Hun dili
Hun Türkcəsi | |
---|---|
Ölkələr | Türkistan və Avropa |
Regionlar | Cənubi Avropa, Türkistan, Cənubi Sibir, Şərqi Avropa |
Rəsmi status | Böyük Hun İmperiyası, Qərbi Hun İmperiyası, Şərqi Hun İmperiyası, Ağ Hun İmperiyası, Şimali Hun İmperiyası, Cənubi Hun İmperiyası |
Status | ölü dil |
Ölü dil | təx. V əsr |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | Hun yazısı |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | xhc |
IETF | xhc |
Hun dili və ya Hun türkcəsi — vaxtı ilə mövcud olmuş hunların dili. Yunan, latın və çin mənbələrindəki müəyyən sözlərə görə tanınır. Müasir dövrə qədərə gəlib çatmış sözlərin analizinə görə türk dilləri qrupuna aid edilir.[1][2]
Hun dili | Türk dili | İngilis dili | Azərbaycan dili |
Tengri | Tanrı | God | Tanrı |
Kut | Kut | Political Power | Siyasi hakimiyyət |
Kız | Kız | Girl | Qız |
Katun | Kadın/Hatun | Woman | Qadın/Xanım |
Tug | Tuğ | Horsetail | At quyruğu |
Orda | Ordu | Army | Ordu |
Bar | Bar | Go | Var/Get |
Börı | Kurt | Wolf | Börü/Qurd |
Tat | Tat | Iranıan | Tat |
Tok | Tok/Güçlü | Strong/Thick | Güclü/Yoğun |
El | El/İl/Ülke | Country | Ölkə |
Kılıç | Kılıç | Sword | Qılınc |
Dövrümüzə çatmış sözlər
[redaktə | mənbəni redaktə et]Avropa hunlarının müasiri oln müşahidəçilər və VI əsrdə yaşamış tarixçi Jordanes hunların istifadə etdiyi dildən 3 sözü dövrümüzə gəlib çatmasına nail olmuşdurlar.
Kəndlərdə bizə ərzaq - qarğıdalı əvəzinə darı və yerlilərin dediyi kimi medos verilirdi. Bizi müşayət edən iştirakçılar darı və buğdadan hazırlanmış içki - hansıki barbarlar kamos adlandırır - aldılar.[3][4]
Hunlar Attilanı belə mərsiyyələrlə - onlar bunu strava adlandırır - ağlaşma qurmaqla, onun məbədi üzərində böyük ehtişamla qeyd edirdilər.[5]
Bu medos bal şərabı kimi bir içkidir, kamos buğda içkiçi, strava dəfn mərasimidir.[6][6][7][8] Maenchen-Helfen iddia etmişdir ki, strava slavyan dilində danışan bir məlumatçıdan gəlmiş ola bilər.[5]
Hun dili barədə digər bütün məlumatlar onların tayfaları və şəxs adları ilə bağlıdır.[9]
Türk dili olması barədə
[redaktə | mənbəni redaktə et]Karl Henrix Menges və Omelian Pritsak kimi bir çox tarixçilər düşünürlər ki, hunlara aid olan xüsusi sözlər ancaq Türk dili və ya Altay dil ailəsi ilə əlaqələndirilə bilər.[10] Menges dil dəlillərinə arxalansa da, hunlara münasibəti "onları türk və ya türklərə yaxın hesab etməyin etnoloji səbəbləri var" deyir.[10] Bundan başqa, Menges hunların monqolca və ya tunqus dillərindən birində və ya türkcə ilə monqolcanın arasındakı hansısa dildə danışa biləcəyi ehtimalını da bildirir.[10] Bizim dövrümüzə gəlib çatan 33 Hun şəxs adlarını araşdıran Pritsak deyir:
O [Hun dili], Türk dili deyildi, güman ki, türkcə ilə monqolca arasında bir dil idi və türkcəyə monqolcadan daha yaxın idi. Bu dilin bulqar dili və müasir çuvaşca ilə çox güclü əlaqələri var, lakin, xüsusən leksiki və morfoloji anlamda Osmanlı türkcəsi və Yakut dilləri ilə də bəzi vacib əlaqələrə sahibdir.[11]
