Jan Batist Bussenqo
Jan Batist Bussenqo | |
---|---|
fr. Jean-Baptiste Joseph Dieudonné Boussingault | |
| |
Doğum tarixi | |
Doğum yeri | Paris |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Paris |
Dəfn yeri | |
Milliyyəti | fransız |
Təhsili | Ali Mədən Məktəbi |
Fəaliyyəti | Fransız aqrokimyaçısı, |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Jan Batist Bussenqo (fr. Jean-Baptiste Joseph Dieudonné Boussingault) (2.2.1801, Paris – 11.5.1887, Paris) — Fransız aqrokimyaçısı, Paris Elmlər Akademiyasının üzvü (1839-cu ildən).[3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Sent-Etyendə Ali Mədən Məktəbini bitirmişdir. Lion Universitetinin (1832-ci ildən), Versal Aqrokimya İnstitutunun (1837-ci ildən) professoru olmuşdur; 1839-cu ildən İncəsənət və Peşə Konservatoriyasında (Paris) dərs demişdir.[3]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əsas işləri bitkilərin kök qidalanmasına və təbiətdə maddələrin (başlıca olaraq, torpaqda azotun) dövranına həsr edilmişdir. Bitkilərin (paxlalılardan başqa) torpaqdan azot almasını müəyyənləşdirmişdir.[3]
Havadakı karbon-dioksidin yaşıl bitkilər üçün karbon mənbəyi olduğunu sübut etmişdir. Bitkilərin udduğu karbon-dioksidin həcminin ayrılan oksigenin həcminə bərabər olduğunu müəyyənləşdirmişdir (1864).[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Jouin H. La sculpture dans les cimetières de Paris (fr.). // Nouvelles archives de l’art français 1897. Vol. 3e série, tome 13. P. 126. ISSN 0994-8066; 2419-2465
- ↑ Moiroux J. Le cimetière du Père-Lachaise (fr.). Paris: 1908. P. 83.
- ↑ 1 2 3 4 Bussenqo// Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 119. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 2 fevralda doğulanlar
- 1801-ci ildə doğulanlar
- 86 yaşında vəfat edənlər
- 11 mayda vəfat edənlər
- 1887-ci ildə vəfat edənlər
- Per-Laşez qəbiristanlığında dəfn olunanlar
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri