Ceyms Din
Ceyms Din | |
---|---|
ing. James Dean | |
Doğum adı | James Byron Dean |
Doğum tarixi | |
Doğum yeri | Marion, Indiana, ABŞ |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Çolame, Kaliforniya, ABŞ |
Vəfat səbəbi | avtomobil qəzası[d] |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1951—1955 |
Təhsili |
|
Boyu | 171 sm |
IMDb | ID0000015 |
jamesdean.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Bayron Din (ing. James Byron Dean; 8 fevral 1931[1][2][…] – 30 sentyabr 1955[1][2][…]) — ABŞ-lı kino aktyor. Qısa həyatına baxmayaraq "Səbəbsiz üsyankar" və "Cənnətin şərqi" kimi film klassiklərində rol almış və vaxtsız ölümündən sonra əfsanələşmişdir. "Empire" jurnalı 1955-ci ildə onu kino tarixinin ən cazibədar 100 kino ulduzu arasında 6-cı yerə layiq görmüşdür. İlk baş rolu ilə Oskara namizəd göstərilmiş az sayda aktyordan biridir.
Həyatının ilk illəri
[redaktə | mənbəni redaktə et]Ceyms Din İndiana ştatında anadan olmuşdur. Qısa bir müddət sonra ailəsi Santa Monikaya köçdü. Bundan 6 il sonra Ceyms 5 yaşındaykən atası stomatoloq olmaq məqsədilə evi tərk etdi. 1940-cı ilə, anasını xərçəngdən itirənə qədər Brenivud dövlət məktəbində oxumuşdu. Doqquz yaşında olarkən atası Ceymsi əmisi Markus ilə xalası Ortensenin yanına İndianaya göndərdi. Orta məktəbdə oxuyarkən basketbol komandasına qatıldı.
1949-cu ildə Feyrmaunt orta məktəbindən məzun oldu. Kaliforniyaya gedərək atası və ögey anası ilə birlikdə yaşamağa başladı. Santa Monika Kollecinə qəbul olduqdan sonra Kaliforniya Universitetinə keçid edərək burada dram oxudu. Ceyms Uaytmorun dram atelyelərinə qatıldıqdan sonra bəzi seriallarda və teatr tamaşalarında kiçik rollarda yer almağa başladı.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]1951-ci ildə Uaytmorun məsləhətinə qulaq asaraq daha ciddi rollar üçün Nyu-Yorka getdi. Brodveydə "See The Jaguar" adlı tamaşada rol almazdan əvvəl bir çox kiçik rollarda oynamışdı. 1952-ci ildə "Actors Studio"ya qatıldı. Burada dünyaca məşhur Marlon Brando, Culi Harris, Mildred Dannok kimi aktyorlarla bir arada olmaq fürsəti qazandı. "The Philco Television Playhouse", "Robert Montgomery Presents" və "Armstrong Circle Theatre" də olmaqla bir çox televiziya proqramında iştirak etmişdi.
"Actors Studio"dakı işləri davam etdiyi bir dövrdə karyerasında böyük bir sıçrayışa səbəb olan İmmoralist (1954) adlı Brodvey tamaşasında rol aldı. Bu tamaşa ilə "Ən yaxşı yeni aktyor" nominasiyasında "Bloom" mükafatını qazanmışdır. "Warner Brothers" studiyası tərəfindən istedadı kəşf edildi və Con Steynbekin romanın motivləri əsasında ekranlaşdırılımış "Cənnətin şərqi" (East of Eden) (1955) adlı filmdə oynadı. Filmin çəkilişlərində tanış olduğu Anna Mariya Pyeranceli ilə sevgi münasibətləri yaşamışdı. Evlilik xəyalları quran cütlüyün ayrılmasına Ancelinin anası səbəb oldu. Ceyms katolik olmadığına görə anası onların əlaqəsinə icazə vermədi. Daha sonra Liz Şeridan ilə nişanlanan Din xoşbəxt sevgi münasibəti yaşaya bilmədi. Bundan sonra Nyu-Yorka dönərək "Lux Video Theatre" və "Schlitz Playhouse of Stars" adlı televiziya seriallarında yer aldı. Ceymsin, həmçinin isveçli aktrisa Ursula Andres ilə də romantik münasibətləri olmuşdur.