Savelyev-Jeong (2000) bildirir ki, ənənəvi və yayqın olan görüş budur ki, xionqnular və ya hunlar türk, ən azından Altay kökənlidirlər.[12] Otto Maenchen-Helfen iddia edir ki, bir çox tayfa və şəxs adları görünür türk dillərindən ortaya çıxmışdır və bu dilin türk dili olduğunu göstərir.[13] Hyun Jin Kim eyni şəkildə belə nəticəyə gəldi ki, "bizim bildiyimiz adlara əsasən, Hun elitasının əsasən türkdilli olması ehtimalı yüksəkdir". Denis Sinor bizim hun dilini bütövlükdə təsnif etmək qabiliyyətimizə şübhə ilə yanaşsa da, Hun elitasının bir hissəsinin türkcə danışdığını bildirir, lakin bəzi Hun adlarının mənşəcə türkcə ola bilməyəcəyini qeyd edir.[14] Tarixçi Peter Heather 1995-ci ildə türk fərziyyəsini "ən yaxşı təxmin" olaraq dəstəkləsə də,[15] o vaxtdan skeptisizmini dilə gətirdi,[16] 2010-cu ildə "həqiqət odur ki, hunların hansı dildə danışdıqlarını bilmirik. və yəqin ki, heç vaxt da bilməyəcəyik" dedi.[17] Savelyev və Jeong oxşar şəkildə qeyd edirlər ki, "hun adları üçün əvvəllər təklif edilmiş türk etimologiyalarının əksəriyyəti birmənalı olmaqdan uzaqdır, ona görə də bu tip məlumatlardan qəti nəticə çıxarmaq olmaz".[12]
Digər versiyalar
[redaktə | mənbəni redaktə et]Hun imperiyası daxilində xeyli sayda dillərdən istifadə edilirdi. Priskus hun dilinin Attilanın sarayında danışılan başqa dillərdən fərqləndiyini qeyd etmişdir.[18] O, Attillanı sarayda əyləndirən şəxs olan Zerkonun qonaqları "hun və qot dilləri ilə qarışmış latin dilində sözlər" istifadə etməsindən bəhs edir.[18] Priskus deyirdi ki, Attilanın "skif" təbəələri "öz barbar dillərindən başqa, ya hun, ya qot, ya da bir çoxunun Qərbi Romalılarla əlaqə vasitəsi olan Latın dilində danışırlar; lakin Frakiya və İlliriya sərhəd bölgələrindən gələn əsirlər istisna olmaqla, onlardan heç biri asanlıla yunanca danışa bilmirlər".[19] Bəzi alimlər qot dilinin imperiya daxilində lingua franca olduğunu iddia edir.[20] Hyun Jin Kim isə güman edir ki, hunlar dörd dili - hun, qot, latın və sarmat dillərini - hökumətin müxtəlif səviyyələrində istifadə etmişlər və bu dillərdən heç biri dominant olmamışdır.[21]
Hun dilinin özündən isə qədim qaynaqlarda cəmi üç söz qorunub saxlanmışdır.[22] Hun dilində olması ehtima edilən digər sözlərin hamısı ya şəxs, ya da tayfa adlarıdır.[9] Bu sözlərin bir hissəsinə əsaslanan alimlər hun dilinin türk dili olduğunu,[23] digərləri monqol və türk dili arasında bir dil olduğunu[11] və ya Yenisey dillərindən biri olduğunu[24] iddia edirlər. Az bir qisim alim isə Hind-Avropa dil ailəsinin şərq qrupu ilə əlaqələndirməyə çalışırlar.[25][26] Bundan başqa, Saskia Pronk-Tiethoff Hun dilinin əslində türk dili olduğunu vurğulamaqdadır.[4] Bununla belə, əldəki materialın azlığı nəzərə alınarsa, çoxları dili təsnif edilə bilməz hesab edir.[27]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Тенишев Э. Р. Гуннов язык Arxivləşdirilib 2012-10-23 at the Wayback Machine // Языки мира: Тюркские языки. — М., 1997. — С. 52–53.
- ↑ "Сюнну-Гунны. Кто же они? Стенограмма лекции, прочитанной Анной Владимировной Дыбо". 2014-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-05.
- ↑ Maenchen-Helfen, 1973. səh. 424
- ↑ 1 2 Pronk-Tiethoff, 2013. səh. 58
- ↑ 1 2 Maenchen-Helfen, 1973. səh. 425
- ↑ 1 2 Maenchen-Helfen, 1973. səh. 424–426
- ↑ Schenker, 2015. səh. 6
- ↑ Vékony, 2000. səh. 236
- ↑ 1 2 Maenchen-Helfen, 1973. səh. 376
- ↑ 1 2 3 Menges, 1995. səh. 17
- ↑ 1 2 Pritsak, 1982. səh. 470
- ↑ 1 2 Savelyev və Jeong, 2020
- ↑ Maenchen-Helfen, 1973. səh. 392–411
- ↑ Kim, 2013. səh. 30
- ↑ Heather, 1995. səh. 5
- ↑ Heather, 2006. səh. 148
- ↑ Heather, 2010. səh. 209
- ↑ 1 2 Maenchen-Helfen, 1973. səh. 377
- ↑ Maenchen-Helfen, 1973. səh. 382
- ↑ Wolfram, 1990. səh. 254; Wolfram, 1997. səh. 142; Heather, 2010. səh. 329.
