Menaxem Begin
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Menaxem Begin | |
---|---|
ivr. מנחם בגין | |
1977 – 1983 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 avqust 1913[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 1992[2][3][…] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 3 |
Dini | İudaizm |
Hərbi xidmət | |
Döyüşlər |
|
Rütbəsi | Kapral |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Meçislav Volfoviç „Menaxem“ Begin (16 avqust 1913[1][2][…], Brest, Rusiya imperiyası – 9 mart 1992[2][3][…], Tel-Əviv[4]) — tanınmış siyasi xadim, İsrailin 7-ci baş naziri (1977-1983).
Həyatı
[redaktə | vikimətni redaktə et]M.Begin 1913-cü il avqustun 16-da Brest-Litovskda anadan olub[6].
1943-cü ildə M.Begin “İrqun” təşkilatının rəhbəri seçilir. Həmin gündən başlayaraq o ingilis mandatlığına qarşı açıq mübarizəyə başlayır. İngilis əsgərlərinə hücumlar və terror aktları təşkil edir. Qüdsdəki ingilislərin mənzil-qərargahının partladılmasından sonra ingilislər onun başına 30 min dollar pul mükafatı qoyurlar.
M.Begin İsrailin azadlığı uğrunda müharibənin fəal iştirakçılarından biri olub.
1948-ci ildə İsrail dövləti yaranandan sonra M.Begin “İrqun”un əsasında “Xerut” (“Azadlıq”) partiyasını yaradır və onun rəhbəri kimi Knessetdə ilk müxalifət lideri olur.
1949-cu il yanvarın 25-də Knessetə seçkilərdə onun partiyası 11,5 faiz səs qazanır.
1967-ci ildə İsraillə ərəb ölkələri arasında baş verən altıgünlük müharibə ərəfəsində M.Begin ilk dəfə olaraq portfelsiz nazir kimi hökumətin tərkibinə daxil oldu və 1970-ci ilə qədər bu postda qaldı.
1973-cü ildə “Likud” blokunun yaranmasından sonra bu bloka rəhbərlik etməyə başladı. Nəticədə 1977-ci il seçkilərində qalib gələrək baş nazir seçildi və İsrailin tarixində ilk dəfə olaraq sağçı hökumət qurdu.
Baş nazir kimi hakimiyyətdə olduğu dövrdə bir sıra iqtisadi və sosial islahatlar həyata keçirib.
Aktiv xarici siyasət yürüdən M.Begin 1978-ci ildə imzalanan “Kemp-Devid” sülh müqaviləsinə görə Misir prezidenti Ənvər Sadatla birgə Nobel sülh mükafatına layiq görülüb.
Livana hücumun uğursuzluğu və həyat yoldaşının ölümündən böyük sarsıntı keçirən M.Begin 1983-cü il sentyabrın 15-də vəzifəsindən istefa verib.
1992-ci il martın 9-da İsrailin paytaxtı Tel-Əvivdə dünyasını dəyişib.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 חה"כ מנחם בגין. Knesset.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Menachem Begin // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118508296 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ "1913-cü ildə anadan olan və dünyasını dəyişən məşhurlar". 2012-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.
- 16 avqustda doğulanlar
- 1913-cü ildə doğulanlar
- Brestdə doğulanlar
- 9 martda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 78 yaşında vəfat edənlər
- Təl-Əvivdə vəfat edənlər
- İsraildə dəfn olunanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Belaruslu Nobel mükafatı laureatları
- Aşkenazi yəhudiləri
- Nobel Sülh mükafatı laureatları