Deizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

Deizm (lat. deusTanrı) — tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir.

Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə, bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir. Bundan əlavə Deizm Tanrının mövcudluğu ideyası ilə elmi qarşı-qarşıya qoymur, onları harmoniyaya salmağa çalışır.

Kəhanət, möcüzə və digər buna bənzər demaqoq ideyaları o cümlədən savab, günah, cənnət, cəhənnəm, axirət günü, vəhy, alın yazısı, zühur, cihad, mələk, cin və şeytan kimi mövhumları da inkar edir. Təkbir, şəhadət, namaz, oruc, qibtə, ibadət və dua etməyin, Məhərrəmlik, Qurban, Ramazan bayramı, Pasxa və Pentekostun qeyd olunması kimi hadisələrin önəm kəsb etməsini təkzib edir. Deistlər yaxşı insan olmaq üçün cəhənnəm əzabı qorxusuna ehtiyac görmür. Deistlər humanizmin insanın vicdanında təzahür etdiyini düşünürlər.

Deizm Tanrının bütün kainatı təbiət qanunları ilə vəhdət halında yaratdığını, insanlara həqiqəti dərk etmək üçün ağıl verdiyini iddia edir. Bu fəlsəfi cərəyanın hansısa ciddi qanunları olmadığından deizmin sərhədlərini də müəyyən etmək mümkünsüzdür. İxtiyari təməl qaydaları özündə cəmləşdirərək insanları onlara inanmağa məcbur edən dinlər yerinə, deizm azad düşüncə yolu ilə həqiqətə çatmağımızın mümkünlüyü fikrini önə sürür. Bu səbəblə deistlər kainat haqqında fərqli inanclara və düşüncələrə sahib ola bilərlər. Məsələn, təkamülün doğru olub-olmaması fikri deistə görə dəyişir. eyni sözləri ruh haqqında söyləmək də olar. Deizm anlayışının müəyyən bir istinad mərkəzi, təmsilçi və yaxud nümayəndəsi, ya da diqqətə çarpan qanunları olmadığı üçün bir çox dəyişik dünyagörüşünə malikdir. Bir sözlə, bu inanc sistem Deizm İncil, Quran, Tövrat və digər dini kitabların ilahiliyini qəbul etmir. Meyarlardan biri ondan ibarətdir ki, ənənəvi dinlər onlara xidmət edənləri cəhənnəm əzabları və digər anlayışlarla qorxudur və insanları azad düşüncədən və dünyanı dərketmədən məhrum edir.

Deistlərin dinlərdə olduğu kimi "müqəddəs" tikililəri, deizmə xidmət edənlər kimi anlayışları yoxdur. Sadəcə olaraq deistlərin kluba bənzər yığışa biləcəyi yığıncaqlar olur.

Deistik inanclar

[redaktə | vikimətni redaktə et]

Deizmin xüsusi qanunlarının olmamasına baxmayaraq, bütün deistlərin inancını təşkil edən bir neçə ortaq müddəa mövcuddur.

  • Kainatı yaradan bir (və ya bir neçə) Tanrı mövcuddur.
  • Bu Tanrı hadisələrə fəal müdaxilə etmir.
  • Vəhy olunduğu müdafiə edilən bütün dinlər, eyni zamanda ənənəvi dinlər insan məhsuludur.
  • Möcüzələr, kəhanətlər, alın yazısı və buna bənzər dini doqmalar yalandır.
  • Dinlərdə təbliğ edilən mələk, şeytan, cin kimi naməlum elementlərin heç bir elmi əsası yoxdur.
  • Yalnız məntiq və idraki düşüncə bizi doğrulara yönəldə bilər.

Müxtəlif fəlsəfi görüşlər

[redaktə | vikimətni redaktə et]

Qeyd etdiyimiz kimi deizmin azad düşüncəyə açıq olması bərabərində bir sıra fərqlilikləri də özüylə gətirmişdir. Belə ki, bu fəlsəfi inanc sisteminin bir neçə altqrupları və branşları mövcuddur: pandeizm, panendeizm, spiritual deizm, amorian deizm, pastafarian deizm, polideizm, jesuist deizm, moralistik deizm, terapiotik deizm və s. Deistlər arasında bir sıra fikir ayrılıqları mövcududr. Lakin, deistlər digərlərinin düşüncə və inanclarına humanistik mövqedən yanaşmalı olduqlarına düşündükləri üçün adətən aralarında elə də böyük bir münaqişə yaşanmır. Ümumiyyətlə, deistlərin Tanrı, ölümdən sonrakı yaşam və s. kimi mövzularla bağlı fikirləri sadəcə təsəvvür mahiyyəti kəsb etdiyindən ortada bir diskriminasiyanın mövcud olmasına da gərək yoxdur. Deistlər arasındakı bəzi fikir ayrılıqları bunlardır:

