Berillium
Bu məqaləni vikiləşdirmək lazımdır. |
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | , , | |||||
Qrup, Dövr, Blok | , , | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | q/mol | |||||
Elektron formulu | ||||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | °C ( K, °F) | |||||
Qaynama temperaturu | °C ( K, °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Berillium (Be) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 4-cü elementdir. Berillium 1798-ci ildə fransız kimyaçısı L. Voklen tərəfindən qiymətli daş olan berrilldə aşkar etmişdir və adı da burdan götürülmüşdür. Yunan sözü olan "beryllos" berill deməkdir. Yüksək nisbətdə istilik çəkə bilmə xüsusiyyəti səbəbiylə, hava və kosmik cihazlarda, rabitə peyklərində, nüvə stansiyalarında və raket istehsalında istifadə edilir. Bundan əlavə, yüngül metal ərintilərində, X-şüası balonlarının pəncərələrində və saat yaylarının istehsalında da istifadə edilir. Yüksək bir ərimə nöqtəsinə sahib olması, yüngüllüyü və poladdan çox daha elastik bir metal olması səbəbiylə, kompüter hissələri istehsalında, jiroskoplarda və tikinti sektorunda sıx istifadə edilən bir elementdir. Berillium mis qarışığı da, qaynaq istehsalında, elektrik əlaqələrində və elektrodlarda istifadə edilir. Zümrüd və Akuamarin, Berilliumun qiymətli kristal formalarıdır. Berillium və tozları, zəhərli olmalardan dolayı, xüsusilə ağciyər xərçənginə yol aça bilməkdədir.
Canlı orqanizmlərdə
[redaktə | vikimətni redaktə et]Bitkilərdə berilliumun orta miqdarı quru maddəyə görə 0,010±0,001q/kq olur. Əgər berillium torpaqda həll olmuş formadadırsa bitkilər tərəfindən asan mənimsənilir. Təbii şəraitlərdə bitkilərdə onun miqdarı 0,001–0,4 mq/kq (quru kütlədə) olur.
Bitkilər üçün berillium praktiki olaraq zərərsizdir.
Yaşlı insanın orqanizmində berilliumun miqdarı 0,4-dən 40 mkq-a qədər olur. Berillium ağ ciyərlərdə, limfa qovşaqlarında, qara ciyərdə, ürək əzələsində, sümük toxumasında aşkar edilmişdir.
Berilliumun heyvan və insan orqanizminə daxil olmasının əsas yolu nəfəs vasitəsilədir. Qida və su ilə daxil olan miqdar olduqca azdır. Berilliumun bioloji rolu ondan ibarətdir ki, kalsium, maqnezium və fosfat mübadiləsində (sümük toxumasında) iştirak edir.
Berillium bitkilər üçün zərərsiz olduğu halda heyvanlarda berillium raxiti yaradır. Qidada berillium duzlarının artıq miqdarda olması orqanizmdə həll olan berillium fosfatın əmələ gəlməsinə səbəb olur. Daima fosfatları "oğurlayaraq" berillium sümük toxumasının zəiflənməsinə səbəb olur ki, bu da xəstəliyin səbəbidir.
Berilliumun bir çox birləşmələri zəhərlidir. Onlar dərinin və nəfəs alma orqanlarının iltihabı proseslərinə səbəbi ola bilər: berillioza – spesifik xəstəlik olub berillium və onun birləşmələri düşmüş hava ilə nəfəs aldıqda baş verir.
Berilliumun həll olan birləşmələrinin böyük qatılıqda olduğu hava ilə qısamüddətli nəfəs aldıqda kəskin berillioz yaranır. Bu zaman nəfəs yolları qıcıqlanır, bəzən ağ ciyərlərin ödemi və boğulma müşahidə olunur. Berrilliozun xroniki növü də var. Onun üçün az kəskin simptomlar xarakterikdir, amma bütün orqanizmin daha çox pozulmaları müşahidə olunur. Odur ki, havada berilliumun icazə verilən qatılıq norması olduqca az olub cəmi 0,001 mq/m³ təşkil edir. Berillium orqanizmə əsasən hava və heyvan mənşəli məhsullar olan ət, ağ ciyər, qara ciyər vasitəsilə daxil olur.
Berilliumun daha geniş məlum olan və insan tərəfindən geniş istifadə olunan birləşməsi berilldir – Be3Al2(SiO3)6.
Qida məhsulları ilə sutka ərzində orqanizmə 0,01 mq hava ilə 0,000009 mq berillium daxil olur.
Tibdə berillium rentgen qurğularında istifadə olunur.
1964-cü ildə Tacigistan SSR Elmləri Akademiyasının vitse prezidenti, kimya elmləri doktoru K. T. Poroşinin rəhbərliyi altında bir qrup sovet kimyaçıları qədim müalicə vasitəsi olan "mumya"nı kimyəvi analiz etmişlər və müəyyən etmişlər ki, mumyada digər elementlərlə yanaşı berillium da var.
Berillium bəzi mineralların tərkibinə daxil olur və onlardan daha çox rast gələni berilldir Be3Al2(SiO3)6.
Qeyd edək ki, mumya, "dağ qatranı" Mərkəzi Asiyanın dağ mağaralarından yığılır. O, üzvi və qeyri-üzvi maddələrin suda yaxşı həll olan təbii qarışığıdır. Mumya qayaların çatlarında, boşluqlarda, diblərdə təbəqə, qərtmək, qara çöküntülər, tərkibində qum əlavəsi olan tünd darçın və darçın qatranabənzər kütlədir.
Əlavələrdən təmizlənmiş və ekstraksiya olunmuş mumya tünd darçını rəngli bircinsli, elastik konsistensiyalı, parıltılı səthə malik, özünə məxsus aromatik ətirli və acıtəhər və stimullaşdırıcı təsiri artıq çoxdan Orta Şərqdə və Hindistanda yüksək qiymətləndirilir. Çox qədimdən mumya müxtəlif xəstəliklərin və zədələrin müalicəsi üçün, həmçinin cinsi funksiyanı stimullaşdırmaq – kişi və qadın sonsuzluğunu müalicə etmək, potensiyanı artırmaq üçün geniş istifadə olunur.
Fiziki xassələri
[redaktə | vikimətni redaktə et]Berillium yüngül metal olub, kompakt şəkildə açıq sarı, toz halında isə tünd boz rəngdədir, adi temperaturda kövrək, nisbətən yüksək temperaturda isə plastikdir.
Berillium üçün zəif istilikkeçiricilik və yüksək istilik tutumu xarakterikdir. onun elektrik keçiriciliyi misdən təxminən 3 dəfə azdır. Berilliumun rentgen şüalarını keçirtmə qabiliyyəti alüminiumdan 16–17 dəfə artıqdır.
Tərkibində 0.5–3%-ə qədər berillium olan bürünclər və həmçinin nikel-berilliumlu xəlitələr, xüsusi yaylar, membran, pres-formalar, təzyiq altında tökmə işi aparan maşınlar və s. üçün ən yararlı materiallar hesab olunur. Berilliumun müxtəlif poladlara, nikel, alüminium və maqnezium xəlitlərinə aşqar kimi qatılması, onların texniki keyfiyyətlərini xeyli yaxşılaşdırır. V. M. Abbasov, A. M. Məhərrəmov, M. M. Abbasov, M. B. Babanlı, A. M. Tağıyeva. "Qeyri-üzvi kimya" Bakı-2021. s. 559.