Abdulla Şərifov
Abdulla Şərifov | |
---|---|
Abdulla Məhəmməd oğlu Şərifov | |
Doğum tarixi | 10 (22) noyabr 1893 |
Doğum yeri |
|
Vəfat tarixi | 4 oktyabr 1938 (44 yaşında) |
İş yerləri | |
Təhsili |
|
Abdulla Məhəmməd oğlu Şərifov (tatar. Габдулла Мөхәммәт улы Шәрипов; 10 (22) noyabr 1893, Troitsk[d], Troitsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası – 4 oktyabr 1938) — Azərbaycan dilçi alimi, Azərbaycan dilçiliyinin banilərindən biri.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]1893-cü ilin noyabrında Rusiyanın Orenburq vilayətinin Troitsk şəhərciyində anadan olub. Burada rus-tatar məktəbinə gedib, 1908-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin pulu ilə İstanbula gedərək orta təhsilini başa vurub. Orta təhsilini başa vuraraq 1914-cü ildə vətənə qayıdır. Troitskə qayıdan A. Şərifov müəllimliklə yanaşı ardıcıl jurnalistlik fəaliyyəti olub. 1919-cu ilin sentyabrın 1-dən Anjersk musiqi məktəbi və Tümenskdə birinci tatar məktəbində müəllim işləyib, RK(b)P üzv seçilib və 1921-ci ilin martında Tümen quberniya rəhbərinin milli məsələlər üzrə müavin olub.[2]
O, 1921-ci ilin payızında Tomsk Universitetinin ictimai fənnlər fakültəsinə qəbul olunur. 1923-cü il iyununda Bakıya gələn A. Şərifov Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1928). Daha sonra aspiranturada oxuyub (1931).
Azərbaycan Pedaqoji İnstitutunda türk-tatar dialektologiyası, türk (azərbaycan) və rus dili kurslarından dərs deyib (1931–1933).
Azərbaycan Elmlər Akademiyasının Tarix, Dil və Ədəbiyyat İnstitutunun Lüğət və terminlər şöbəsinin müdiri olub.
Onun ilk elmi əsərləri Azərbaycan dilinin fonetik quruluşunun tədqiqinə həsr edilmişdir. "Türk dilinin (Azərbaycan dili) qrammatik kateqoriyalarının təsnifatının əsasları" əsəri bu gün də mühüm əhəmiyyət kəsb edir.[1]
1932-ci ildə orta məktəbin bütün sinifləri üçün Azərbaycan dili dərsliklərinin yaradılması üzrə xüsusi komissiyanın tərkibinə daxil edilmiş, keyfiyyətli dərsliklərin yazılmasında iştirak etmişdir. Komissiyada Abdulla Tağızadə, Xalid Səid Xocayev, İdris Həsənov, Qulam Bağırov və Ələkbər Babazadə var idi.[1]
O, Azərbaycan dilinin dialektlərinin tədqiqinə də töhfə verir, Şamaxıya ekspedisiyalar təşkil edir. Elmi nəticələri Bakıda, Moskvada, Leninqradda nəşr olunur.
1937-ci il iyunun 21-də "xalq düşmənləri" Bəkir Çobanzadə, Vəli Xuluflu, Qulam Bağırov və b. dil elmində "təxribat törətməkdə" ittihamı ilə həbs edilib. 1938-ci ildə ölüm hökmünə məhkum edilərək güllələnib. Nəşrə hazırladığı kitabları: "Azərbaycan türk dili" (1931), "Elmi tərcümə problemləri" (1936) qadağan edilib. 1956-cı ildə reabilitasiya olunub.[1]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Türk-tatar dillərinin sinqarmoniyası haqqında.
- Türk dili qrammatik katoqoriyalarının təsnifat prinsipləri haqqında.
- Azərbaycanın Şamaxı dialekti. (Şamaxı rayonuna iki illik ekspedissiyanın yekunları).
- Texnikumlar üçün qrammatika (T.Bağırov və İ.Həsənovlv birlikdə). I və II hissələr.
- Orta məktəblər üçün türk dilinin qrammatikası (İdris Həsənovla birlikdə). I və II hissələr.
- Türk məktəblərində rus dilinin tədrisi (müqayisəli metodun əsaslandırılması).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 А. Ш. Тагирзаде, А. Г. Гулиев. "Абдулла Шарифов" (PDF). "Советская тюркология" (№ 2). 1989: 85–86.
- ↑ Şamil, Əli. "Abdulla Şərifov repressiya qurbanıdır". "Xalq Cəbhəsi" qəzeti. 2013-12-17. İstifadə tarixi: 2024-10-12.
- 22 noyabrda doğulanlar
- 1893-cü ildə doğulanlar
- Orenburq quberniyasında doğulanlar
- 4 oktyabrda vəfat edənlər
- 1938-ci ildə vəfat edənlər
- 44 yaşında vəfat edənlər
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri
- AMEA Dilçilik İnstitutunun alimləri
- Bakı Dövlət Universitetinin məzunları
- Əlifba sırasına görə alimlər
- Azərbaycan tatarları
- Azərbaycan alimləri
- Azərbaycan dilçiləri
- Azərbaycan filoloqları
- Repressiya qurbanları
- SSRİ-də repressiya qurbanları