İman

Vikipediya, azad ensiklopediya
(İslamda iman səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

İman

  • Lüğət mənası

(e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir[1]. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir.

  • Termin mənası

Termin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir.

İslam kəlməsinin mənası

[redaktə | mənbəni redaktə et]
  • Lüğət mənası

«S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir.

  • Termin mənası

İstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir. Yuxarda da qeyd etdiyimiz kimi İman və İslam terminlərinin bir yoxsa ayrı məna ifadə etməlri baxmından müxtəlif görüşlər var. Buna səbəb isə bu kəlmələrin QuranHədislərdə həm eyni həm də ayrı mənalarda işlənmələridir. Məşhur olan görüş isə budur ki lüğət mənası baxımından İslam daha geniş məfhum, iman isə daha xüsüsi məfhumdur. Yəni hər təsdiq (mömin) təslimiyyət (müsəlman) amma hər təslimiyyət təsdiq deyildir. Maturudiyə görə İslam insanın nəfsini, felini və dinini Allaha təslim etməsi deməkdir. Başqa bir ifadə ilə desək Maturudiyə görə İslam insanın özü daxil hərşeyin Allaha ait olduğunu qəbul edib hər işin Ona bir təslimiyyət halı içərisində edilməsi və dində ixlaslı olmaq mənası bildirir. . Maturudi islamın və təslimiyyətin ancaq iki şəkildə olacağını qeyd edir: 1. İslam,hər şeyin yuxarda qeyd etdiyimiz şəkildə olmasına inanıb və bu inanca əməl etmədən sadəcə əqlən qəbul etməkdir ki bu əqli təslimiyyətdir. 2. İslam, hər şeyin yuxarda qeyd etdiyimiz şəkildə olmasına inanıb əqli təslimiyyət, onun belə olmasını söyləmək qövli təslimiyyət və inandığı və dediyi şeylərə əməl etmək feli təslimiyyət deməkdir[2]. Burdanda görünür ki Maturudi iman və islam kəlmələrini bir mahiyyətdə qəbul edir.

İman və İslam kəlmələrinin müqayisə və təhlili

[redaktə | mənbəni redaktə et]

Qurani-Kərim və hədislərə ümumi kontekstdən baxdığımız zaman iman və islam terminlərinin həm mütəradif, həm mütəğayir, həm də mütədahil işləndiyini açıqca görərik. İndi isə bunları daha detallı şəkildə izah edək.

  • A. Mütəradif işləndiyi yerlər

Sinonim olaraq işləndiyi yerlərə bu ayələri misal göstərmək olar: Lut qövmü haqqında: «Beləliklə oradakı ( İbrahimLuta iman gətirmiş ) möminlərin hamsını çıxardıq. Həmin diyarda yalnız bir müsəlman (mömin) evi ( Lutun evini) tapdıq.»[3]. Hz. Musanın qissəsində: «Musa dedi: ey mənim qövmüm, əgər Allaha iman (ə:məntum) gətirmişsinizsə və Ona təslimsinizsə (muslimin) onda, yalnız Ona təvəkkül edin.»[4]. Bu ayələrdə iman ilə islam eyni mənada işlənib o da qəlb və əməllə təslim dən ibarətdir.

  • B. Mütəğayir işləndiyi yerlər

Fərqli mənalarda -“antonim”- işləndiyi yerlərə misal olaraq isə bu ayə və hədisi misal göstərmək olar: « Bədəvilər dedilər: biz iman gətirdik. De: Siz iman gətirməmisiniz. Lakin islamı qəbul etdik deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər Allaha və Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən əskiltməz. Çünki Allah çox bağışlayan və mehirbandır.»[5]. Ayədən göründüyü kimi İslam dinin zahirinə əməl etməkdir. Yəni kəlmeyi tövhidi demək, namaz qılmaq, zəkat vermək kimi. İman isə qəlblə bağlı olan bir şeydir. Hz. Peyğəmbər buyurur: «…hər iman İslamdır, amma hər İslam iman deyildir. Zahirə əməl etməkdə fərq yoxdur. Çünki hər ikisində namaz, zəkat və digər zahiri hökümlərə əməl olunur. Amma fərq budur ki, iman qəlbin itaət etməsidir… »[6].

