Adi meşəgilası
Adi meşəgilası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Adi meşəgilası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi meşəgilası (lat. Prunus padus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Ümumi yayılması
[redaktə | mənbəni redaktə et]Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Çin, Koreya, Yaponiya və Monqolustanda təbii arealları vardır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Orta və yuxarı dağ qurşaqlarında (Laçın, Ağdərə, Naxçıvan MR) nadir hallarda rast gəlinir.
Statusu
[redaktə | mənbəni redaktə et]Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növüdür. CR A2abc;C1.
Bitdiyi yer
[redaktə | mənbəni redaktə et]Aşağı və orta dağ qurşaqlarında quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır.
Təbii ehtiyatı
[redaktə | mənbəni redaktə et]Azərbaycanda dar bir arealı vardır.
Bioloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Adi meşə gilası təbiətdə hündürlüyü 6–7 m-ə qədər olan ağacdır. Bitkinin qabığı qaramtıl boz rəngdə olur. Cavan zoğları qırmızımtıl rəngdədir. Yarpaqları uzunsov ellipsşəkillidir, ucu sivri, kənarları mişardişlidir. Üst tərəfi tünd, alt tərəfi isə bozumtul-göy rəngdədir, tez tökülür. Çiçəkləri salxımşəkillidir. Ləçəkləri ağdır. Meyvələri qara rənglidir. Toxumu yumurtaşəkilli, üzərində parıldayan nöqtələr vardır. Aprel ayında çiçək açır, iyun iyul ayında meyvəsi yetişir.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Təbiətdə generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişməsi səbəbləri
[redaktə | mənbəni redaktə et]Başlıca olaraq insan fəaliyyətidir.
Qəbul edilmiş qoruma tədbirləri
[redaktə | mənbəni redaktə et]Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmişdir.
Zəruri qoruma tədbirləri
[redaktə | mənbəni redaktə et]Yeni yasaqlıqların yaradılması zəruridir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Padus avium Mill.
- Prunus padus L., 1753
- Prunus racemosa Lam.
- Padus racemosa (Lam.) Gilib.,
- Padus racemosa (Lam.) C.K.Schneid.
- Prunus seoulensis H.Lév.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 473.