Bəhruz Məhərrəmov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bəhruz Məhərrəmov
Şəxsi məlumatlar
Doğum adı Bəhruz Abdurrəhman oğlu Məhərrəmov
Doğum tarixi 22 avqust 1983(1983-08-22) (41 yaş) və ya 1983
Doğum yeri
Təhsili
Fəaliyyəti vəkil, siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Bəhruz Abdurrəhman oğlu Məhərrəmov (22 avqust 1983 və ya 1983, Ağabağı, Zərdab rayonu) — hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Respublikasının Milli Məclisinin VI və VII çağırış deputatı[1], Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü.

Bəhruz Məhərrəmov 22 avqust 1983-cü ildə Zərdab rayonunun Ağabağı kəndində anadan olub. Rayonun Ağabağı və Gəndəbil kənd məktəblərində, 1996-cı ildən isə Bakı şəhər 194 saylı və paytaxtda məskunlaşmış Zəngilan rayon 24 saylı məktəblərdə təhsil alıb. 2000–2004-cü illərdə BDU Jurnalistika fakültəsində təhsil alıb. 2007–2011-ci illərdə BDU Hüquq fakültəsinin tam ali təhsil kursunu başa vurmuş, 2012–2015-ci illərdə BDU Hüquq fakültəsinin Hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alımış, "Avropa İnsan hüquqları məhkəməsinin qərarlarının milli məhkəmələr tərəfindən tətbiqi" mövzusunda dissertasiya işi müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-ci ildə Prezident yanında Ali attestasiya komissiyasının qərarı ilə dosent elmi adı almışdır[2].

2004–2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı bölüyünün tərkibində İraq respublikasında ABŞ Dəniz Piyadalari korpusunda hərbi xidmətdə olub.

Hazırda BDU hüquq fakültəsinin Hüquq üzrə elmlər doktoru proqramı üzrə doktorantıdır, İnsan hüquqları, İnformasiya hüququ sahəsində elmi araşdırmalar aparır. 2012-ci ildən BDU hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 3 kitab, 7 tədris proqramı, 30-dan artıq elmi məqalənin müəllifidir.

2003-cü ildən "Azad Azərbaycan" teleradio yayım şirkətində, "Avromed company" MMC-də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində, "PAŞA Sığorta" şirkətində məsul vəzifələrdə, o cümlədən hüquq xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.[3]

Hazırda BDU Hüquq fakültəsinin "İnsan hüquqları və informasiya hüququ" UNESCO kafedrasının dosentidir.

Siyasi fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

9 fevral 2020-ci il növbədənkənar parlament seçkilərində 66 saylı Biləsuvar seçki dairəsindən VI çağırış , 1 sentyabr 2024-cü il növbədənkənar parlament seçkilərində isə 69 saylı Biləsuvar seçki dairəsindən VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]

  1. ""İnformasiya hüququ" adlı dərslik nəşr olunub". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  2. "Hüquq fakültəsi". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  3. "MƏHƏRRƏMOV Bəhruz Abdurrəhman oğlu". MƏHƏRRƏMOV Bəhruz Abdurrəhman oğlu (az.). İstifadə tarixi: 2024-10-23.
  4. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.