Cənnət Nağıyeva
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Cənnət Nağıyeva | |
---|---|
Doğum tarixi | 2 oktyabr 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 7 oktyabr 2010 (83 yaşında) |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Cənnət Mir Mustafa qızı Nağıyeva (2 oktyabr 1927, Salyan, Salyan qəzası – 7 oktyabr 2010) — filologiya elmləri doktoru, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Cənnət Nağıyeva 1927-ci il oktyabr ayının 2-də Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. 1945-ci ildə Bakı şəhəri 132 nömrəli tam orta məktəbin rus bölməsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil almışdır (1945–1950).
Cənnət xanım Nağıyeva 2010-cu il də oktyabrın 7-də vəfat etmişdir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]İki qızı var.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi Arxivlərin Tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın anasıdır.
Elmi fəaliyyətinin əsas göstəriciləri
[redaktə | mənbəni redaktə et]AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsində (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) laborant vəzifəsi ilə əmək fəaliyyətinə başlamışdır (1950), baş laborant (1951-1956), elmi işçi (1956-1974), "Heyran xanımın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1968), Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda baş elmi işçi (1974-1977), Əlyazmaların elmi təsviri, Biblioqrafiyası və kataloqlaşdırılması şöbəsinin müdiri (1978), "Nəvai və Azərbaycan ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır (1986). Filologiya elmləri doktoru, professordur (2009).
Təltifləri
[redaktə | mənbəni redaktə et]- Əməkdar Mədəniyyət İşçisi[1]
Kitabları
[redaktə | mənbəni redaktə et]- Süleyman Sani Axundovun arxivinin təsviri. Bakı: Elm, 1962, 89s.
- Əlyazmalar kataloqu (cünglər). Cild 2. Bakı: Elm, 1977(müəllifilərdən biri kimi), 191 s.
- Бакинские рукописи Алишира Навои. Баку: Элм, 1986, 138 с.
- Словарь энсиклопедии Навои. Ташкент: Фен, 1988.
- Heyran xanım Dünbülü (həyat və yaradıcılığı). Bakı: Yazıçı, 1989, 252 s.
- Навои и Азербайджанская литература XV–XIX вв. Ташкент: Фен, 1990, 136 с.
- Личные и казенные печати. Баку: Элм, 1991, 118 с. (Совместно с Нуралиева Т.)
- Füzuliyə təxmislər. Toplayan və nəşrə hazırlayanı: C.Nağıyeva. Bakı: Yazıçı, 1993, 192 s.
- Ürəyində arzu qaldı (Hacı Vaqif haqqında xatirələr). Tərtibçilər: C.Nağıyeva və N. Ağayeva. Bakı: Yazıçı, 1994, 112 s.
- Yusif Vəzir Çəmənzəminli arxivinin təsviri. Bakı: Örnək, 1999, 202 s.
- Azərbaycanda Nəvai. Bakı: "Tural-Ə" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2001, 264 s.
- Nəvai v Azerbaydcane. Baku: Tural, 2001.
- Традиции Фюзули в Узбекском литература. Баку: Нурлан, 2001.
- Heyran xanım. Divan (fotofaksimile nəşri). Nəşrə hazırlayan: C. Nağıyeva. Bakı: Mütərcim, 2002, 299+16 s.
- Özbək ədəbiyyatında Füzuli ənənələri. Bakı: Nurlan, 2005, 76 s.
- Azərbaycanda Cami (əlyazmalar əsasında) Bakı: Elm, 2007, 130 s.
- Fars əlyazmalar kataloqu. III c. Bakı: Nurlan, 2007 (müəlliflərdən biri kimi), 445 s.
- [http://web2.anl.az:81/read/page.php?bibid=63098&pno=2 Həsən bəy Zərdabi arxivinin təsviri. Bakı: Nurlan, 2008, 90 s.]
- Əbdürrəhman Cami əsərlərinin Bakı əlyazmaları. Bakı: Nurlan, 2009, I cild. 327 s.
