Jozefina Boharne
Jozefina Boharne | |
---|---|
fr. Joséphine de Beauharnais | |
Doğum tarixi | 23 iyun 1763[1][2][…] |
Vəfat tarixi | 29 may 1814[3][4][…] (51 yaşında) |
Vəfat səbəbi | difteriya |
Həyat yoldaşları |
|
Uşaqları |
Birinci nikahdan: 1. Ejen de Boharne 2. Hortenziya de Boharne |
Atası | Josef-Qaspard Taşer de la Pajerie |
Anası | Roze Kleyr de Verger de Sanno |
Fəaliyyəti | rəsm kolleksioneri[d], boyakar[d], incəsənət xadimi, mesenat[d] |
Fəaliyyət illəri | 1779–181 |
Vikianbarda əlaqəli mediafayllar |
Jozefina Boharne (fr. Joséphine de Beauharnais, Fransızca tələffüz: [ʒo.ze.fin də‿bo.aʁ.nɛ]) və ya Mari Jozef Roz de Taşer de la Pajeri (fr. Marie-Josèphe-Rose de Tascher de La Pagerie; 23 iyun 1763[1][2][…] – 29 may 1814[3][4][…]) — 1804–1809-cu illərdə Fransa imperatriçası və Napoleon Bonapartın birinci arvadı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mari Jozef Roz de Taşer de la Pajeri (Jozefin onu Napoleon Bonapart əzizləmək məqsədilə adlandırmışdır) dənizçi zabit Jozef Qaspard de Taşerin, şəkər qamışı plantasiyasına malik xırda mülkədar ailəsinin qızı olan Roze Kleyr des Ver(j/c)er de Sanno ilə nikahından Martinik adasında ikinci qızı olaraq dünyaya gəlmişdir. Uşaqlığını Martinikdə keçirən Mari Jozef Roz de Taşer de la Pajeri 1773 cü ildən Fort de Fransda qızlar pansionatına gedir və 13 dekabr 1779 cu ildə fransız ordusunun zabiti Vikomt de Boharne ilə evlənir. Bu nikahdan iki övladı: Yevgeni (Ejen) de Boharne və Hortenziya de Boharne dünyaya gəlir. 1794 cü ildə əri terrorun qurbanı olur. Tək qalan Mari Jozef Roz de Taşer de la Pajeri uşaqları ilə Martenikə dönməyə məcbur olur. Lakin siyasi mühitin yumşalmasından sonra təzədən Fransaya dönməyə qərar verir.
9 Trimador çevrilişindən sonra yaxın dostu Barras Polun köməyi və dəstəyi ilə o zamanlar az tanınan general Bonapartla tanış olur və 9 mart 1796 cı ildə onunla nikaha girir. Napolenun onu ehtirasla sevməsinə baxmayaraq ona sıx bağlanaraq hətta onun ağır xasiyyətinə və gəzəyən ər xüsusiyyətlərinə dözür.
Jozefinin keçmişi və övladsız nikah Napoleonun ailəsində bir o qədər də müsbət qarşılanmırdı.
2 dekabr 1804 cü ildə Notr-Dam de Pari məbədində Napoleon Jozefini imperatriça elan edəndə məhz buna görə anası Leti(s/ç) mərasimdə iştirakdan imtina etmişdir. Bu sonsuz nikah saray və imperiya qanunlarına cavab vermirdi. 15 dekabr 1807 cu ildə Napoleon Jozefin ilə boşanmaq qərarını verir və 10 yanvar 1810-cu ildə boşanma rəsmən təsdiq edilir.
İmperatriça titulunu saxlamaqla Evrö yaxınlığına köçür. Sonradan Parisdən 20 km aralı Malmizon iqamətgahında öz saray sviti ilə təm təraqlı həyat sürərək ömrünün sonuna qədər orada yaşayır. Burada o, rus çarı I Aleksandr ilə görüşmüşdür.
Ölümü
[redaktə | mənbəni redaktə et]29 may 1814 cü ildə Parisdən 20 km aralıdakı iqamətgahında – Malmezonda ağır fəsadlaşmış laringitdən və nəfəs yollarının ödemindən əzab çəkərək vəfat edir. Jozefina Boharne müqəddəs Piyer və müqəddəs Paul (fr. Saint-Pierre et Saint-Paul ) kilsəsində dəfn edilmişdir.
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://rkd.nl/explore/artists/459191.
- ↑ 1 2 Joséphine de Beauharnais // RKDartists (nid.).
- ↑ 1 2 3 RKDartists (nid.).
- ↑ 1 2 Josephine // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Kindred Britain.