Cim Morrison
Cim Morrison James Douglas Morrison | |
---|---|
ing. James Douglas Morrison ing. Jim Morrison | |
Ümumi məlumatlar | |
Ləqəbi | Lizard King |
Doğum tarixi | 8 dekabr 1943[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyul 1971[2][3][…] (27 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | vokalçı, rejissor, müğənni-mahnı yazarı, söz yazıçısı[d], bəstəkar, aktyor, şair, müğənni |
Fəaliyyət illəri | 1963-1971 |
Janrlar | rok, poeziya, psixodelik rok |
Musiqi alətləri | klavişli alət[d], zərb alətləri |
Səs tembri | bariton |
Albom şirkəti | Columbia Records |
Təhsili |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Cim Morrison (ing. James Douglas Morrison; 8 dekabr 1943[1][2][…], Melburn, Florida[4][5][…] – 3 iyul 1971[2][3][…], IV arondisman[6][7]) — Amerikalı musiqiçi və bəstəkar, The Doors qrupunun bəstəkarı və solisti.
Morrison, öz tipik səsi ilə, şəxsi səhnə fiqurunun xüsusiyyətiylə və öz poetik yaradıcılığıyla rok musiqisinin ən cazibəli frontmenlərindən hesab edilir. Pərəstişkarları ona Lizard King (Kərtənkələlərin kralı) ləqəbini vermişdir. "Rolling Stone" jurnalı bütün dövrlərin ən böyük 100 ifaçısı siyahısına onu da daxil etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Cim Morrison Florida ştatının Melburn şəhərində, gələcək admiral Corc Stiven Morrison (1919–2008) və Klara Morrisonun (qızlıq soyadı Klark, 1916–2005) ailəsində doğulmuşdur. Şotlandiyada yaşayan atası Corc Stiven Morrison və anası Klara Morrison 1942-ci ildə Havay adasında tanış olurlar. 1943-cü ildə Klara Morrison hamilə qalır Floridaya qayınlarının yanına köçür. Bu zaman Stiven Morrison hərbi xidmətdə pilotluq təhsili alırdı. 1944-cü ildə təhsilini tamamladıqdan sonra Stiven İkinci dünya müharibəsi üçün Sakit okeana yollanır (Daha sonradan rütbəsi yüksəldilir və böyük bir admiral gəmisi idarə edir). Morrison ailəsi inanılmaz intizamlı və sərt ailə idi. Klara Floridada ilk oğlunu dünyaya gətirir. Lakin atası 1946-cı ilə ilə qədər Klaranın yanına gəlmir. Klara bir müddət sonra 1947-ci ildə Nyu-Meksikoda Enn (Anne Robin) adlı qızını və 1948-ci ildə Kaliforniyada Endrü (Andrew Lee Morrison) adlı oğlunu dünyaya gətirir. Cim ailənin ən böyük uşağı idi. Cimdə Şotlandiya, ingilis və irlandiya qanlarının qarışığı var idi. Məlumdur ki Cimin İQ səviyyəsi 149 təşkil edir.
Morrisona görə həyatındakı ən əhəmiyyətli anlardan biri 1949-cu ildə Nyu-Meksikoda etdikləri ailə səfəri zamanı olmuşdur. Və o bunu belə izah edir.
- Ölümü ilk kəşf etdiyim an … Mən, anam, atam, nənəm və babam gün batarkən çöldə səyahət irəliləyirdik. Bir yük maşını dolusu qızıldərili başqa bir yük maşınına ya da bir şeyə çırpılmışdı. Qızıldərililər bütün yola dağılmışdı; və qanlar içində ölümü gözləyirdilər. Atam və babam, avtomobildən nələr olduğuna baxmaq üçün enmişdilər. Mən daha uşaqdım, ona görə avtomobildə oturub gözləməyim lazım idi. Mən bir şey görmədim. Tək gördüyüm şey qəribə, qırmızı boya və yerdə yatan insanlar idi, amma bir şey olduğundan əmindim. Çünki onların yaydıqları dalğaları hiss edə və birdən yerdə yatan insanların da hadisə haqqında mənim bildiyimdən daha çoxunu bilmədiklərini fərqinə vardım. Elə o an ilk dəfə qorxunu daddım …::
Morrison bu hadisəni onun həyatında ən formativ hadisə olduğuna inanır və öz mahnılarında, bəstələrində və müsahibələrində bunu təkrar edirdi. Cimin uşaqlığı San-Dieqoda (Kaliforniya) keçib. Elvis Presli, Frenk Sinatra, The Beach Boys, Love və Kings kimi ifaçılar Cimin xoşuna gəlirdi.