- ↑ Kim, 2013. səh. 30–31
- ↑ Maenchen-Helfen, 1973. səh. 423-426; Pohl, 1999. səh. 501-502.
- ↑ Maenchen-Helfen, 1973; Kim, 2013. səh. 30.
- ↑ Vajda, 2013. səh. 4, 14, 48, 103–6, 108–9, 130–1, 135–6, 182, 204, 263, 286, 310
- ↑ Bailey, 1985. səh. 25
- ↑ Savelyev və Jeong, 2020. səh. 376
- ↑ Doerfer, 1973. səh. 50; Golden, 1992. səh. 88-89; Sinor, 1997. səh. 336; Róna-Tas, 1999. səh. 208.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Otto J. Maenchen-Helfen. The World of the Huns: Studies in Their History and Culture. University of California Press. Max Knight (ed.). 1973. 978-0-520-01596-8.
- Saskia Pronk-Tiethoff. The Germanic loanwords in Proto-Slavic. Rodopi. 2013. ISBN 9789401209847.
- Alexander M. Schenker. The Dawn of Slavic: an introduction to Slavic philology. Yale University Press. 1995. ISBN 9780520015968.
- Gábor Vékony. Dacians, Romans, Romanians. Matthias Corvinus. 2000. ISBN 9781882785131.
- Karl Heinrich Menges. The Turkic Languages and Peoples: An Introduction to Turkic Studies. Otto Harrassowitz Verlag. 1995. ISBN 978-3-447-03533-0.
- Alexander Savelyev və Choongwon Jeong. Early nomads of the Eastern Steppe and their tentative connections in the West. Evolutionary Human Sciences. Cambridge University Press. 2020.
- Omeljan Pritsak. The Hunnic Language of the Attila Clan. Cambridge, Massachusetts: Harvard Ukrainian Studies. 1982. ISBN 0363-5570.
- Hyun Jin Kim. The Huns, Rome and the Birth of Europe. Cambridge University Press. 2013. ISBN 9781107067226.
- Peter Heather. Empires and Barbarians: The Fall of Rome and the Birth of Europe. New York: Oxford University Press. 2010. ISBN 978-0-19-973560-0.
- Peter Heather. The Huns and the End of the Roman Empire in Western Europe. English Historical Review. 90 (435). 1995. 4–41.
- Herwig Wolfram. The Roman Empire and Its Germanic Peoples. 1997: University of California Press. ISBN 978-0-5200-8511-4.
- Herwig Wolfram. History of the Goths. University of California Press. 1990. ISBN 978-0-5200-6983-1.
- HW. Bailey. Indo-Scythian Studies, Being Khotanese Texts, VII. Cambridge University: Cambridge University Press. 1985.
- Alexander Savelyev və Choongwon Jeong. Early nomads of the Eastern Steppe and their tentative connections in the West. Evolutionary Human Sciences. Cambridge University Press. 2020.
- Gerhard Doerfer. Zur Sprache der Hunnen. Central Asiatic Journal. 1973. 1–50.
- Peter B. Golden. An Introduction to the History of the Turkic Peoples: Ethnogenesis and State-Formation in Medieval and Early Modern Eurasia and the Middle East. Wiesbaden: Harrassowitz. 1992. ISBN 978-3-447-03274-2.
- Denis Sinor. The Hun Period. The Cambridge history of early Inner Asia (1. publ. ed.). Cambridge [u.a.]: Cambridge Univ. Press. Denis Sinor (ed.). 1990. 177–203. ISBN 9780521243049.
- András Róna-Tas. Hungarians and Europe in the Early Middle Ages: An Introduction to Early Hungarian History. Budapest: Central European University Press. 1999.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- The World of the Huns by Otto Maenchen-Helfen — Language chapter
- The History Files Europe: The Origins of the Huns, based on conversations with Kemal Cemal, Turkey, 2002 (address correction to Notes, above)
- Vassil Karloukovski's Page. Otto Maenchen-Helfen — The World of the Huns. University of California Press, 1973.
- HistoryFiles — Sinology research in Europe
- Azgar Mukhamadiev — Khan Diggiz dish inscription. Excerpts from the article "Turanian Writing", from the book "Problems Of Linguoethnohistory Of The Tatar People". Kazan, 1995. pages 36–83.
- Historical Timelines — Huns
- Azərtürk Tariyel. Azəri (Şumer), Çin və Hunqar (On Oqur) dilləruinin köməyi ilə Hun dilinin bərpası /T.Azərtürk. ABŞ, Sietl: "Tariyel Veli Ali" İncorporate", 2003.- 84 s.