Xoton dili
Naviqasiyaya keç
Axtarışa keç
Xoton dili — qarluq-xorəzm dil qrupuna daxil olan türk dili, uyğur dilinin dialekti sayılır. Dil pis öyrənilib, ölmüş dil sayılır, belə ki, dil daşıyıcıları olan xotonlar monqol dil qrupunun oyrat dilinin durbet dialektinə keçiblər.
Əsas məlumatlar
[redaktə | mənbəni redaktə et]Xoton dili müxtəlif tədqiqatçılar tərəfindən (B. V. Vladimirovtsov, A. N. Samoyloviç, N. A. Baskakov) uyğur, A. Vamber tərəfindən özbək dilinin, Q. N. Potanın, S. Y. Malov tərəfindən isə qırğız dilinin dialekti kimi qəbul edilir.
Xoton dilinin qarışıq xarakteri
[redaktə | mənbəni redaktə et]Nikolay Baskakov qeyd edir ki, xoton dilində uyğur dilinə xarakterik olan q oçaq 'оcaq', qırğız dilinə xarakterik olan teey 'dəvə', cənubi altay dilinə xarakterik olan töö; оoz 'ağız' və türkmən dilinə xas olan q: qol sözləri var.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Н. А. Баскаков. Введение в изучение тюркских языков. М., 1962. (переизд., М., 2006)
- С. Е. Малов. Лобнорский язык. Фрунзе, 1958
- Б. В. Владимирцов, А. Н. Самойлович. Турецкий народец хотоны (ЗВОРАО, т. XXIII, вып. 3–4, Пг., 1916).