Mortal Kombat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mortal Kombat seriyası
The text "Mortal Kombat"
JanrlarFaytinq oyunu
YaradıcılarEd Bun və Con Tobias
NəşrçilərMidway Games
NetherRealm Studios
İlk buraxılışMortal Kombat

Mortal Kombat (azərb. Ölümcül döyüş‎, qısa variantı: MK) – "Action" (ing. Hərəkətli) janrında hazırlanan oyunlardan biridir. "Midway Games" kompaniyası tərəfindən yaradılmışdır. "Mortal Kombat" oyunu rəngarəng döyüş fəndləri ilə seçilir. Bu döyüş fəndlərində qəddarlıq müşahidə olunur.

"Mortal Kombat" videooyunu 1991-ci ildə Ed Bun, Con Tobias, Con Vogel və Den Forden tərəfindən hazırlanmağa başlanır.[1] İlk vaxtlarda Ed Bun və Con Tobias videooyun qəhrəmanının Jan-Klod Van Dammın olacağını düşünürdülər. Lakin yeni hazırlanacaq videooyun, janrındakı qəddarlıq xüsusiyyətinə görə "Street Fighter II" kimi döyüş janrlı oyunlardan fərqlənməli idi. Bu səbəbdən oyunun məzmunu dəyişdirilir.[2] Personajlardan yalnız "Conni Keyc" Jan-Klod Van Dammın xüsusiyyətini daşıyırdı.[3] Həmçinin, digər oyunlardan fərqli olaraq bu oyunda kompüter qrafiklərindən olan şifrəli spraytlardan istifadə edilmişdir. "Mortal Kombat" videooyunu 1992-ci ildə "Midway Games" kompaniyası tərəfindən istehsal edilmişdir.

Klassik seriyalar olan "Mortal Kombat" (1992), "Mortal Kombat 2" (1993) və "Mortal Kombat 3" (1995)", həmçinin, onların əlavəsi "Ultimate Mortal Kombat 3" (1995) və "Mortal Kombat Trilogy" (1996) seriyaları 2D janrında hazırlanmışdır. "Mortal Kombat 4" (1997) seriyasından başlayaraq seriyalar 3D formatında hazırlanmağa başlanılır. "Mortal Kombat: Armageddon" (2006) seriyası özündə bütün epizodlarıdakı personajları ehtiva edərək "Mortal Kombat" seriyalarının müasir süjet xəttini bitirir. 21 aprel 2011-ci il tarixində "Xbox 360", "PlayStation 3" kimi platformalar üçün "Mortal Kombat" adlı videooyun istehsal edilmişdir. Ardınca PC, "PS Vita" platformaları üçün hazırlanmışdır. Videooyunda "Unreal Engine 3" hərəkətindən istifadə edilir. Geympley daha çox "Mortal Kombat" seriyasının 2D formatında hazırlanmış klassik seriyalarına bənzəyir.

Oyunun seriyaları

[redaktə | mənbəni redaktə et]
İl Videooyun Qeydlər
1992 Mortal Kombat
1993 Mortal Kombat 2
1995 Mortal Kombat 3
1995 Ultimate Mortal Kombat 3
1996 Mortal Kombat Trilogy
1997 Mortal Kombat 4
1997 Mortal Kombat Mythologies: Sub-Zero Baş qəhrəman: Sab-Ziro
1999 Mortal Kombat Gold Seriyanın altıncı nəsil videooyun platformasında istehsal edilmiş ilk epizodu
2000 Mortal Kombat: Special Forces Baş qəhrəman: Ceks
2001 Mortal Kombat: Advance
2002 Mortal Kombat: Deadly Alliance
2003 Mortal Kombat: Tournament Edition
2004 Mortal Kombat: Deception
2005 Mortal Kombat: Shaolin Monks Baş qəhrəmanlar: Liu Kenq və Kunq Lao
2006 Mortal Kombat: Unchained Fransada "Mortal Kombat: Mystification" adı ilə tanınır
2006 Mortal Kombat: Armageddon Seriyadan əvvəlki epizodların bütün personajlarını ehtiva edir
2007 Mortal Kombat vs. DC Universe
2011 Mortal Kombat
2015 Mortal Kombat X
Personajlar
MK1 MK2 MK3 UMK3 MKT MK4 MKDA MKD MKA MK9 (2011)
  1. "Mortal Kombat: Ed Boon Interview". Official Nintendo Magazine. October 23, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 2, 2009.
  2. "Mortal Kombat Deception Instruction Booklet". Midway Amusement Game, LLC. 2004. p. 15.
  3. GamePro 58 (May 1994), page 28–31

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]