Universitet
[redaktə | mənbəni redaktə et]1962-ci ildə o Tallaxassi-dəki Florida Dövlət Universitetinə qəbul olur. Cim burda intibah dövrünün tarixini öyrənirdi. 1964-cü ilin yanvarında Morrison Los-Ancelesə köçür və UCLA-da kinematoqrafiya fakültəsinə daxil olur. Burada təhsil aldığı zaman Cim 2 film də çəkir. Əlavə vaxtlarında Hironimus Buş yaradıcılığı ilə maraqlanır və onun tamaşaya qoyulan pyeslərində oynayırdı. Cim burada oxuyarkən təhsilə ciddi yanaşmırdı. O vaxtını gecə klublarında əylənməklə keçirdirdi və alkoqola daha çox meyilli idi. 1964-cü ildə o alisənin yanına qayıdır və onlarla son dəfə görüşərək evdən ayrılır. Bir neçə ay sonra Cim ailəsinə məktub yazır və bu məktubda o rok qrupunu yaratmaq istədiyini yazır. Ancaq atası bu məktuba bir anlam verə bilmir və cavab olaraq bunun uğursuz zarafat olduğunu bildirir. Bundan sonra Cim valideynləri haqqında verilən bütün suallara "onlar öldü" deyə cavab verirdi. Göründüyü kimi, Cimə qarşı soyuqqanlı yanaşırdılar, çünki hətta onun ölümündən çox müddət sonra da oğulun yaradıcılığını şərh etməkdən imtina edirdilər. Onun buraxılış işi olan filmi nə mmüəllimləri, nə də tələbələr qəbul etmədi. Cim çox mütəəssir, məyus və narahat olmuşdu və hətta universiteti bitirməyə 2 həftə qalmış oranı tərk etmək istəyirdi, lakin müəllimləri onu bu fikirdən daşındırdı.
The Doors
[redaktə | mənbəni redaktə et]UCLA'da oxuyarkən Cim Rey Manzarek'lə tanış olur və dostlaşır. Birlikdə onlar The Doors qrupunu qururlar. Bir müddətdən sonra qrupa Con Desmor və onun barabançı dostu Robbi Kriqer qoşulur. Qrup öz adını Oldos Hakslinin "Qavrayış Qapıları" (The Doors of Perception) adlı kitabının başlığından götürmüşdür. Haksli də öz növbəsində, kitabının başlığını Uilyam Bleykin "If the doors of perception were cleansed, every thing would appear to man as it is, infinite" (azərb. Əgər qavrayış qapıları saf (təmiz) olsaydı, hər şey olduğu kimi - sonsuz görünərdi) adlı şeirindən götürmüşdür.
Qrup yerli klublarda çıxış etməyə başladı. Lakin onların çıxışları zəif idi, bunun səbəbi isə qismən musiqiçilərin dilentantlığı və qismən də Cim Morrisonun ürəksizyli idi. Əvvəllər o hətta tamaşaçı tərəfə çevrilməyə utanırdı və zala arxası dönük ifa edirdi. Bundan başqa Cim çıxışlara tez-tez sərxoş gəlirdi. Xoşbəxtlikdən qrupun qız pərəstişkarları ordusu var idi və növbəti "axırıncı dəfə" onlar klubun hirsləndirilmiş sahibini qızların zəngləriylə sakitləşdirə bildilər. VƏ onlar sevinirdilər ki "o uzunsaçlı oğlanı" yenidən görəcəklər. Qrup yarım il sonra Sanset Trip'dəki ən yaxşı klubda "Whisky-A-Go-Go" çıxış etmək imkanı qazandı.
Tezliklə qrup, indiyə qədər əsasən caz ifaçıları ilə işləyən yenicə açılmış Elektra Records'un prodüseri Pol Rotşildin diqqətini cəlb edir. O, qrupla müqavilə bağlamağa risk edir (qrup Love kimi nəhənglərlə bərabər Elektra'nın "qəfəsinə" daxil olur). Qrupun ilk sinqlı "Break On Through" Bilboard amerika hit-paradında ilk onluğa girir, növbəti "Light My Fire" hit-paradda birinci yeri tutur — son dərəcə müvəffəqiyyətli debüt. 1967-ci ilin başlanğıcında çıxmış The Doors-un ilk albomu artıq hit-paradda birinci yerdə idi.
