°10′ şm. e. 56°34′ ş. u.HGYO

Ziançurinski rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rayon
Ziançurinski rayonu
Ейәнсура районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

52°10′ şm. e. 56°34′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 3342,35[1] km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 24.522 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34785
Poçt indeksi 4533ХХ
Rəsmi sayt
Ziançurinski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziançurinski rayonu (başq. Ейәнсура районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayonun inzibati mərkəzi İsayqulova kəndidir. Yaşayış məntəqəsi Ufadan 337 km aralıda yerləşir.

Ziançurinski rayonu Orenburq vilayəti ilə sərhəddə yerləşir. Rayonun ərazisi 3342 km² təşkil edir. Zilair platosunun qərbində yerləşir. Reylefi qəliz formalıdır. Ərazisində neft, qum, dolomit və əgəng daşı ehtiyatlarına sahibdir. Ərazisindən Bolşoy İk, Bolşaya Suren, Malaya Suren, Assel, Kasmarka, Kazanbulak, Kuruil, Uskalık çayları axır. İqlimi kontinentaldır və rütubət azlığı vardır. Torpaq örtüyü əsasən qaradır. Bitki örtüyü meşə-çöl bitkilərindən ibarətdir. Meşələr rayon ərazisinin 35% təşkil edir. Burada əsasən cökə, palıd, Qovaq, ağcaqayın, tozağacı, Əsməqovaq kimi ağaclar yayılmışdır.

Ziançurinski rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.

Rayonda hər 1 km² əraziyə 8 nəfər düşür.

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Ziançurinski rayonu ərazisin milli tərkibi: başqırdlar — 70,6 %, tatarlar — 15,1 %, ruslar — 11,8 %, çuvaşlar 1 %, digər millər — 1,5 %[3].

Milli tərkib[4]

il Başqırdlar Tatarlar Ruslar
1970 58,6 % 12,5 %
1989 65,7 % 12,9 %
2002 71,5 % 15,5 % 10,5 %
2010 70,6 % 15,1 % 11,8 %

İnzibati-ətazi vahidləri

[redaktə | mənbəni redaktə et]

Ziançurinski ayonunda 15 kənd inzibati vahidliyinə 78 yaşayış məntəqəsi daxildir[5].

Rayon iqtisadiyyatının əsasını kənd tərərrüfatı təşkil edir. Rayon ətlik-südlük maldarlıq və qoyunçuluq üzrə ixtisaslaşmışdır. Burada taxılçılıq, yem və qarğıdalı istehsalı inkişaf etmişdir.

Rayonla əlaqə Ufa, Sterlitamak, MaqnitaqorskOrenburq yolu ilə təmin edilir.

Rayon ərazisində 70 ümumtəhsil mərkəzi, 22 orta məktəb, 34 kütləvi kitabxana, 49 klub, 3 xəstəxana fəaliyyət göstərir. Burada rus və başqırd dilində «Ziançurinski zori» — «Eyəsura tandarı».

  1. "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.
  2. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан". Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-06-11 tarixində orijinalından (pdf) arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
  4. Население Башкортостана: XIX—XXI века: статистический сборник/ Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан.- Уфа: Китап, 2008.- 448 с.:ил.
  5. "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населённых пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-03.