Frans Merinq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Frans Mehrinq
alm. Franz Mehring
Doğum tarixi
Doğum yeri Polşa, Şlave
Vəfat tarixi 29.02.1919
Vəfat yeri Almaniya, Berlin
Dəfn yeri
  • Fridrixsfelde mərkəzi qəbiristanlığı[d]
Elm sahələri tarix[1], siyasət[1], publisistika[1], jurnalistika[1], filologiya[1], dram[1]
Elmi dərəcəsi fəlsəfə doktoru
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frans Mehrinq (alm. Franz Mehring‎; 27 fevral 1846, Şlave — 29 yanvar 1919, Berlin) — alman fəhlə hərəkatı xadimi, marksist filosoftarixçi, ədəbiyyat tənqidçisi.

Həyat və Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Frans Mehrinq 27 fevral 1846-cı ildə Polşada ölkənin Slava şəhərində anadan olmuşdur. 1882-cı ildən fəlsəfə doktoru. Əvvələr burjuya radikalizmi mövqeyindən çıxış etmişdir. 1890-cı ildən proletar sosializmi mövqeyinə keçmiş (1891 ildə Almaniya S-D partiyasına daxil olmuşdur), alim və publisist kimi marksist dünyagörüşünün təbliğində mühüm rol oynamağa başlamışdır. Birinci dünya muharibəsi zamanı proletar beynəlmiçiliyinə sadiq qalmışdır. Mehrinq Böyük oktyabr sosialist inqilabı ideyalarının Qərbdə ilk müdafiəçisi və təbliğatçılarından idi. Mehring "Spartak ittifaqı"nın və Almaniya Kommunist Partiyasının yaradılmasında fəal rol oynamışdır. Mehrinqin elmi irsi zəngindir.

Tarixin materialistcəsinə anlayışı problemlərinin işlənib hazırlanmasında, marksist ədəbiyyatşünaslıq və sənətşünaslığın formalaşmasında, marksist estetikanın prinsiplərinin hazırlanmasında Mehrinqin əməyi çoxdur. Mehrinqin ən başlıca elmi xidmətlərindən biri də K.Marks və F.Engelisin əsərlərinin tədqiq və nəşr etməsi olmuşdur. Mehrinq marksist tarixşunaslıgın inkişafında da mühüm rol oynamışdır. Bu sahədə ən əhəmiyyətli işi 4 cildlik "Almaniya sosial demokratiyasının tarixi" əsəridir. K.Marksın Mehrinq tərəfindən yazılmış tərcüməyi-halı parlaq üslubu ilə fərqlənir. Lakin digər alman soldatları kimi Mehrinq də bir sıra məsələlərdə səhvlərə yol vermişdir (K.Marks və F.Engelsin Kommunistlər İttifaqında və Birinci İnternasionalda antiproletar cərəyanlara qarşı mübarizəsinin mahiyyətini, Birinci dünya müharibəsinin imperialist xarakterini dərk edə bilməməsi, alman fəhlə hərəkatında Lassalın və onun tərəfdarlarının xidmətini şişirtməsi və s.)

  • Карл Маркс. История его жизни , М., 1957;[2]
  • К. Маркс и Ф. Энгельс — создатели научного коммунизма, М., 1960;[3]
  • Очерки по истории войн и военного исскуства , 6 изд., М., 1956;[4]
  • Литературно-критические статьи, М.-Л., 1964.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "Carlos Marx: historia de su". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  3. "Karl Marx — Geschichte seines Lebens". 2021-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  4. "ti:Marx au:Franz Mehring". 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  5. "Franz Mehring". 2018-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.