Ceyms Tobin
Ceyms Tobin | |
---|---|
ing. James Tobin | |
Doğum tarixi | |
Doğum yeri | İllinoys ABŞ |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Konnektikut ABŞ |
Vəfat səbəbi | serebrovaskulyar xəstəlik[d] |
Milliyyəti | ABŞ |
Elm sahəsi | makroiqtisadiyyat |
Elmi adı | |
İş yerləri | Harvard Universiteti, Yel Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Yozef Şumpeter[2] |
Tanınmış yetirmələri | Canet Yellen |
Tanınır | Keynsçi iqtisadiyyat, Portfel nəzəriyyəsi, Tobin vergisi, Tobit modeli |
Üzvlüyü | |
Mükafatları | 1955 C.B.Klark medalı, 1981 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Tobin (ing. James Tobin) (5 mart 1918 – 11 mart 2002) — amerikalı iqtisadçı, Keynsçi maliyyə bazarları nəzəriyyəsi sahəsində mütəxəssis. İnvestisiya davranışı qaydası ilə bağlı apardığı tədqiqatlar maliyyə bazarına aid olan biliklərin artmasına səbəb olmuşdur. Bu tədqiqatlarına görə 1981-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Həyatı
Harvard Universitetində təhsilini başa vurduqdan sonra, ABŞ hərbi dəniz donanmasında xidmət etmişdir. 1946–1949-cu illərdə Harvard Universitetinin təqaüdçüsü olmuşdur, 1947-ci ildə Harvard Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1950-ci ildən Yel Universitetində işləməyə başladı və 1957-ci ildə burada professor dərəcəsinə yüksəldi.
Fəaliyyəti
1941–1943-cü illərdə Vaşinqtonda (Kolumbiya) Qiymətlərin Tənzimlənməsi İdarəsinin, Mülki Təchizat və Hərbi İstehsal Şurasının iqtisadçısı işləmişdir. 1949-cu ildə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsində (Böyük Britaniya) işləmişdir. 1950-ci ildən Yel Universitetinin adyunkt professoru, 1957-ci ildən həqiqi (tam) professoru olmuşdur. Bir sıra hökumət və özəl təşkilatların, o cümlədən Federal Ehtiyat Sisteminin, ABŞ Maliyyə Nazirliyinin, Konqresin Büdcə Komitəsinin, Ford Fondunun müşaviri və məsləhətçisi olmuşdur. 1967-ci və 1970-ci illərdə Nyu-Heyven şəhərinin (Konnektikut ştatı) Şəhər Plan Komissiyasının sədri, 1969–1970-ci illərdə inflyasiyanın tənzimlənməsi və iqtisadi rifah üzrə Nyu-York şəhər komissiyasının üzvü, ABŞ Milli Elmlər Akademiyasının, Amerika Fəlsəfə Cəmiyyətinin, Amerika Elm və İncəsənət Akademiyasının, Amerika İqtisadiyyat Assosiasiyasının üzvü (1970-ci ildə prezidenti) kimi fəaliyyət göstərmişdir. Sirakuz, İllinoys, Yeni Lissabon universitetlərinin, Britaniya Dartmut kral hərbi dəniz kollecinin, Suortmor kollecinin fəxri elmi dərəcələrinə layiq görülmüşdür.
Elmi fəaliyyəti
1955–1961 və 1964–1965-ci illərdə iqtisadi araşdırmalar üzrə Koulz komissiyasına,1961–1962-ci illərdə ABŞ prezidenti C. F. Kennedinin yanında iqtisadi şuraya başçılıq etmişdir. Elmi karyerasından başqa 1955–1961 və 1964–1965-ci illər arasında Kovles İqtisadi Tədqiqatlar Fondunda idarəçi oldu.