1955-ci ildə çəkilən "Səbəbsiz üsyankar" (Rebel Without a Cause) adlı film karyerasının ən əhəmiyyətli filmlərindən biri olmuşdur. Nikolas Reyin rejissorluğunu etdiyi filmdə, baş rolu Natali Vud ilə paylaşdı. Canlandırdığı Cim Stark xarakteri ilə gənclərin idealına çevrildi. Dövrün üsyankar gənci imicinin formalaşmasında böyük rol oynamışdı.
Az sonra 1956-cı ildə "Nəhəng" (The Giant) adlı filmdə rol aldı. Elizabet Teylor və Rok Hadson ilə birlikdə oynadığı filmdə "Ən yaxşı kişi aktyor" nominasiyasında, ölümündən sonra Oskara namizəd göstərilən ilk aktyordur.
Ölümü
[redaktə | mənbəni redaktə et]1954-cü ildən etibarən Ceyms avtomobil yarışları ilə maraqlanmağa başladı. 1955-ci ildə "Nəhəng" filminin çəkilişləri zamanı Din gümüşü rəngdə Porşe 550 Spyayder adlı maşın aldı. Aktyor bu maşınla Kaliforniyada keçiriləcək maşın yarışlarında iştirak etməyi planlaşdırırdı. Din maşınını dəlicəsinə sevirdi və ona "Balaca əclaf" adı qoymuşdu. Ceyms 30 sentyabr 1955-ci ildə Kaliforniyada Porşe ilə etdiyi qəza nəticəsində vəfat etmişdir. Avtomobil qəzasının baş verdiyi yerin adı Ceymsin xatirəsinə "James Dean Memorial Junction" olaraq dəyişdirilmişdir.
Hələ karyerasının başlanğıcında olmasına baxmayaraq, bir əfsanəyə çevrilmiş və bir çox sənətçiyə ilham qaynağı olmuşdur. Ron Martinettinin yazdığı "The James Dean’s Story" (Ceyms Dinin hekayəsi) adlı kitabda biseksual olduğu iddiaları böyük əks-səda doğurmuşdu. Lou Rid, Hilari Daff, Lady Gaga və Fil Ouks, Teylor Svift, Lana Del Rey, Adam Lambert, Halsey, Eagles kimi müğənnilər onun xatirəsinə mahnılar yazmışdırlar.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Filmlər
[redaktə | mənbəni redaktə et]İl | Filmin adı | Oynadığı rol | Filmin direktoru | Əlavə qeydlər |
---|---|---|---|---|
1951 | Süngünü Taxın! | Doggie | Samuel Fuller | Yaradılmayıb |
1952 | Dənizçi ehtiyatlı ol! | Boks Müəllimi | Hal Uolker | Yaradılmayıb |
1952 | Hədd – U. S. A. | Copyboy | Riçard Bruks | Yaradılmayıb |
1952 | Mənim qızımı görən olmayıb? | Youth at Soda Mountain | Douglas Sirk | Yaradılmayıb |
1953 | Yol boyu çətinlik | Futbol seyircisi | Maykl Kurtiz | Yaradılmayıb |
1955 | Cənnətin Şərqi | Cal Trask | Elia Kazan | Ən yaxşı dram aktyoru, Qızıl kürə
Ən yaxşı xarici aktyor mükafatı |
1955 | Səbəbsiz Üsyankar | Cim Stark | Nikolas Rey | Namizədliyi irəli sürüldü– Ən yaxşı xarici aktyor, BAFTA mükafatı |
1956 | Nəhəng | Jet Rink | Corc Stivens | Namizədliyi irəli sürüldü– Ən yaxşı kişi aktyoru, Akademiya mükafatı |
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 James Dean (ing.). 2000.
- Pages using the JsonConfig extension
- 8 fevralda doğulanlar
- 1931-ci ildə doğulanlar
- 24 yaşında vəfat edənlər
- 30 sentyabrda vəfat edənlər
- 1955-ci ildə vəfat edənlər
- Los-Anceles Kaliforniya Universitetinin məzunları
- Əlifba sırasına görə film sənətçiləri
- ABŞ aktyorları
- Kaliforniyada vəfat edənlər
- Yol-nəqliyyat hadisəsində ölənlər