  • C. Mütədahil işləndiyi yerlər

Mütədahil - biri digərinin içərisində işləndiyi yerlərə isə Hz. Peyğəmbərin bu mübarək hədisini misal göstərmək olar: Bir adam : “Ya Rəsulullah, İslam nədir?” dedi. Həzrət buyurdu: “Qəlbini Allaha təslim etməyin və müsəlmanların sənin dilindən və əlindən amanda olmasıdır.” buyurdu. Adam : “İslamın hansı fəzilətlidir?” soruşunca, hz. Peyğəmbər: “İmandır” buyurdu. “İman nədir?” sualına hz. Peyğəmbər: “Allaha, mələklərinə, kitablarına... iman etməkdir.”[7] cavabını vermişdir. Bu və bunun kimi ayəhədislərdə iman və islam, bir-birinin yerində işlənmişdir.

İman - əməl münasibəti

[redaktə | mənbəni redaktə et]

İmanın nə olması haqqında kəlam məktəblərinin hər birinin özünə xas görüşləri vardır ki, təbii olaraq hər biri öz görüşünü Quran və Hədisə əsaslandırmağa çalışıblar. Onların iman əməl münasibəti haqqındakı görüşlərini belə sıralamaq olar.

A. İman qəlbin təsdiqidir

ƏşəriMaturudi kəlamçılarına görə iman, inanılması gərəkən xüsusları qəlbin təsdiq etməsidir. Maturudi, Əşəri, Baqillani, Cüveyni, Qəzali, Əbul-Muin Nəsəfi, Şəhristani və Amidi kimi əhli-sünnə kəlamçıların qənaəti budur[8]. İmanın qəlbin təsdiqi olduğunu göstərən ayə və hədislərin bəzisi bunlardır. Ayələr.

1. Hz.Yusifin qardaşları tərəfindən hz. Yaquba xitabən deyilən «sən bizə inanan deyilsən»[9] məalındakı ayə «sən bizi təsdəq edən deyilsən» mənasındadır. 2. Allah münafiqlər haqqında «Ey peyğəmbər, qəlbləri ilə inanmadıqları halda ağızları ilə inandıq deyənlərlə, yahudilərdən o küfür içində danışanlar səni üzməsin»[10] buyurmuş və imanı qəlbin təsdiqi hesab etmişdir. 3. «Alah kimə doğru yolu göstərib imana müvəffəq edərsə, onun qəlbini islam üçün açar»[11]

Hədislər.

1-Bir hədisdə nəql edildiyinə görə Usamə bin Zeyd (öl. 54/674) döyüşlərin birində öldürmək istədiyi şəxs «lə iləhə illəllah» dediyi halda onu öldürmüş və müharbədən qayıdarkən hadisəni hz. peyğəmbərə danışdığı zaman Hz. Peyğəmbər «öldürdüyün adam doğru yaxud yalan sölüyür deyə qəlbini yarıb baxdınmı?» deyə onu qınamışdır. Hz. Peyğəmbərin «qəlbini yarıb baxdınmı?» sözü imanın qəlbin təsdiqi olduğuna dəlildir. 2- Sumayə deyir: İmam Sadiq-dən islam və imanın bir-birindən ayrı olub olmadığını soruşdum. İmam buyurdu: İman islamdır ( Hər yerdə islamla şərikdir) amma islam iman deyildir (hər yerdə şərik deyil ). Davamında buyurdu: islam həmin dillə iqrardır ki onunla müslman kimi davranmağı zəruri edər. İman isə mənəvi bir hidayət və əqidədir ki ,insan qəlbində islamı qəbul edib, ona əməl edər. İman islamdan üstün bir mərtəbədir[12]. Əbu Muin ən-Nəsəfiyə görə iman qəlbin təsdiqdir. Əməllə iman arasında bir başa əlaqə yoxdur[13].