Ruhun varlığı

[redaktə | vikimətni redaktə et]

Bəzi deistlər ruh qavramının heç bir elmi əsasa dayanmadığını irəli sürərək ruhun mövcudluğu fikrini təkzib edirlər. Bir sıra deistlər isə ruhun var olduğu fikrini irəli sürürlər. Onlar ölümdən sonra yaşayışın davam edəcəyini düşünürlər. Ruhun var ola biləcəyini düşünən, lakin bu mövzuda qəti fikir irəli sürməyən və yaxud belə bir fikrin irəli sürülə bilməyəcəyini iddia edən deistlər də vardır. Onlar bu suala yalnız insanın fiziki ölüm təcrübəsindən sonra cavab tapa biləcəyini düşünürlər.

Ölümdən sonrakı həyat

[redaktə | vikimətni redaktə et]

Ruhun varlığını təkzib edən deistlər bir qayda olaraq ölümdən sonrakı həyata inanmırlar. Ruhun varlığına inanan deistlər insanın bu dünyadakı ömrünü başa vurduqdan sonra hər hansı bir formada öz yaşamını davam etdirəcəyini düşünürlər. Bu mənada bir sıra dəyişik fikir və ideyalar önə sürülür. Belə ki, ölümdən sonra Tanrının bizi etdiyimiz yaxşılıqlara görə mükafatlandıracağını və etdiyimiz pisliklərə görə cəzaya tabe tutulacağımızı düşünən deistlərin sayı kifayət qədərdir. Qeyd edək ki, bu inancın İbrahimi dinlərdə bəhsi keçən cənnət və cəhənnəm kimi mövhumatlarla sırf bağlılığı yoxdur. Bununla yanaşı, Tanrının onun varlığına inanmyanları cəzalandırması fikri də deizmdə yoxdur. Deistlər əsl imtahanın insanın dünyaya gəldiyi andan etibarən öz zehni təkamülünü keçirməsi, kamilləşməsi, o cümlədən, ağıl və vicdana dayanaraq yaxşı ilə pisi ayırd etməsi olduğunu düşünür və bu mənada insanların Tanrıya inanması və ona ibadət etməsinin Tanrını maraqlandırmadığını iddia edirlər. Ölümdən sonra yaşama inanan deistlərin önə sürdüyü bir digər fikir də reinkarnasiyadır. Reinkarnasiya insanın ölümündən sonra ruhun bədəni tərk edərək yenidən başqa bir bədəndə həyata qayıtmasıdır. Deizmdə tənasühə dayalı reinkarnasiya mümkünsüzdür. Ruhun öz təkamülü çərçivəsində daha ali mərtəbəyə doğru addımladıqlarını düşünən deistlər reinkarnasiya nəticəsində insanın yalnız insan formasında dünyaya gələcəyini düşünürlər. Tənasühdə isə insanın it, pişik və s. kimi canlıya dönüşərək dünyaya gələ biləcəyi fikri əks olunur. Reinkarnasiyada karma və random fəlsəfəsi mövcuddur. Bu fikri müdafiə edən bir qrup deistlər bu prosesə karmanın təsir etdiyini söyləyir. Belə ki, bu həyatda etdiyimiz yaxşılıq və pisliklər növbəti həyatımıza təsir edir. Digər qrup reinkarnasiya müdafiəçiləri isə bu prosesinin təsadüfi formada cərəyan etdiyini düşünür. Yəni bu həyatda etdiyimiz yaxşılıq və pisliklər müəyyən bir formada mükafat və cəza ilə nəticələnir, daha sonra insan yeni bir həyata qədəm qoyur.

Deizmin yaradıcısı Herbert Çerberi (1583–1648) hesab edilir. Onun çiçəklənməsi "Maariflənmə dövrü"nə təsadüf edir (18-ci əsr). Yayılmasında İllüminatlar ordeninin böyük xidməti olmuşdur.

