İnanc
İnanc —
Azərbaycan folklorunda
[redaktə | vikimətni redaktə et]Azərbaycanda xalq arasında sınama, yozum, yozma, inam adları ilə tanınan janr olub, İraq-türkman folkloruna aiddir. Professor Azad Nəbiyev inanclara İraq-türkman folkloru üçün də məqbul sayıla biləcək tərif vermişdir: "İnanclar sınamalar nəticəsində qətiləşən hökmlərin bədii ifadəsidir"[1]
İnancların tipləri
[redaktə | vikimətni redaktə et]İraq-türkman folklorunda inanclar aşağıdaki kimi qruplaşdırılır:
- Məişət və mərasimlərlə bağlı inanclar,
- təbiət hadisələri ilə bağlı inanclar,
- bitki və heyvanat aləmi ilə bağlı inanclar,
- astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar.
Astral təsəvvürlər və əsatiri görüşlərlə əlaqədar olan inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın nəticəsində yaranmışdır. Məsələn, bir ulduz axanda yer üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki insan ruhlarının ulduzlarla bağlı olduğuna inanırlar.
Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. Səfərə çıxarkən və ya görülməsi düşünülən bir iş barədə danışarkən birisi bir kərə asqırarsa, "Səbr gəldi, gözlənilsin, səbir edilsin", iki kərə asqırılarsa: "Cağat gəldi, xeyirlidir" — deyə yola çıxarlar.[2]
Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı inam və etiqadlar da çoxdur. Dolu yağanda onun bir dənəsini bıçaqla iki yerə bölsən, dolunun kəsəcəyinə inanırlar. Bu eynilə Azərbaycan folklorunda da belədir: "Uşağın dolu dənələrini dişləməsi, yaralayanda isə "mən kəsdim, sən də kəs!" — söyləyirlər.
Azərbaycan folklorunda sınamaların qadın repertuarı üçün xarakterik olduğu və qadınlar arasında geniş yayıldığı vurğulanır.
İnancların böyük bir qismi ibtidai təsəvvürlərdən qaynaqlansa da, onların müəyyən hissəsi İslam dininin təsiri ilə sonralar müəyyən dəyişikliyə məruz qalmışlar. Daha dəqiq desək, həm ibtidai, həm də islam dininə məxsus təsəvvürlər bir çox sınamalarda sintez olunaraq verilir. Məsələn, ibtidaidən yeni doğlumuş uşağın paltarına deşik daş, gözmuncuğu taxılardı, dua-pitiyin vurulması isə sonrakı dövrlər islam dininin təsiri ilə meydana çıxmışdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı, B., 2002
- ↑ "Qəzənfər Paşayev. Kərkük folklorunun janrları. Bakı: «Elm», 2003. - 320 s." (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-30.