Qallüsinogenlərin istifadəsi, Morrisonun və Doors yaradıcılığına bilavasitə təsir göstərdi: mistisizm və şamanizm səhnə aktının bir hissəsi oldu. Cim "The Celebration Of The Lizard" mahnısında deyir: "I am a Lizard king. I can do anything" (azərb. Mən kərtənkələlərin kralıyam. Mən hər şeyi bacarıram). The Doors qrupu yalnız musiqi hadisəsi olmağı deyil, həm də mədəni fenomen olmağı bacardı. Ancaq The Doors qrupunun məşhurlaşmasına, unikal cazibəli şəxsiyyət və onların lideri Cim Morrisonun dərin lirikası imkan yaradırdı. Morrison son dərəcə bilikli adam idi. O Nitsşe fəlsəfələriylə, amerika hindilərinin mədəniyyəti, avropa simvolistlərinin poeziyası və bir çox başqa şeylərlə maraqlanırdı. 1970-ci ildə Cim cadugərliklə məşğul olan Patrisiya Kenneli ilə evlənir; toy kelt cadugərlik ayinləri əsasında keçirildi. Amerikada Cim Morrisonu yalnız musiqiçi yox, həm də görkəmli şair hesab edirdilər. Bəzən onu Uilyam Bleyk və Artur Rimbo ilə bir sırada tuturlar. O, həmin dövrün etirazçılarını ruhlandırırdı, musiqiçinin müəmmalı ölümü isə onu pərəstişkarlarının gözündə daha da sirli etdi.
Ölümü
[redaktə | mənbəni redaktə et]Gələcək həyatında Cimin taleyi maili düz xətt üzrə sürətli eniş edir: sərxoşluq, polislə ədəbsiz davranış və həbslə nəticələnən davalar. Qalın saqqallı pinti Cim, artıq qızlar üçün bütə çevrilmişdi. Artıq Robbi Kriqer daha çox bəstə yazırdı, Cim Morrison isə daha az. The Doors-un sonrakı konsertləri böyük hissə etibarilə sərxoş Morrisonun tamaşaçılar ilə söyüşməsindən ibarət idi. 1971-ci ildə rok-ulduz öz dostu Pamela Kurson ilə dincəlmək və şeir kitabı üzərində işləmək üçün Parisə yola düşür. Rəsmi məlumatlara görə Morrison 3 iyun 1971-ci ildə Parisdə ürək tutmasından ölür. Ancaq onun ölümünün əsl səbəblərini heç kim bilmir. Variantlar arasında Parisin Rock-n-Roll Circus klubunun kişi tualetində həddən artıq narkotik qəbul edərək intihar etdiyi də var. Onun ölümünün ardından indiyə qədər də şayiələr davam edir. Bəzi pərəstişkarları onun ölmədiyini iddia edir. Bəziləri isə onun şöhrətdən bezdiyi üçün Havay adalarına qaçdığına və həyatına orada davam etdiyinə inanırlar. Bu iddiaların təməli isə Cimin məzarının, onun boyundan kiçik olduğu söz-söhbətlərinə əsaslanır. Ancaq musiqiçinin ölümünü görən yeganə insan dostu Pamela idi. Amma o Morrisonun ölümünün sirlərini özü ilə qəbirə apardı. Çünkü 3 il sonra qəbul etdiyi narkotikin böyük dozasından ölür. Cim Morrison Parisdəki Per-Laşez qəbiristanlığında dəfn edilmişdir. Onun məzarı kumirlərinə öz sevgi etirafları və The Doors mahnılarının sətirlərini qonşu məzarlara yazan fanatlar üçün sitayiş yeri oldu.
1978-ci ildə "An American Prayer" albomu buraxıldı. Morrisonun ölümünə az qalmış maqnitofona köçürtdüyü şerləri The Doors musiqiçiləri mahnı müşayiəti ilə qeyd etdilər. Albomdan olan "The End" mahnısı rejissor Frensis Ford Koppolanın 1979-cu il tarixli "Apokalipsis bu gün" filmində səsləndirildi.
- Mən özümü nəhəng odlu komet, uçan ulduz kimi görürəm. Hamı dayanır, barmaqla göstərir və heyrət içində "Buna bir baxın!" deyə pıçıldayır. Sonra isə — pfyu və mən artıq yoxam. Onlar isə bir daha heç vaxt belə nəsə görməyəcəklər və heç vaxt məni unuda bilməyəcəklər. Heç vaxt. — Cim Morrison
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 L'Humanité, l'humanité, لومانيتي (fr.). RF: 1993. ISSN 0242-6870; 2496-8617
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Jim Morrison // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 http://www.allmusic.com/artist/jim-morrison-p13722/biography.
- ↑ 1 2 http://www.jimmorrisononline.com/.
- ↑ 1 2 Bauer P. Deux siècles d'histoire au Père Lachaise (fr.). Versailles: 2006. P. 575. ISBN 978-2-914611-48-0
- ↑ 1 2 ölüm haqqında şəhadətnamə. S. 2.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 8 dekabrda doğulanlar
- 1943-cü ildə doğulanlar
- Floridada doğulanlar
- 3 iyulda vəfat edənlər
- 1971-ci ildə vəfat edənlər
- 27 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- Baritonlar
- Florida Ştat Universitetinin məzunları
- Los-Anceles Kaliforniya Universitetinin məzunları
- Əlifba sırasına görə musiqiçilər
- Per-Laşez qəbiristanlığında dəfn olunanlar