Piter Daymond

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Piter Daymond
ing. Peter Arthur Diamond
Doğum tarixi (84 yaş)
Doğum yeri Nyu York ABŞ ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Elm sahələri Siyasi iqtisadiyyat
Rifah iqtisadiyyatı
Davranış maliyyəsi
İş yerləri Massaçusets Texnologiya İnstitutu
Berkli Kaliforniya Universiteti
Təhsili
Elmi rəhbəri Robert Solou[2]
Üzvlüyü
Mükafatları Nobel mükafatı 2010 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Piter Daymond (ing. Peter Arthur Diamond; d. 29 aprel 1940) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Xristofor PisseridesDeyl Martinsenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[3]

Piter Daymond 1960-cı ildə riyaziyyat üzrə təhsilini Yel Universitetində tamamlamışdır. O, 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir.

1964-1965-ci illərdə Berkli Kaliforniya Universitetində köməkçi dosent olaraq çalışmışdır. 1966-cı ildə Massaçusets Texnologiya İnstitutunda işə başlamazdan əvvəl dosent olmuşdur. 1970-ci ildə professor adını qazanmışdır. 1985-1986-ci illərdə İqtisadiyyat Departamentinin başçısı olaraq fəaliyyət göstərmişdir.

1968-ci ildə Ekonometrika Cəmiyyətinin üzvlüyünə seçilmiş və daha sonra bu təşkilatın başçısı da olmuşdur. 2003-cü ildə Amerika İqtisadi Assosiasiyasının başçısı olaraq fəaliyyətə başlamışdır. 1978-ci ildə Amerika İncəsənət və Elmlər Akademiyasında üzv, 1984-cü ildə ABŞ Milli Elmlər Akademiyasının üzvü və 1988-ci ildə Sosial Sığorta üzrə Milli Elmlər Akademiyasının qurucu üzvü olmuşdur. 2008-ci ildə Sosial Sığorta üzrə Milli Elmlər Akademiyası tərəfindən verilən Robert Bol adına Sosial Təhlükəsizlikdə Seçkin Müvəffəqiyyət Mükafatına layiq görülmüşdür.[4][5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
  2. Mathematics Genealogy Project (ing.). 1997.
  3. "The Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel 2010 Peter A. Diamond, Dale T. Mortensen, Christopher A. Pissarides". 2010-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.
  4. "Arxivlənmiş surət". 2010-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.
  5. "National Academy of Social Insurance – Conferences & Events". 2008-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.