Lloyd Şepli
Lloyd Şepli | |
---|---|
ing. Lloyd Shapley | |
Doğum tarixi | |
Doğum yeri | Massaçusets ABŞ |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | ABŞ |
Elm sahələri |
Riyaziyyat İqtisadiyyat |
İş yerləri |
ABŞ Ordusu (1943-1945) Prinston Universiteti (1953-1954) Rand Kooperasiyası (1948-1949; 1954-1981) Los Anceles Kaliforniya Universiteti |
Təhsili |
|
Tanınır |
Şepli dəyəri Şepli-Şubik güc indeksi Stoxastik oyunlar Bondareva-Şepli teoremi Şepli-Folkmen lemma və teoremi Qeli-Şepli alqoritmi Potensial oyun Bazar oyunları Nüfuz paylanması |
Üzvlüyü |
|
Mükafatları | 2012 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Lloyd Şepli (ing. Lloyd Shapley; d. 2 iyun 1923 ö. 12 mart 2016) — amerikalı riyaziyyatçı və iqtisadçı. Tanınmış nəzəri fəaliyyətləri riyazi iqtisad sahəsində, xüsusilə də Oyunlar nəzəriyyəsi haqqındadır. 2012-ci ildə Elvin Rotla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[4]
Həyatı
[redaktə | vikimətni redaktə et]Lloyd Şepli 2 iyun 1923-cü ildə ABŞ-nin Massaçutest ştatında anadan olub. Atası tanınmış astroloq Herlou Şepli idi. İlk və ikinci dərəcəli təhsilindən sonra Harvard Universitetində təhsilə başlamışdır. Lakin İkinci Dünya müharibəsi zamanı, 1943-cü ildə əsgərliyə aparılmışdır. Eyni ildə ABŞ Ordusu Hərbi Hava Qüvvələrinin çavuşu olaraq Çinə göndərilmişdir. Burada olarkən SSRİ ordusunun istifadə etdiyi hava vəziyyəti şifrələrini aşkara çıxarması səbəbindən Amerikanlmn Bürünc Ulduz medalı ilə təltif edilmişdir.
Müharibənin sona çatmasından sonra ABŞ-yə dönüb 1948-ci ildə Harvard Universiteti Riyaziyyat fakültəsindən məzun olmuşdur. Bundan sonra ABŞ-də qabaqcıl nəzəri araşdırma mərkəzlərindən biri olan Rand Kooperasiyasında bir il çalışdı. Sonra 1950-ci ildə Prinston Universitetində çalışıb dissertasiya hazırlayaraq 1953-də doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsi aldıqdan sonra bir müddət Prinston Universitetində işlədi. Sonra 1964-1981-ci illərdə karyerasını Rand Kooperasiyasında davam etdirdi. Lloyd Şepli 1981-ci ildə təqaüdə çıxdı, amma Los Anceles Kaliforniya Universitetində Riyaziyyat və İqtisadiyyat fakültələrində Fəxri professor olaraq işləyib.
Mükafatları və fəxri üzvlükləri
[redaktə | vikimətni redaktə et]- 1944 - ABŞ Ordusu Hərbi Hava Qüvvələrinin Bürünc Ulduz medalı.
- 1951-1952 - Prinston Universitetinin Fəxri üzvü.
- 1967 - Ekonometrika Cəmiyyətinin Fəxri üzvü.
- 1974 - Amerika İncəsənət və Elmlər Akademiyasının Fəxri üzvü.
- 1979 - Amerika Milli Elmlər Akademiyasının Fəxri üzvü.
- 1981 - Con fon Neyman nəzəriyyə mükafatı.
- 1986 - Qüds Yəhudi Universitetinin Fəxri doktoru.
- 2002 - Əməliyyat Tədqiqatları və İdarəetmə Elmləri İnstitutunun Fəxri üzvü.
- 2007 - Amerika İqtisad Cəmiyyətinin Seçkin Fəxri üzvü.
- 2012 - İqtisadiyyat üzrə Nobel mükafatı.
Əsərləri
[redaktə | vikimətni redaktə et]- 1953: Lloyd Shapley, "A Value for n-person Games ", H.W. Kuhn and A.W. Tucker (eds.) (ed) (1953) Contributions to the Theory of Games. II cild.
- 1953: Lloyd Shapley, "Stochastic Games" Proceedings of National Academy of Science C.39, s.1095–1100.
- 1954: Lloyd Shapley and Martin Shubik "A Method for Evalüating the Distribution of Power in a Committee System" American Political Science Review C.48, d.787–792.
- 1962: Lloyd Shapley and David Gale "College Admissions and the Stability of Marriage " The American Mathematical Monthly C.69, s.9–15.
- 1962: Lloyd Shapley, "Simple Games : An Outline of the Descriptive Theory", Behavioral Science C.7, s.59–66.
- 1967: Lloyd Shapley, "On Balanced Sets and Çores" Naval Research Logistics Quarterly C.14, s.453–460.
- 1969: Lloyd Shapley and Martin Shubik "Ön Market Games" Journal of Economic Theory C.1, s.9–25.
- 1969: Lloyd Shapley "Utility Comparison and the Theory of Games", La Decisión,s.251–263.
- 1971: Lloyd Shapley "Çores of Convex Games" International Journal of Game Theory C.1, s.11–26.
- 1969: Lloyd Shapley and Martin Shubik, "The Assignment Game İ: The Core", International Journal of Game Theory C.1, s.111–130.
- 1974: Lloyd Shapley and Robert Aumann, Values of Non-Atomic Games, Princeton University Press.
- 1979: Lloyd Shapley and Pradeep Dübey, "Mathematical Properties of the Banzhaf Power Index", Mathematıcs of Operations Research C.4, s.99–132.
- 1979: Lloyd Shapley and Robert Aumann, "Long-Term Competition – A Game-Theoretic Analysis" Nimrod Meğiddo (ed.) Eşsays in Game Theory: In Honor of Michael Maschler. Springer-Verlag.
- 1996: Lloyd Shapley and Döv Monderer. "Potential Games", Games and Economic Behavior C.14, s.124–143.
- 2003: Lloyd Shapley and X.Hu, "Ön Authority Distributions in Organizations ", Games and Economic Behavior C.45, s.132–152, 153-170.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Lloyd Şepli haqqında Nobel mükafatı e-muzeyində məlumat.
- Lloyd Şepli haqqında faktlar.
- Lloyd Şeplinin şəkilləri.
- Lloyd Şeplinin müsahibəsi.
- Lloyd Şeplinin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.
- ↑ 1 2 http://www.ams.org/fellows_by_year.cgi?year=2013.
- ↑ 1 2 http://www.ams.org/news?news_id=1680.
- ↑ "The Prize in Economic Sciences 2012
- 2 iyunda doğulanlar
- 1923-cü ildə doğulanlar
- 92 yaşında vəfat edənlər
- Uzunömürlülər
- 12 martda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- Tusonda vəfat edənlər
- Harvard Universitetinin məzunları
- Prinston Universitetinin məzunları
- Amerika Riyaziyyat Cəmiyyətinin üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- ABŞ uzunömürlüləri
- Massaçusetsdə doğulanlar
- Arizonada vəfat edənlər