Eyyub Xanbudaqov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eyyub Xanbudaqov
19 oktyabr 1920 – 19 fevral 1921
ƏvvəlkiBaba Əliyev
SonrakıMircəfər Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 1893
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 1937(1937-10-13)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Xanbudaqov Eyyub Şirin oğlu (1893, Yelizavetpol13 oktyabr 1937, Bakı) — Azərbaycan Fövqəladə Komissiyasının sədri, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi.[1]

Eyyub Xanbudaqov 1893-cü ildə Gəncədə (Yelizavetpol quberniyasında) anadan olub. Müstəqil həyata 1909-cu ildən başlayaraq Kaspi donanması gəmilərinin birində matros, 1913-cü ildə Bakı dənizçilik məktəbini bitirərək kapitan köməkçisi vəzifəsində çalışır. 1915-ci ildən Xanbudaqov inqilabi hərəkatda fəal iştirak etməyə başlayır. 1918-ci ildə Kommunist partiyası sıralarına qəbul edilir. O, hümmətçi bolşevik idi. Azərbaycan sovetləşəndən sonra Ə. Xanbudaqov Azərbaycan Fövqəladə Komissiyasının sədri təyin edilir. 1921-ci ilin mart ayında Ə. Xanbudaqov RK(b)P X qurultayında iştirak edir. Elə qurultayda onu Kronştatda başlamış "əks-inqilabi" qiyamın ləğv edilməsi üçün göndərirlər. 1921-ci ilin may ayında Azərbaycanda ərzaqla təchizat məsələsi ağır olduğundan Xalq Komissarlar Şurası nəzdində üç nəfərdən ibarət yaranmış səlahiyətli komissiyanın tərkibinə daxil olur. 1921-ci ildə ÜİMİK üzvü seçilir. Sonralar o, Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqının sədri, 1922-ci ilin əvvəlindən AHİŞ sədr müavini, 1922-ci il martında isə AK(b)P MK katibi seçilir (N. Nərimanovun köməkliyi ilə) 1936-cı il dekabrın 19-da millətçilikdə ittiham edilərək Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunmuşdur.

1937-ci ilin 23 iyul tarixində SSRİ XDİK-nın xüsusi iclasında 5 il azadlıqdan məhrum edilən E.Xanbudaqov SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının səyyar iclasının 12 oktyabr 1937-ci il tarixli qərarı ilə ölüm hökmünə məhkum edilmişdir. SSRİ Ali Məhkəməsinin 1957-ci il 26 dekabr tarixli qərarına əsasən E.Xanbudaqova bəraət verilmişdir

1920-ci illərdə Ə. Xanbudaqov bir sıra maraqlı məqalələr yazır: "Təxirə salınmaz vəzifə (respublikada statistik hesabat işinin quruluşuna dair)", "Azərbaycanda bizim ən yaxın vəzifələrimiz", "Beş il ərzində", "Təxirəsalınmaz məsələ", "Milli məsələyə dair" və s.

  1. "Arxivlənmiş surət". 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.