Zirvə
Naviqasiyaya keç
Axtarışa keç
Zirvə — dağ, dağ silsiləsi və ya dağ massivinin ən yüksək hissəsi. Tektonik quruluşundan, onu təşkil edən süxurların litoloji tərkibindən, denudasiya proseslərinin xüsusiyyətlərindən və s. asılı olaraq zirvələr pik, platoyabənzər və s. formada ola bilər. Dünyada ən yüksək zirvə Himalay dağlarında Comolunqma (Everest, 8848 m), Azərbaycan Respublikasında isə Bazardüzüdür (4466 m).
Geomorfoloji termin
[redaktə | mənbəni redaktə et]Dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Zirvə forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur.[1]
Dünyanın müxtəlif hissələrinin ən hündür zirvələri
[redaktə | mənbəni redaktə et]Dağlar | Hündürlük, metr. |
---|---|
Everest (Asiya) | 8848 |
Akonkaqua (Cənubi Amerika) | 6960 |
Mak-Kinli (Şimali Amerika) | 6194 |
Klimancaro (Afrika) | 5894 |
Elbrus (Avropa) | 5642 |
Vinson (Antarktida) | 4892 |
Vilhelm (Avstraliya və Okeaniya) | 5030 |
Dünyanın ən hündür zirvələri | metr |
---|---|
Everest (Himalay) | 8848 |
Çoqori (Karakorum) | 8611 |
Kançençanqa (Himalay) | 8598 |
Lxosze (Himalay) | 8485 |
Makalu (Himalay) | 8481 |
Ço-Oyyu (Himalay) | 8188 |
Dxanlaqiri (Himalay) | 8172 |
Manaslu (Himalay) | 8163 |
Naqaparbat (Himalay) | 8091 |
Annapurna (Himalay) | 8078 |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Новая энциклопедия школьника. Москва, "Махаон", 2016, 383 с.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Zirvə // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.