Əhli-sünnə və İmamiyyə kəlamçılarına görə hər bir şəxs imanı dili ilə iqrar etməsə belə Allah qatında həqiqi mömindir. Amma dünya hökümlərinin tətbiqi üçün də qəlbdəki imanın dil ilə iqrarı şərtdir.

B. İman qəlbin mərifətidir

Cəhmiyyə məzhəbinə görə iman qəlbin bilməyindən (marifetinden) ibarət olub Allahı və Hz. Peğəmbərin xəbər verdiyi şeyləri qəlbən bilməkdir[14].Təstiqlə bilmənin hərikisinin qəlb işi olmasına baxmayaraq aralarında fərq var. Təsdiq qəlbdə bir kəsb və iradə nəticəsində meydana gəlir. Bilgi isə kəsb və ixtiyar olmadan qəlbdə olar. Bilginin iman ola blməsi üçün onda iradə və təslimiyyət olmalıdır. Maturudi imanın qəlbdəki mücərrəd bilgidən ibarət olmadığını bildirmiş və «bilgi cəhalətin ziddidir. Halbuki imanın ziddi küfürdür. Əgər iman bilgi olsaydı o zaman cəhalətin küfür olması dolaysıyla hər cahilin kafir, hər alimin mömin olması gərəkəcəkdir ki, buda mümkün deyildir». Həmçinin Zahiri İbni Hazım da bu görüşdədir. Təstiq zənni qalib v' mütləq təsdiq olmaqla iki növə ayrılır.Zənni qaliblə təsdiq dediyimiz həmən sadə camatın təsdiqidir ki ona təqlidi iman da deyilir. Mütləq təsdiq isə kəsb, iradə və qəlbin itminan olaraq etdiyi təsdiqdir.

C. İman dil ilə iqrardır

İqrar imanın dil ilə deyilməsidir. MürciəKərramiyyə məzhəbləri imana inanılması gərəkən şeyləri qəlbin təsdiqi olmadan sadəcə dil ilə iqrar etməkdir deyə tərif veriblər. Buna Hz. Peyğəmbərin kəlmeyi-tövhidi deyən kimsənin canı və malı amanda olar. İç üzünün mühakiməsi isə Allaha aittir. hədisini dəlil olaraq göstərirlər. Əgər belə olsaydı o zaman münafiqlər də mömin olardılar. bir haldaki elə deyil. «İnsanların bəziləri imanları olmadğı halda- biz Allaha və axirət gününə iman gətirdik- deyərlər»[15]. Ayədən belə nəticəyə gəlmək olar ki, bu hədisi- şərif kəlmeyi-tövhidi deyən şəxsə müsəlman müamiləsinin göstəriləcəyinə dəlildir.

D. İman qəlblə təsdiq dil ilə iqrardır

İmam Hənəfi, Pəzdəvi, Sərasi kimi hənəfi fiqhinin önəmli fəqihlərinə görə iman, inanılması lazım olan xüsüsları qəlbin təsdiqi və dilin iqar etməsidir. Hənəfi fəqihlərə görə imanın təsdiq və iqrar olmaqla iki rukunu(ünsürü, əsası) var. Bunların dəlili isə bu hədisi-şərifdi «Qəlbində buğda dənəsinin zərrəsi qədər iman olduğu halda Allahdan başqa ilah yoxdur, Muhəmməd onun rəsuludur'' deyən kimsə cəhənnəmdən çıxar.»