İqtisadi nəzəriyyəsi
Tobin müasir keynsçilik nəzəriyyəsinə bir neçə strateji istiqamət üzrə, xüsusən, bu nəzəriyyəyə pul və kapital bazarlarında ümumi tarazlıq modelinin daxil edilməsi, kapital təklifinin qiymətinin Keyns konsepsiyasına əsaslanan yeni investisiya nəzəriyyəsinin işlənib hazırlanması, sabitləşmə siyasəti problemlərinin təhlilinə keynsçi yanaşmanın təkmilləşdirilməsi hesabına mühüm töhfələr vermişdir. Müasir iqtisadi nəzəriyyədə onun adı, ilk növbədə, "Milli iqtisadi siyasət" ("National Economic Policy") adlı əsərində orijinal "portfel investisiyalarının seçim nəzəriyyəsi"nin işlənib hazırlanması ilə bağlıdır. Bu nəzəriyyə fərdi təsərrüfat və firmalar səviyyəsində onların aktivlərinin strukturunun necə təyin olunmasını təsvir edir. Tobinə görə, investorlar yalnız nadir hallarda bütün başqa amillərə məhəl qoymadan ən yüksək mənfəət əldə etməyə çalışırlar. O göstərmişdir ki, investorlar öz investisiya portfellərində tarazlığa nail olmaq üçün yüksək riskli investisiyaları daha az riskli investisiyalarla əlaqələndirməyə çalışırlar. Tobin aktivlərin tarazlığı modellərindən və qiymətli kağızlar ehtiyatlarının hərəkətinin təhlilindən çıxış edərək, "q faktoru" konsepsiyasını irəli sürmüşdür. Bu əmsal aktivlərin maddi-material formada bazar dəyərinin onların əvəz edilməsi üçün məsrəflərə nisbətini ifadə edir. O, q əmsalının empirik tədqiqatlarım "Yeni iqtisadiyyat: on ildən sonrakı baxış" ("The New Economics: One Decade Older") adlı kitabında davam etdirərək fond bazarlarındakı vəziyyətin özəl investisiyalara təsirinin əhəmiyyətini göstərmişdir. C. Keynsin qısamüddətli makroiqtisadi təhlilini uzunmüddətli artım modellərinə şamil etmişdir. Bu, iqtisadi sazişin problemlərinə keçməyə imkan vermişdir. Tobinin portfel investisiyaları modeli fıskal siyasətin iqtisadiyyata təsirini öyrənmək üçün də yararlı olmuşdur.
Tobin ABŞ prezidenti Ronald Reyqanın iqtisadi siyasətinin və 80-ci illərdə Federal Ehtiyat Sistemi tərəfindən yeridilən sərt maliyyə siyasətinin ən fəal tənqidçilərindən biri olmuşdur. O, M. Fridmanın makroiqtisadi siyasət məsələlərinə dair tövsiyələrinin əleyhinə kəskin çıxışlar etmişdir. "Tərəqqi siyasəti. Keynsçilik baxımından oçerklər" ("Policies for Prosperity: Essays in a Keynesian Mode") adlı əsərdə on ildən artıq dövrdə ABŞ iqtisadiyyatının vəziyyəti kompleks təhlil edilmişdir. 80-ci illərdə ABŞ-də yeridilən maliyyə, vergi və monetar siyasətin müxtəlif aspektləri Tobinin "Reyqanomika" ("Reaganomics") kitabında da təhlil edilmişdir.[3]
Tobin tədqiqatlarında risk, portfel idarəsi və iqtisadi inkişafı əks etdirməkdə maliyyə bazarının rolu kimi sahələrə yanaşması ilə Keynsçi iqtisadiyyatdan daha geniş yararlanmağa şərait yaratdı.
Əsərləri
- (1961) — Amerikan Biznes İnancı
- (1966) — Milli İqtisadi Siyasət
- (1971–1982) — İqtisadi esselər
- (1974) — Yeni iqtisadiyyatda keçmiş onillik
- "Tərəqqi siyasəti. Keynsçilik baxımından oçerklər"
Mükafatları
- İqtisadiyyat üzrə Nobel mükafatı (1981)
- Müqəddəs xəzinə ordeni
Həmçinin bax
Xarici keçidlər
- Ceyms Tobin haqqında Nobel mükafatı e-muzeyində məlumat
- Ceyms Tobin haqqında faktlar
- Ceyms Tobinin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı
İstinadlar
- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
- ↑ Google Books (çd.). 2005.
- ↑ ZİYAD ƏLİABBAS oğlu SƏMƏDZADƏ. BÖYÜK İQTİSADİ ENSİKLOPEDİYA (PDF). V SŞTUÜVYZ. Bakı. 2012. səh. 164-165.
- 5 martda doğulanlar
- 1918-ci ildə doğulanlar
- 84 yaşında vəfat edənlər
- 11 martda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- Professorlar
- Harvard Universitetinin məzunları
- Urbana-Şampeyn İllinoys Universitetinin məzunları
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- ABŞ iqtisadçıları
- İqtisadiyyat üzrə Nobel mükafatı laureatları