Kövsəri
Kövsəri | |
---|---|
Əqil Kövsəri Ərdəbili | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Ərdəbil |
Vəfat tarixi | XVII əsr |
Vəfat yeri | İsfahan |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | fars dili |
Janr | məsnəvi |
İlk əsəri |
Şirin və Fərhad Leyli və Məcnun |
Əqil Kövsəri Ərdəbili — XVII əsrdə yaşayıb Nizami ənənələrini davam etdirən Azərbaycan şairlərindən biri.
Həyatı və yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Kövsəri Səfəvilər sülaləsindən I Şah Abbas (1587-1629) dövründə İsfahanda (Səfəvilərin həmin dövr paytaxtı) yaşayıb-yaratmışdır. Kövsərinin “Leyli və Məcnun”, “Şirin və Fərhad” [1] poemalarından başqa digər əsərləri məlum deyildir. Məhəmmədəli Tərbiyət “Daneşməndane-Azərbaycan” adlı əsərində Kövsəri haqqında yazır:
“Kövsəri Ərdəbildəndir, sufiməniş və dərvişməsləş olub nüqtəvilər təriqətinin banisi Mahmud Pəsxani Gilalinin canişinlərindən biridir.” [2] |
Tədqiqi
[redaktə | vikimətni redaktə et]Müasir İran alimlərindən doktor Tələt Bəsari Tehranda nəşr olunan “Suxən” jurnalında nəşr etdirdiyi “Çöhreye Şirin” adlı məqaləsində Firdovsinin, Nizami və onun xələflərinin Şirin haqqında şeirlərindən nümunələr vermişdir. Alim buraya Kövsərinin də adını daxil etmişdir. Amma nədənsə şairin şeirlərindən nümunə gətirməmiş və yalnız adını çəkməklə kifayətlənmişdir.[3]
Müasir Azərbaycan alimlərindən R. Azadə özünün “Azərbaycan epik şeirinin inkişaf yolları” adlı əsərində Kövsərinin həyat və yaradıcılığına diqqət yetirib,, onun “Şirin və Fərhad” əsərinin geniş təhlilini vermiş, şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dəyərləndirmişdir.[4]
İstinadlar və Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ AMEA Əlyazmalar İnstitutunda Kövsərinin "Şirin və Fərhad" poemasının iki əlyazma nüsxəsi saxlanılır.
- ↑ M. Tərbiyət - Daneşməndane-Azərbaycan, Tehran, 1314, səh. 316
- ↑ Q. Beqdeli – Şərq Ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 312-314
- ↑ R. Azadə - Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XIII əsrlər) Bakı, Elm, 1975.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Q. Beqdeli – Şərq Ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970
- R. Azadə - Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XIII əsrlər) Bakı, Elm, 1975