E. İman qəlb ilə təsdiq dil ilə iqrar və əməldir

Xarici, Mötəzilə, Zeydiyyə və Sələfdən Malik, əl-Əvzai, Şafi, Haris əl-Muhasibi, Kalanisi, Əhməd bin Hənbəl kimi alimlər İman, dil ilə iqrar, qəlb ilə təsdiq və əməldən ibarətdir deyiblər. Bu görüşə görə bütün dini vacibləri yerinə yetirmək imanın bir parçasıdır. Yəni dini vaciblərdən birinə əməl etməyən dindən çıxmış olar. Amma vaciblərin hamsını yoxsa bir qismini əhatə etməsi mövzusunda ixtilaf ediblər. Misal olaraq xaricilərə görə isətər fərz(vacib) olsun istər nafilə(müstəhəb) bütün vaciblər imandandır. Bunlardan birini tərk edən dindən çıxar. Mötəzilədən bəzilərinə görə məxsusən də, Bəsrəli mötəzilələrə görə fərzlər imandandır. Nafilələr isə imandan deyil. Bu göruşü müdafə edənlər bu ayəni «Allah sizin imanlarınzı (namazlarınızı) zay etməz.[15] dəlil olaraq istifadə edirlər. Burda imanı bir əməl olan namazın yerinə işləndiyini iddia edərək əməl imandan bir cüzdür deyirlər[16]. Əşəri və İmamiyyəyə görə isə əməl imanın ünsürü deyil şərtidir. Qəlb ilə təsdiq edib, dil ilə iqrar edən kimsə əməllərdən birini və ya bir neçəsini tərk edərsə fasiq (günəhkar) mömin olar. Amma sonda cənnətə gedər. Dəlil olaraq isə aşağdakı ayələri gətirirlər: 1. Qurani-Kərimdə « iman edənlər və salih əməl edənlər»[15] deyə bir çox ayə işlənmişdir. Bu ayələrdə iman ednlərlə salih əməl işləyənlər ayrı-ayrı qeyd onunur. Əgər əməl imanın bir parçası olsaydı sadəcə iman edənlər deyərdi. 2. Bəzi ayələrdə əməlin qəbul olunması üçün iman şərt qoyulub: « Mömin olarq yaxşı işlər görən kəs, əsla nə zülümdən nə hqqının kəsilməsindən nə də ki, şəxsiyyətin kiçildilməsindən qorxar.»[17] burda əməlin qəbulu üçün iman şərt olaraq işlədilib. 3. Bəzi ayələrdə böyük günahın imanla bir yerdə ola biləcəyi qeyd olunmuşdur. Bunlardan birində « Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşarsa, onların arasını düzəldin…»[18] buyurulub və böyük günah sayılan öldürmə felini işləyərək əməli tərk edən şəxslərə «möminlər» deyir. 4.bu haqda icma var- Səhabə zamanından etibarən böyük din alimləri, qəlbində imanı olduğu və bu imanı dili ilə iqrar etdiyi halda əməlləri etməyən və qadağaları pozan şəxsləri mömin sayıb və onların bir müsəlman həyatı yaşamalarına da qarşı çıxmayıblar.

İmanın növləri

[redaktə | mənbəni redaktə et]

İmanı bir neçə xüsusiyyətinə görə müxtəlif növlərə ayırmaq olar. Misal olaraq şəxsin iman əsaslarına ümumi, ayrı-ayrılıqda, təqlidi və yaxud təhqiqi olaraq iman etməsinə görə bir neçə növə ayırmaq olar. Başqa ifadə ilə desək şəxsin nəyə iman etdiyini bilməsi baxımından imanı bir neçə növə ayırmaq olar.

  • A. İcmali iman

İnanılacaq şeylərə qısaca və ümumi olaraq inanmaq deməkdir. Bu imanın ən əsas ünsürüdür ki, tövhidşəhadət kəlmələrində cəmləşib. Bu imanın ilk dərəcəsi və islamın ilk təməl prinsipidir. Həqiqəttə Allahı tək ilah tanıyan, hz. Peyğəmbəri onun peyğəmbəri olaraq qəbul dən şəxs, digər iman əsaslarını və hz. Peyğəmbərin gətirdiyi bütün şeyləri topdan qəbul etmişdir. Bir insan üçün ilk vacib budur. Bu imanın ən aşağı təbəqəsi hesab olunur.

