Arran (hökmdar)
Arran | |
---|---|
Qafqaz Albaniyasının çarı | |
? – I əsrin ortaları | |
Əvvəlki | Vəzifə təsis edilib |
Sonrakı | Aray |
Şəxsi məlumatlar | |
Milliyyəti | alban |
Dini | Zərdüştilik |
Arran, Aran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı. Arran haqqında mənbələrdə olduqca az məlumat var. Moisey Kalankatlı onun I əsrdə Parfiya hökmdar sülaləsi Arşakilərdən olan I Vologez (51-78-ci illər) tərəfindən Albaniya hökmdarı təyin edildiyini və Sünik sülaləsindən olduğunu qeyd edir. Tarixçi Arranın Yafətin nəslindən olduğunu da xüsusilə vurğulayır.[1]
Tədqiqatçılar Alban Arşakilərinə qədər Qafqaz Albaniyasında hakimiyyətdə olmuş hökmdarlarının yerli – alban mənşəli olduqlarını qeyd edir.[2][3][4] Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində yazır:
- “Burada Alban dövlətinin tarixi başlanır. Dünyanın yaranmasıilə çar Vologezin dövrünə Böyük Qafqaz dağları arasında hansı xalq yurd salıb, bu haqda oxucularımıza heç bir aydın məlumat verə bilmərik. Vologez öz hakimiyyətini şimal tayfaları üzərində bərqərar edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları ətəklərində, dağlardan cənubdakı dərələrlə çöllərdə və düzənlik başlanan yerlərdə yaşayan vəhşi qəbilələrin başçılarını çağırıb, onlara qarətlərlə qətllərdən əl çəkib, çarın vergilərinin itaətlə ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər təyin edir və onun əmrilə Yafət nəslindən və Sünik soyundan olan Arran onlara hakim təyin olunur.” [5]
Hakimiyyət ərazisi və varisləri
[redaktə | vikimətni redaktə et]Moisey Kalankatlı qeyd edir ki, Arranın hakimiyyəti dövründə Qafqaz Albaniyası`nın ərazisi Araz çayından Xunan qalasına qədər olan ərazini əhatə etmişdir.[6] Erməni mənbələri isə IV əsrə qədər Araz və Kür çayları arasındakı ərazilərin Böyük Ermənistanın tərkibində olduğunu qeyd edirlər.[7][8] Moisey Kalankatlı yazır:
“Arran Araz çayından başlayaraq Xunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır.”
— Moisey Kalankatlı, I, V.
Bəzi alban tayfalarının birbaşa Arranın nəslindən törəməsi haqqında məlumat vardır. Tədqiqatçılar isə bu fikrə şübhə ilə yanaşmışlar.[9] Moisey Kalankatlı yazır:
“Deyilənə görə, həmin Arranın nəslindən olan məşhur və cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir. Uti, Girdiman, Tsovd və Qarqar knyazlıqlarda yaşayan xalqlar da həmin Arranın oğullarının nəslindəndir.”
— Kalankatlı, I, V.
Adın etimologiyası
[redaktə | vikimətni redaktə et]Prof. Q. Qeybullayev yazır ki, “Arran” sözü qədim türk dilində “ərən” – igid, cəsur sözündəndir.[2]
Arran toponimi
[redaktə | vikimətni redaktə et]Moisey Kalankatlı Albaniya adının məhz Arranın şərəfinə verildiyini yazır:
“Onlar öz ölkələrinə Ağvan adını ona görə vermişlər ki, Aranın özünü, yumşaq xasiyyətinə görə,”ağu”, “mehriban” deyə çağırırdılar.”
— Kalankatlı, I. V.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Moisey Kalankatlı – Alban ölkəsinin tarixi, I, V.
- ↑ 1 2 Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkür tarixindən, Bakı, Azərnəşr, 1994
- ↑ F. Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, ADN, 1993
- ↑ Azərbaycan tarixi (yeddi cilddə), Bakı, Elm, 2007
- ↑ "Kalankatlı, I, V." 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-04.
- ↑ Ф. Маммедова – Кавказская Албания и Албаны, Баку, 2005
- ↑ "«Армянская География VII века по Р.Х (приписывавшаяся прежде Моисею Хоренскому)», СПб.,1877". 2017-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-04.
- ↑ "«История Армении»,III,гл.6". 2013-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-04.
- ↑ İ. Əliyev – Qarabağ: tarix, faktlar, hadisələr, Bakı, Elm, 1989