Məqalələr
[redaktə | mənbəni redaktə et]- Açılmamış səhifələr. Elm və həyat, 1979,№ 1, s.34–35.
- Açılmamış səhifələrdən. Elm, 2005, 31 yanvar.
- Albom və xatirə dəftəri. Ədəbiyyat və incəsənət, 1967, 9 dekabr.
- Azərbaycan ədəbiyyatdında Sədi Şirazi şeirlərinin təzmini. Beynəlxalq elmi-nəzəri konfransın materialları. 9 oktyabr 2002-ci il. Bakı, 2003, s.106–116.
- Azərbaycan özbək əlaqələrinin böyük tədqiqatçısı. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. VI elmi nəzəri konfransın materialları. Bakı; Elm, 1999, s. 94–98.
- Azərbaycanda ən çox yayılmış əlyazmalarından. Respublika əlyazmaları fondunun əsərləri Nəvai kitabxanasında. Ədəbiyyat və incəsənət, 1980, № 10 yanvar.
- Bir arxivi taleyi. Elm,1990, № 10–11.
- Böyük şəxsiyyət haqqında bir neçə söz. türk dünyası. 2004, 11–18 fevral.
- Cami əsərlərinin Azərbaycan dilinə tərcüməsi haqqında bəzi qeydlər. Hikmət elmi araşdırmalar toplusu, 2010, № 6, s. 119–124.
- Cami və Azərbaycan. Ədəbiyyat qəzeti, 1992, 26 iyun.
- Caminin nadir əlyazması haqqında. Elm, 2003, 31 oktyabr.
- Daha bir Salyanlı xəttat haqqında. Qələbə, 1998, 1 may.
- Əbdülqani əfəndi Nuxavi əlyazmalaranındakı Cami əsərləri. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemlıeri. Bakı, 2008, s. 34–37.
- Əbdürrəhman Cami əsərlərinin Bakı əlyazmaları haqqında. Elm və həyat, 2004, № 4–5, s. 18–19.
- Ədəbi əlaqələrin tədqiqinə dair. Azərbaycan kommunisti, 1986, № 9, s. 65–71. Azərbaycan və rus dillərində.
- Əlişir Nəvai şeirləri cünglərdə. Əlyazmalar xəzinəsində,(əsərlər), c.7, 1986, s. 106–111.
- Əlişir Nəvainin "Məcalis-ün-nəfais" təzkirəsinin iki əlyazması. Əlyazmalar xəzinəsində (əsərlər), 1976, cild 4, s.53–60.
- Əlişir Nəvainin "Töbətül-əfkar" qəsidəsinin bir beyti haqqında. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. VII elmi-nəzəri konfransının materialları. Bakı; Elm 2000, s. 145–150.
- Əlyazma "Məcmuə"lər daxilində verilən əsərlərin tədqiqində əhəmiyyəti (Xaqaninin "Qəsideyi-şiniyyəsi" əsasında). Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. X Respublika elmi-nəzəri konfransın materialları. Bakı; 2006, s. 68–75.
- Əlyazmalar necə yayılırdı. Bakı, 1960, 17 oktyabr.
- Əlyazmalarımızın mahir tədqiqatçısı F. S. Seyidovun anadan olmasının 90 illiyi münasibətilə orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. Elmi-nəzəri konfransının materialları. Bakı: Elm, 1989, s. 3–4.
- Əlyazmaşünaslığın aktual məsələlərindən. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. VII elmi-nəzəri konkransın materialları. Bakı: Elm, 2000, s. 31–37.
- Füzuli ədəbi məktəbinin böyük nümayəndəsi Əda Əhrari və onun bir əlyazması haqqında. Türk dünyası, 2003, 22 iyun-7 avqust.
- Füzuli ədəbi məktəbinin özbək nümayəndəsi Təbibi və onun avtoqrafı. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. Dördüncü elmi-nəzəri konfransın materialları. Bakı: elm, 1995, s.47–56.