  • B. Təfsili iman

İnanılacaq şeylərin hər birinə ayrı-ayrılıqda açıq və geniş bir şəkildə inanmaya təfsili iman deyilir. Bu imanın ən geniş şəklidir. Təfsili imanın özünün də üç dərəcəsi var.

birinci dərəcə: Allaha, hz. Muhəmmədin (s.a.v.a.s.) peyğəmbərliyinə və axirətə ianmaqdır. Təfsili imanın birinci dərəcəsi icamli imana nisbətən daha açıq və dəqiqdir. Çünki burda Allaha, Peyğəmbərinə və axirətə də iman var.

ikinci dərəcə: Allaha, mələklərinə, kitaplarına, peyğəmbərlərinə, axirətə, məada, cənnətcəhənnəmə, qəza və qədərə hamısına ayrı-ayrılıqa inanmaqdır. Əhli-sünnə kəlamçılarına görə bir şeyin iman əsası ola bilməsi üçün Qurani-Kərim və mütəvatir hədislərdə qeyd olunması şərtdir. Məşhur və ahad hədislərin dəqiq məlumat vermədikləri üçün dəlil olaraq qəbul edilməz. Bu əsasa dayanan bəzi kəlamçılar qədərin Quran və mütəvatir hədislərdə iman əsası olaraq qeyd olunmadığı üçün onu iman əsası olaraq qəbul etməmişlər. Qeyd olunan hədislər də məşhur dərəcəsindədir[19].

üçüncü dərəcə: Hz. Peyğəmbərin Allahdan aldığı və bizlərə bildirdiyi dəqiq olaraq bilinən (təvatur) bütün xəbərlərin və hökümlərin, başqa bir ifadə ilə desək ayə və mütəvatir hədislərlə sabit olan bütün etiqadi, əməli və əxlaqi hökümlərin hamsına ayrı-ayrı, Allah və rəsulunun bildirdiyi və əmr etdiyi şəkildə bütün xırdalıqları ilə inanmaqdır. Məsələn, namaz,oruc, zəkat, halal-haram və bu kimi digər vacibləri öyrənib və ürəktən təsdiq etmək. Bu təfsili imanın üçüncü və daha geniş dərəcəsidir.

  • C. Təqlidi iman

Bir şəxsin söz, davranış və ya inancını hər hansı bir dəlilə, araşdırmaya baş vurmadan qəbul etməyə təqlidi iman deyilir. Cümhura görə bu cür iman səhihdir. Amma şəxsin imanını ağlı və nəqli dəlillərlə əsaslandırmağa səy etmədiyi üçün problemli qəbul edilmişdir. Təqlidi iman inkarçı şəxslərin irəli sürdükləri fkirlərlə sarsıla bilər. Buna görə imanı dini və əqli dəlillərlə qüvvətləndirmək lazımdır.

  • D. Təhqiqi iman

Əqli, nəqli, nəzər və istidlal yolları ilə dəlilləri görüb dəlalət yönü üzərində düşünüb dəqiq bilgi və araşdırmaya dayanan imana təhqiqi iman deyilir. Qurani-Kərimdə iman edəcək şəxsin nəyə\kimə, nə üçün və necə inanacağını bilməsi istənmişdir[20]. Allah Taala quranın bir çox ayələrində əqli təfəkkür, nəzər və istidlala dəvət etməklə dəqiq bilgiyə dayanaraq iman edilməsini istəmişdir: “Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlişində sağlam ağıl və fikir sahibləri üçün nişanələr vardır.”[21].

