İdiot (roman)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İdiot
rus. Идиот
Müəllif Fyodor Dostoyevski
Orijinal dili Rus dili
Yazılma ili 1868
Nəşr ili 1869
Əvvəlki Qumarbaz
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İdiot[1] (rus. Идиот) — XIX əsr rus yazıçılarından Dostoyevskinin 1868-ci ildə yazdığı bir romandır.

Fyodor Dostoyevski bu əsərində, sara xəstəsi bir gənc adamın mərkəzinə yerləşdirdiyi bir dünyada dürüst və açıq bir insan olaraq yaşamağın çətinliklərinə toxunmaqda və cəmiyyətin nə qədər də iki üzlü bir sistem üzərinə söykənərək ayaqda dayandığını göz önünə çıxarır. Belə bir dünyada dürüst olmaq "idiot" olmaqdır.

Roman bir Dostoyevski klassikası olaraq son dərəcə axıcı və dərindir. Psixoloji maddələrin ağırlıqlı olduğu bir əsərdir. Dostoyevski burda ideal kişi tipini yaratmaq istəmişdir.

XIX əsr ortalarında keçən romanın qəhrəmanı Knyaz Lev Mışkin, sara xəstəsidir. Müalicə gördüyü İsveçrədən qayıdanda əlindəki geyimdən başqa heç bir şeyi yoxdur. Peterburqda özüylə uzaqdan qohum olan Lizaveta Prokovyevnanı və General olan yoldaşını görmək üzrə Yepançinlgilə gedər. Burada generalın üç qızı, Aglaya, Adelaida və Aleksandra ilə də tanış olur. Knyaz, maraqlı şəxsiyyəti ilə ailəni və Peterburqda tanış olduğu digər insanları təsir altına alır.

Dünyanın gəlmiş keçmiş ən gözəl eşq romanlarından olan İdiot, Dostoyevskinin dörd böyük romanından biridir. Dostoyevskinin ən unudulmaz qadın qəhrəmanı olaraq qəbul edilən Nastasya Filopovna, məşhur rus romançının, Knyaz Mışkinin şəxsiyyətində vermək istədiyi güclü eşqin yönəldiyi şəxsiyyətlərdən biridir. Nastasya Filopovna gözəlliyin, cazibədarlığın, yetkin qadınlığın, yüngülməcazlığın simvoludur. Romanın bir başqa maraqlı qadın qəhrəmanı Aglaya İvanovna da gəncliyin, həssaslığın və zəkanın simvoludur. "İdiot" insanlıq tarixində yazılmış olan ən gözəl, ən sarsıdıcı, ən təsiredici romanlardan biri olaraq qəbul edilir.

  • Knyaz Lev Mışkin - baş qəhrəman. Uzun müddət xaricdə sara (epilepsiya) xəstəliyindən müalicə aldıqdan sonra, Rusiyaya qayıdan gənc;
  • Nastasya Filopovna - əsərin əsas qadın qəhrəmanlarından biri.
  • Aqlaya İvanovna - Mışkinin uzaq qohumları olan Lizaveta Prokovyevanın və onun həyat yoldaşı General Yepançinin qızı.
  1. "Arxivlənmiş surət" (PDF). 2016-12-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-05-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]