Armen Beqlaryan
Armen Beqlaryan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 aprel 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 2016 (42 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | 366-cı motoatıcı alay |
Döyüşlər | |
Təltifləri |
Armen Minasi Beqlaryan (erm. Արմեն Մինասի Բեգլարյան; 13 aprel 1973, Əxlətyan, Sisian rayonu – 4 aprel 2016, Ağdərə, Tərtər rayonu) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri, Aprel döyüşlərinin iştirakçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Armen Minasi Beqlaryan 13 aprel 1973-cü ildə Sisian rayonunun Əxlətyan kəndində anadan olmuşdur. Kənddəki səkkizillik məktəbi bitirdikdən sonra Sisian şəhər 3 saylı orta məktəbdə oxumuşdur. 1990–1991-ci illərdə İrəvan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 1992-ci ildə təhsilini yarı yolda qoyub Birinci Qarabağ müharibəsinin iştirak etmişdir.[1] O, MDB-yə məxsus 366-cı motoatıcı alayın birinci rotasının baş texniki olmuş, Xocalı soyqırımında iştirak etmişdir.[2] Hadrut və Ağdərə özünümüdafiə döyüşlərində iştirak etmiş, sonra isə "Sisakan" dəstəsinə qoşulmuşdur. Müharibə bitdikdən sonra monokultura ilə məşğul olmuşdur. 2005–2008-ci illərdə və 2012-ci ildən 4 aprel 2016-cı ilə qədər Axlatian icmasının rəhbəri olmuşdur. 2008-2012-ci illərdə Tulus su anbarının mühafizə-nəzarət stansiyasında işləmişdir. 3 aprel 2016-cı ildə Sisianın könüllülər dəstəsinin tərkibində Qarabağda Aprel döyüşlərində iştirak etmək üçün yola çıxmışdır. Azərbaycan tərəfi 4 apreldə Ağdərəyə gedən yolda Sisian dəstəsinin avtobusunu PUA bombalamışdır. Beqlaryan həmin avtobusda olmuş və həlak olmuşdur.[1]
Vidalaşma mərasimi 6 aprel 2016-cı il tarixində keçirilmişdir. 7 apreldə Sisian panteonunda dəfn edilmişdir.[3]
Mükafatlar
[redaktə | mənbəni redaktə et]- "Döyüş xidməti" medalı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "vorotan.am". vorotan.am. 2017-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
- ↑ "Глава Минобороны Армении может быть привлечен к ответственности за причастность к Ходжалинскому геноциду". 1news.az. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
- ↑ "Հերոս Արմեն Բեգլարյանը". 19 avq 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 13 apreldə doğulanlar
- 1973-cü ildə doğulanlar
- Sisian rayonunda doğulanlar
- 4 apreldə vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- 42 yaşında vəfat edənlər
- Ağdərədə vəfat edənlər
- Sisianda dəfn olunanlar
- İrəvan Dövlət Universitetinin məzunları
- Ermənistanın "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Ermənistan hərbçiləri
- Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- 366-cı motoatıcı alay
- Xocalı soyqırımını törədənlər
- Aprel döyüşlərində həlak olanlar