İmanın altı şərti

[redaktə | mənbəni redaktə et]

Qurani-Kərim və Sünnədə imanın şərti olaraq bunlar qeyd olunur:

1.Allaha iman gətirmək

2.Mələklərinə iman gətirmək

3.Kitablarına(Tövrat,Zəbur,İncilQuran) iman gətirmək

4.Peyğəmbərlərinə iman gətirmək

5.Axirətə iman gətirmək

6.Qədərə iman gətirmək

İman əsaslarına iman edən müsəlman şəxs mömin adlanır. İnsanın mömin olması onun daxili hissi olmasına baxmayaraq, Qurani-Kərimdə və hədislərdə möminlərin xüsusiyyəti haqqında kifayət qədər bəhs olunub. Bu barədə Qurani-Kərimdə buyurulur: "Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar,..."[22] Buradan belə başa düşülür ki, eyni zamanda insanın imanının kamilləşməsinə Allah ayələrinin oxunması birbaşa təsir göstərir. Peyğəmbərdən nəql olunur ki, bəndədə bu xislətlər olmayınca onun Allaha olan imanı kamilləşməz: "Allaha təvəkkül etmək, Allahın əmrinə boyun əymək, Allahın qəzavü-qədərinə razı olmaq və Allahın göndərdiyi bəlaya səbir etmək. Kim Allah yolunda sevsə, Allah yolunda nifrət bəsləsə, Allaha xatir versə və Allaha görə əsirgəsə imanı kamal həddinə çatdırıb."[23] Eləcə də, Cəfəri Sadiqdən belə rəvayət olunur ki, "Üç xislət olmayınca heç bir bəndə imanını kamilləşdirə bilməz: Dini dərk etmək, maliyə məsələlərini düzgün proqramlaşdırmaq və bəla və çətinliklər müqabilində səbir."[23]. Möminin gözəl əxlaqa sahib olması xüsusunda Əli ibn Əbu Talib buyurur: "Sizin imanı daha kamil olanınız əxlaqı daha gözəl olanınızdır[23]."

Mömini incitmək

[redaktə | mənbəni redaktə et]

Qurani-Kərimdə deyilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"[24] İslam peyğəmbərindən nəql olunan hədisdə qeyd olunur ki, mömini kədərləndirən şəxs ona dünyanı da bağışlasa bu işin onun günahının bağışlanmasına səbəb olmaz və bəxşişin müqabilində ona savab verilməz[23].

Qurani-Kərimdə iman əsaslarının sadalandığı ayələrdən nümunələr

[redaktə | mənbəni redaktə et]

İndi isə Qurani-Kərimdən iman əsasının sadalandığı ayələrdən bir neçəsinə nəzər salaq: 1.«Peyğəmbər Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və mömimlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə (peyğəmbərlərə) iman gətirdilər...»[15]. 2.«Möminlərdən, yahudilərdən, xristiyanlardansabilərdən Allaha və axirət gününə iman edib yaxşı iş görənlərin əcirləri Rəblərinin yanındadır. Onlara nə bir qorxu var, nə də qəmgin olarlar»[15]. 3.«De: biz Allaha, bizə nazil olana, həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil olana, eləcədə Musaya, İsya və (digər) peyğəmbərlərə, onların Rəbbi tərəfindən verilənə iman gətirdik (və) onların heç birinin arasında fərq qoymuruq və biz yalnız ona təslimik.»[25]. 4.«Ey iman gətirənlər, Allaha və Onun peyğəmbərlərinə, peyğəmbərinə nazil etdiyi kitaba və bundan öncə nazil etdiyi kitaba iman gətirin. Kim Allaha və Onun mələklərinə, kitablarına, göndərdiyi peyğəmbərlərə və axirət gününə kafir olsa, həqiqətən, uzun-uzdı bir azğınlığa düşmüşdür.»[26].

