Bir ailə (film, 1943)
Bir ailə | |
---|---|
| |
Janr |
dram müharibə |
Rejissor | Qriqori Aleksandrov |
Ssenari müəllifləri |
Mir Cəlal Lev Vaysenberq İosif Prut |
Baş rollarda |
Xosrov Məlikov Mərziyyə Davudova Lyubov Orlova M. Jarikov Antonina Filipova |
Operatorlar |
Timofey Lebeşev Əsgər İsmayılov Əlisəttar Atakişiyev |
Bəstəkar | Qara Qarayev |
Rəssamlar |
Yuri Şvets Əlisəttar Atakişiyev Mixail Vlasov Gülnaz Salamova |
İstehsalçı | "Bakı" kinostudiyası |
İlk baxış tarixi | 16 oktyabr 1943 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 83 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca |
İl | 1943 |
Texniki məlumatlar |
10 hissə 2497 metr |
Rəng | ağ-qara |
IMDb | ID0175606 |
Bir ailə — tammetrajlı bədii filmi rejissor Qriqori Aleksandrov tərəfindən 1943-cü ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan danışılır. Əsas rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, M. Jarikov və Antonina Filipova ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir[1].
Məzmun
[redaktə | mənbəni redaktə et]Filmdə II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan danışılır. Azərbaycanlı döyüşçü bir günlük məzuniyyət vaxtı təsadüfən bir rus ailəsinə düşür. Bu ailənin üzvləri onu mehribanlıqla qarşılayırlar. Qəhrəmanların söhbəti filmin əsas süjet xəttini təşkil edir.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir.
- Bu filmin nümayişi 1953-cü ilə kimi qadağan olunmuşdur. Filmin qadağan edilməsinin əsas səbəblərdən biri Stalinin filmi bəyənməməsiydi. Onun fikrincə, burada sovet xalqının alman işğalçıları ilə mübarizəsi zəif əks olunmuşdu.[2].
- Film bəstəkar Qara Qarayevin kinoda ilk işidir.
- Kinoşünas Aydın Kazımzadə "Azərbaycan kinematoqrafçıları" kitabında filmlə bağlı belə bir maraqlı faktı qeyd edib: çəkiliş zamanı səhnələrdən birində tankın partladılması lentə alınmalıydı. Rejissorun və Orlovanın xahişi ilə meydana hərbi hissədən tank gətirilir. Rejissorlara tankın çəkilişdən sonra hərbi hissəyə göndəriləcəyi deyilir. Partlayış saxta olmalı, səhnəni müxtəlif nöqtələrdən dörd kamera çəkməliydi. Amma tank həqiqətən partlayır. Həyəcan siqnalı çalınır və partlayış səsinə yaxınlıqda yerləşən hərbçilər gəlirlər. Bir göz qırpımında çəkiliş meydanı əhatəyə alınır. Partlayış vaxtı dörd kameradan üçü işləmir. Çünki partlayışdan şok yaşayan operatorlar kameranı işə sala bilmirlər. Yalnız operator Koretski özünü itirməyib və çəkilişi davam etdirib. Beləcə cəbhəyə göndəriləcək tank məhv olub[2].
- 1 mart 2018-ci ildə Mir Cəlalın 110 və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə filmin Nizami Kino Mərkəzində bərpa edilmiş variantının təqdimatı keçirilib.[3]
Rollarda
[redaktə | mənbəni redaktə et]- Xosrov Məlikov — tankçı Nəcəf
- Mərziyyə Davudova — Nəcəfin anası
- Lyubov Orlova — Katya
- M. Jarikov — Katyanın atası
- Antonina Filipova — Katyanın anası
- Oleq Jakov — Morozov
- Hökümə Qurbanova — Leyla
- Əlisəttar Məlikov — dalğıc Məmməd
- Kazım Ziya — Əhməd əmi
- Viktor Şarlaxov — evlər idarəsinin rəisi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- ↑ 1 2 "Stalinin bəyənmədiyi Azərbaycan filmi". kulis.lent.az. 9 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
- ↑ CBC. "Премьера азербайджанского фильма состоялась спустя 75 лет" (rus). Youtube.com. 03.03.2018. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-03.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 79; 83.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.