Urnayr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Urnayr
“Alban ölkəsinin tarixi”ndə Alban çarı Urnayr və İran şahı II Şapurun təsviri olan miniatür
Alban ölkəsinin tarixi”ndə Alban çarı Urnayr və İran şahı II Şapurun təsviri olan miniatür
Qafqaz Albaniyasının III çarı (Arşakilər)
313 (bilinən) – 371[1]
ƏvvəlkiI Vaçe
SonrakıII Vaçaqan
Şəxsi məlumatlar
Atası I Vaçe
Anası ?
Həyat yoldaşı Asay (II Şapurun bacısı)
Uşaqları II Vaçaqan
Asuagen
Ailəsi Alban Arşakiləri
Dini Bütpərəstlik/Alban Həvari Kilsəsi

Urnayr — Qafqaz Albaniyasında çar. Alban arşaki hökmdarı. 313-cü ildə Urnayr xristianlığı dövlət dini elan etdi. Mənşəcə Arşakilərdən olan Urnayrın (və onun varislərinin) xristianlığı qəbul etmələri, onların daxili inamları və ya xristianlığa olan meyillərindən daha çox siyasi mülahizələrlə bağlı idi. Monoteist din olan xristianlığın köməyilə Urnayr çoxmillətli alban dövlətini yaratdı.

Hökmdar Urnayrın adı ilk dəfə 313-cü ildə çəkilir. Belə ki, o, Albaniya ərazisində yaşayan tayfaları uzaqgörənliklə birləşdirmək qərarına gəlmiş, bu yolda əsas vasitənin din olmasını anlamışdır. Nəticədə o, 313-cü ildə xristianlığı Albaniyanın dövlət dini elan etmişdir. Təkallahlığı qəbul etməklə o, tayfalarda olan 16 bütləri məhv edir və tayfaları vahid din ətrafında birləşdirirdi. Xristianlığın qəbul edilməsi, həmçinin quldarlıq quruluşunun yeni, feodalizm quruluşu ilə əvəzlənməsi prosesi Albaniyanı daim tabe etməyə çalışan və İran feodalları tərəfindən idarə olunan Sasani dövləti ilə, həmçinin Şərqi Roma (sonralar Bizans) dövləti ilə mübarizə şəraitində baş verirdi. Xristianlığı Fələstin missionerlərindən (yəni xristianlığın mənbəyindən) qəbul etməsi isə müstəqil alban kilsəsi yaratmağa, Roma xristian rəhbərlərindən asılı olmamağa imkan verirdi. Eyni zamanda, Sasani hökmdarları da alban əhalisinə təsir imkanlarını itirirdilər. Beləliklə, Urnayrın addımı Albaniyanın vahidliyini və müstəqilliyini təmin edən addım kimi qiymətləndirilməlidir. Qafqazda ilk xristian dövlətlərindən olan Albaniya özü xristianlığı digər Qafqaz xalqları arasında yaymağa başlayır. Buradan missionerlər Qafqaz dağları və Xəzərsahili çöllərə yollanır, Qafqaz dağlarından şimalda təkallahlılığı yayırlar. Məhz alban missionerlərinin sayəsində xristianlıq regionda aparıcı dinə çevrilir, vacib siyasi amilə dönür. Nəticədə alban hökmdarı Şimali Qafqaz və Volqaboyu əhalisinə təsir etmək imkanı qazanır və bu imkandan istifadə edir. Urnayrın regionda artmış qüdrətini görən Sasani hökmdarı II Şapur onunla qohum olmaq istədiyini bildirir və razılıq alır. II Şapurun bacısı ilə evlənən Urnayr qərbdən gələn yeni təhlükənin qarşısını almağa çalışır. Belə ki, Roma qoşunları əlaltıları olan ermənilərlə Albaniyanı zəbt etmək fikirlərindən dönməmişdilər.

Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, romalıların Albaniyaya ilk yürüşü e.ə. 66-cı ildə baş vermişdir. O vaxtdan bəri romalılar mütəmadi olaraq Albaniya üzərinə yürüşlər etmiş, lakin güclü müqavimətlə üzləşmişlər. Dünyanın ən qüdrətli dövləti sayılan Roma imperiyası bütün səylərinə baxmayaraq Albaniyanı zəbt edə bilməmişdir. 359-cu ildə Roma-erməni qoşunu yürüşə hazırlaşdığı dövrdə Urnayr II Şapurla görüşüb düşmənin hücumunu gözləməməyin, əksinə, hücum edib onu öz torpaqlarındaca məğlub etməyin vacibliyini sübut edir. Birləşmiş alban-Sasani ordusu Suriya istiqamətində yürüş edir və Amida şəhəri yaxınlığındakı döyüşdə düşmənlərinin belini sındırır. Bu dövr mənbələrində Urnayr haqqında belə yazılmışdır:

"Urnayr, şərəfli döyüşçü, öz şanlı adını o, böyük müharibələrdə qazanmış, Ermənistanın daxilində öz zəfər bayrağını sancmışdır".

Qələbədən sonra vətənə qayıdan Urnayr ölkədə quruculuq işləri ilə məşğul olmuşdur. O, xristianlığı yaymaq üçün xüsusi qanunlar qəbul etmiş, dini məktəblər açmışdır. Torpaqların bir qismini kilsə torpaqları adlandırmışdır ki, onlardan gələn gəlir kilsənin xərclərini ödəsin. Bununla belə, dədə-baba dinlərindən imtina etməyənlərə qarşı o, yumşaq münasibət göstərmiş, heç bir cəza tədbirləri həyata keçirməmişdir. Nəticədə artıq IV əsrin ortalarında xristianlıq Albaniyada əsl dövlət dini olmuşdur. Bu, Sasani hökmdarının xoşuna gəlməsə də, Urnayr kimi güclü müttəfiqi itirmək istəməyən II Şapur bu tədbirlərə göz yummağı üstün tutmuşdur.

371-ci ildə Roma qoşunları yeni, daha güclü bir yürüşə başlayır. Alban-Sasani ordusu onları qarşılayır, lakin Dzirav yaxınlığında baş verən döyüşdə məğlub edilir. Urnayr bu döyüşdə ağır yaralanır və mühafizəçilərinin köməyi ilə vətəninə çatdırılır. Lakin romalılar da böyük itkilər vermişdilər. Nəticədə Roma–Sasani danışıqları başlayır. 387-ci ildə imzalanan müqaviləyə əsasən, Ermənistan dövlətinin adı dünyanın siyasi xəritəsindən silinir. Van gölü ətrafında olan torpaqlar Roma ilə sasanilər arasında bölünür.

Azərbaycanlı tədqiqatçılar türkcə "urun", "yaraşan", "uyğun gələn", "münasib olan" və ər "igid", "döyüşçü", "kişi" sözlərindən Urnayr adının qədim ermənicədəki "ayr" hissəsi həmin dildəki ayr "kişi" sözünü uyğunlaşdırmışdır). Erməni tədqiqatçıları ayr sözünü erməni sözü hesab edir və iranmənşəli Ari (qədim farsların ulu əcdadlarının adı) sözü ilə əlaqələndirirlər.

  1. Moisey Kalankatlı, Albaniya Tarixi PDF Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]