Maqnitoqorsk
Maqnitoqorsk | |||||
---|---|---|---|---|---|
Магнитогорск | |||||
|
|||||
53°23′ şm. e. 59°02′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1929 | ||||
İlk məlumat | 1743 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 370 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 3519 | ||||
Poçt indeksi | 455000–455999 | ||||
Digər | |||||
magnitogorsk.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Maqnitoqorsk (rus. Магнитогорск) — Rusiyanın Çelyabinsk vilayətində şəhər. Eyni adlı şəhər dairəsini təşkil edir. Çelyabinsk vilayətinin inzibati ərazi bölgüsünə uyğun olaraq regional tabeliyində olan şəhərdir. Cənubi Uralın böyük mədəniyyət və biznes mərkəzi, dünyanın ən böyük qara metallurgiya mərkəzlərindən biridir.[2] Federasiya subyektlərinin mərkəzləri olmayan ən böyük şəhərlərdən altıncısıdır.
1920-ci illərin sonu - 1930-cu illərin əvvəllərində Sovet İttifaqının ilk sosialist şəhərlərindən biri kimi yaradılmışdır.
Şəhərdə iri metallurgiya istehsalının mövcudluğuna görə Maqnitoqorsk tarixən postsovet məkanında ekoloji cəhətdən ən əlverişsiz şəhərlərdən biri olub. Son onilliklərdə Maqnitoqorsk Dəmir-Polad Zavodunun istehsalının modernləşdirilməsi proqramı həyata keçirilmişdir ki, bu da atmosferə atılan tullantıların əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. 2018-ci ilə qədər Maqnitoqorsk Roshidromet tərəfindən havanın ən çox çirkləndirildiyi şəhərlər siyahısına daxil edilmişdir.[3] 2021-ci ilə qədər şəhərdə havanın çirklənmə səviyyəsinin artması qeydə alınıb.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Xalqlar | Əhali sayı | göstərilən milliyyətlər, % ilə |
---|---|---|
ruslar | 338 595 | 84,74 % |
tatarlar | 20 433 | 5,22 % |
başqırdlar | 15 172 | 3,88 % |
ukraynlar | 6101 | 1,56 % |
qazaxlar | 4130 | 1,05 % |
taciklər | 1993 | 0,51 % |
beloruslar | 1473 | 0,38 % |
ermənilər | 1216 | 0,31 % |
çuvaşlar | 1210 | 0,31 % |
azərbaycanlılar | 1024 | 0,26 % |
digər milliyyətlər | 6967 | 1,78 % |
milliyyəti göstərənlərin cəmi | 391 314 | 100,00 |
Maqnitoqorsk şəhər okruqunun bütün əhalisi | 407 775 |
Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]- Atırau, Qazaxıstan
- Brandenburq-na-Hafel, Almaniya
- Qomel, Belarus
- Dauqavpils, Latviya
- Huayan, Çin Xalq Respublikası
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://rosstat.gov.ru/storage/mediabank/OkPopul_Comp_2023_Site.xlsx (rus.). 2023.
- ↑ "Вести.ru". 2009-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-04.
- ↑ "Росгидромет назвал города с наиболее загрязненным воздухом". ТАСС. 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.