  • Hanifi Özcan , “Matüridiye göre-iman-islam-ihsan və küfür ilişkisi”, D.E.Ü. İlahiyat Fakultəsi Dergisi, N. 8, İzmir, 1994, s. 185
  • Muhəmməd Baqir Məclisi, Biharul Ənvar, Beyrut-Lobnan, Daru ihyait turasil ərabiy, cild, 65, 1983, s. 249.
  • Şerafettin Gölcük ve Süleyman Toprak, Kelam-tarih,Ekoller,Problemler, Baskı, 5, Konya, Yekun Dağıtım, 2001, s.116.
  • Ahmet Saim Klavuz, İslam akaidi ve kelama giriş, İstanbul, Ensar neşriyat,s.18.
  • Məhəmməd bin Yaqub Kuleyni, Usulu kafi, İntişarate usvə, h.ş. 1372, cild, 4, s. 85.
  • Akuş Süleyman, “Ebül-Muin en-Nesefiye göre mahiyet, artma ve azlma yönüyle iman”, Sakarya üniversitesi ilahiyat fakültesi dergisi, N. 15, 2007, s. 75.
  • Mustafa Sinanoğlu, ”İman”, TDV İslam Anskıopedisi, İstanbul: İSAM yayınları, 2000, cild,22, s. 213.
  • Baktır Mehmet, “ İmanın temellendirilmesi “, Cumhuriyyet Üniversitesi İlahiyat Fakultəsi Dergisi, N. 6, Sivas, 2002, s. 130.
  • Yıldırım Arif, “İslami iman objelerinin bölünmezliği”, Atatürk Üniversitesi İlâhiyat Fakültesi Dergisi, N. 24, Erzurum, 2005, s. 15-48.
  • Kuleyni Məhəmməd bin Yaqub, Usulu kafi, Tehran, Darul Kutubil İslamiyyəti, h.ş. 1365. cild, 2.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Ahmet Saim Klavuz, İslam akaidi ve kelama giriş, İstanbul, Ensar neşriyat, s.17
  2. Hanifi Özcan , “Matüridiye göre-iman-islam-ihsan və küfür ilişkisi”, D.E.Ü. İlahiyat Fakultəsi
  3. Zariyat,51/35,36
  4. Yunus, 10/84
  5. Hucurat, 49/14
  6. Muhəmməd Baqir Məclisi, Biharul Ənvar, Beyrut-Lobnan, Daru ihyait turasil ərabiy, cild, 65, 1983, s. 249
  7. Şerafettin Gölcük ve Süleyman Toprak, Kelam-tarih,Ekoller,Problemler, Baskı, 5, Konya, Yekun Dağıtım, 2001, s.116
  8. Ahmet Saim Klavuz, İslam akaidi ve kelama giriş, İstanbul, Ensar neşriyat,s.18
  9. Yusif,12\17
  10. Maidə,5\41
  11. Ənam,6\125,həmçinin,Nəhil,16/106;Hucurat,49/14;Mücadilə,58/22
  12. Məhəmməd bin Yaqub Kuleyni, Usulu kafi, İntişarate usvə, h.ş. 1372, cild, 4, s. 85
  13. Akuş Süleyman, “Ebül-Muin en-Nesefiye göre mahiyet, artma ve azlma yönüyle iman”, Sakarya üniversitesi ilahiyat fakültesi dergisi, N.15,2007,s.75
  14. Mustafa Sinanoğlu, ”İman”, TDV İslam Anskıopedisi, İstanbul: İSAM yayınları, 2000, cild, 22, s. 213.
  15. 1 2 3 4 5 Bəqərə, 2/8; Hucurat, 49/14, 17; Münafiqin, 63/1
  16. Baktır Mehmet, “ İmanın temellendirilmesi “, Cumhuriyyet Üniversitesi İlahiyat Fakultəsi Dergisi, N. 6, Sivas, 2002, s. 130
  17. Taha,20/112
  18. Hucurat, 49/9
  19. Ahmet Saim Kılavuz,İslam akaidi ve kelama giriş,İstanbul,Ensar neşriyat,s.32
  20. Serdar Murad ,İşık Harun,Sistematik Kelam,Kimlik yayınları,cild,1,2018,s.120
  21. Ali-İmran,3\190; Həmçinin, 2\164; Rum, 30\8,9,50; Ənkəbut, 29\43
  22. Ənfal surəsi, 2
  23. 1 2 3 4 Biharul-Ənvar, c.77, səh.177, hədis 10
  24. Əhzab surəsi, 58
  25. Ali-İmran,3/84
  26. Nisa,4\36, Həçinin,Nisa,4\150,151,152,170;Maidə,5\69;Həşr,57\8,28;Təğabun,64\8