- Füzuli qəzəlinə yazılmış təxmis. Kitablar aləmində, 1985, № 3, s. 27.
- Füzuli şeirlərinin təzmini məsələlərinə dair. M. Füzulinin 500 illiyinə həsr edilmiş konfransın materialları. Bakı, 1996, s. 45–47.
- Füzulinin əlyazma divanlarında aid bəzi qeydlər və 1958-ci il nəşrinə daxil edilməmiş qəzəllər. Elm, 2004, 21 sentyabr.
- Heyran xanım divanının faksimilə halında nəşri lazımdır. Şəhriyyar. 1993, 4 fevral.
- Heyran xanım əsərlərlərinin mükəmməl nəşri lazımdır. Ədəbiyyat və incəsənət, 1967, 22 iyul.
- Heyran xanım əsərlərində "Həzrəti-Əli" nin (ə) təsviri. Nəbz. 2007, 7 noyabr.
- Heyran xanımın həyatı və nəsli haqqında. Ulduz, 1968, № 4, s. 52–58.
- Nağıyeva C.M. Heyran xznımın üç əlyazması. Azərbaycan gəncləri, 1967, 28 may.
- Nağıyeva C.M. Heyran xanım və klassik poeziya. Azərbaycan, 1967, № 12, s. 198–201.
- Nağıyeva C.M. Heyran xanım və nəsli haqqında. Ulduz, 1968, № 4, s. 51–54.
- Nağıyeva C.M. Həsən bəy Zərdabinin həyat və fəaliyyəti haqqında. Kommunist, 1957, 28 dekabr.
- Nağıyeva C.M. Xaqani , irvani əsərlərinin ən çox yayılmış əlyazmaları haqqında. Xaqani Şirvani. Anadan olmasının 870 illiyinə həsr edilmiş Respublika konfransının tezisləri. Bakı, 1997.
- Nağıyeva C.M. "Xəmsə"nin yeni əlyazması haqqında. Bakı, 1982, 7 iyun.
- Nağıyeva C.M. Xəttat. Ədəbiyyat və incəsənət, 1991, 14 iyun.
- Xurşidbanu Natəvan kolleksiyalarından daha bir yazılı abidə. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. Doqquzuncu Respublika elmi konfransının materialları. Bakı, 2004, s. 130–135.
- Xoşbəxtlik günəşinin doğuşu. Bakı: Nurlan, 2008, s. 71–77. Şadi Şakirzadə ilə birlikdə (Tacikistan).
- İbrahim xan Cavanşirin bir şəxsi möhürü haqqında. Elm, 2008, 19 sentyabr.
- İki görkəmli şair, iki qələm dostu. Elm və həyat, 1981, № 8, s. 32–33.
- İki təxmis. Azərbaycan. EA Məruzələri, 1985, № 11, s. 64–66.
- İmadəddin Nəsiminin "Bəhrül-əsrar" qəsidəsi. İslam dünyası, 1993, 11, 25 dekabr.
- İmadəddin Nəsiminin çap edilməmiş bir şeiri haqqında. Elm və həyat, 2008, № 2, s.29-31.
- İşıqlı arzular uğrunda. Ədəboyyat və incəsənət, 1987, 6 mart.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Əməkdar Mədəniyyət İşçisi Cənnət Nağıyevanin xatirəsi yad edilmişdir". 2010-11-15. İstifadə tarixi: 2024-04-06.
- Pages using the JsonConfig extension
- 2 oktyabrda doğulanlar
- 1927-ci ildə doğulanlar
- Salyanda doğulanlar
- 7 oktyabrda vəfat edənlər
- 2010-cu ildə vəfat edənlər
- 83 yaşında vəfat edənlər
- Filologiya elmləri doktorları
- Professorlar
- AMEA Əlyazmalar İnstitutunun alimləri
- Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunları
- Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri
- Əlifba sırasına görə alimlər