Bəzi məşhur deistlər

[redaktə | vikimətni redaktə et]
  1. "Arxivlənmiş surət". 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-06.
  2. Michael Lind. What Lincoln Believed: The Values and Convictions of America's Greatest President. Random House Digital, Inc. 2006. səh. 48. ISBN 9781400030736. Lincoln was known to friends and enemies alike throughout his life as a deist, a feet that illustrates the influence of eighteenth-century thought on his outlook. "I am not a Christian," he told Newton Bateman, the superintendent of education in Illinois. (#accessdate_missing_url)
  3. John B. Remsburg. Abraham Lincoln: Was He a Christian?. Library of Alexandria. ISBN 9781465518941. Washington, like Lincoln, has been claimed by the church; yet, Washington, like Lincoln, was a Deist. This is admitted even by the leading churchmen of his day. (#accessdate_missing_url)
  4. The Autobiography of Benjamin Franklin Arxivləşdirilib 2008-06-09 at the Wayback Machine from earlyamerica.com
  5. Michael D. Gordin. A Well-ordered Thing: Dmitrii Mendeleev And The Shadow Of The Periodic Table. Basic Books. 2004. səh. 230. ISBN 9780465027750. İstifadə tarixi: 2012-08-30. Mendeleev's son Ivan later vehemently denied claims that his father was devoutly Orthodox: "I have also heard the view of my father's 'church religiosity' — and I must reject this categorically. From his earliest years Father practically split from the church — and if he tolerated certain simple everyday rites, then only as an innocent national tradition, similar to Easter cakes, which he didn't consider worth fighting against." ...Mendeleev's opposition to traditional Orthodoxy was not due to either atheism or a scientific materialism. Rather, he held to a form of romanticized deism.
  6. The Templar Code For Dummies. John Wiley & Sons. 2007. səh. 256. ISBN 9780470127650. İstifadə tarixi: 2012-07-09. Da Vinci was definitely an esoteric character and a man of contrasts; a bastard son who rose to prominence; an early Deist who worshipped the perfect machine of nature to such a degree that he wouldn't eat meat, but who made his first big splash designing weapons of war; a renowned painter who didn't much like painting, and often didn't finish them, infuriating his clients; and a born engineer who loved nothing more than hours spent imagining new contraptions of every variety.
  7. Eugène Müntz. Leonardo Da Vinci. Parkstone International. 2011. səh. 80. ISBN 9781780422954. To begin with, even if it could be shown – and this is precisely one of the points most in dispute – that Leonardo had broken with the teachings of the Catholic Church, it would still be nonetheless certain that he was a deist and not an atheist or materialist. (#accessdate_missing_url)
  8. James E. Force, Richard Henry Popkin, redaktorEssays on the Context, Nature, and Influence of Isaac Newton's Theology. Springer. 1990. səh. 53. ISBN 9780792305835. Newton has often been identified as a deist. ...In the 19th century, William Blake seems to have put Newton into the deistic camp. Scholars in the 20th-century have often continued to view Newton as a deist. Gerald R. Cragg views Newton as a kind of proto-deist and, as evidence, points to Newton's belief in a true, original, monotheistic religion first discovered in ancient times by natural reason. This position, in Cragg's view, leads to the elimination of the Christian revelation as neither necessary nor sufficient for human knowledge of God. This agenda is indeed the key point, as Leland describes above, of the deistic program which seeks to "set aside" revelatory religious texts. Cragg writes that, "In effect, Newton ignored the claims of revelation and pointed in a direction which many eighteenth-century thinkers would willingly follow." John Redwood has also recently linked anti-Trinitarian theology with both "Newtonianism" and "deism." (#accessdate_missing_url)
  9. Suzanne Gieser. The Innermost Kernel: Depth Psychology and Quantum Physics. Wolfgang Pauli's Dialogue with C.G. Jung. Springer. 2005. 181–182. ISBN 9783540208563. İstifadə tarixi: 2012-08-27. Newton seems to have been closer to the deists in his conception of God and had no time for the doctrine of the Trinity. The deists did not recognize the divine nature of Christ. According to Fierz, Newton's conception of God permeated his entire scientific work: God's universality and eternity express themselves in the dominion of the laws of nature. Time and space are regarded as the 'organs' of God. All is contained and moves in God but without having any effect on God himself. Thus space and time become metaphysical entities, superordinate existences that are not associated with any interaction, activity or observation on man's part.
  10. Joseph L. McCauley. Classical Mechanics: Transformations, Flows, Integrable and Chaotic Dynamics. Cambridge University Press. 1997. səh. 3. ISBN 9780521578820. İstifadə tarixi: 2012-07-10. Newton (1642-1727), as a seventeenth century nonChristian Deist, would have been susceptible to an accusation of heresy by either the Anglican Church or the Puritans.
  11. Hans S. Plendl, redaktorPhilosophical problems of modern physics. Reidel. 1982. səh. 361. Newton expressed the same conception of the nature of atoms in his deistic view of the Universe. (#accessdate_missing_url)