Nepotizm
Bu məqalə qaralama halındadır. |
Nepotizm ( lat. nepos, yiy. hal. nepotis "nəvə, bacıoğlu, qardaşoğlu", həmçinin — qohumbazlıq, tayfabazlıq, favorotizmin bir növü, imtiyazların, vəzifələrin qohum və dostlara - onların peşəkar qabiliyyətlərindən asılı olmayaraq - verilməsi (məs. işə qəbul zamanı).
Tarixi mənada - Roma Papalarının hakimiyyətlərini gücləndirmək məqsədilə gəlirli vəzifələrin, yüksək kilsə rütbələrinin və torpaqlarının öz yaxın qohumlarına paylanması.
Tarixi
[redaktə | mənbəni redaktə et]Orta əsrlərdə Roma Papaları öz hakimiyyətlərini və ən əsası öz nəsil və törəmələrinin firavan gələcəklırini təmin etmək üçün yaxın qohumlarına aktiv şəkildə kardinal rütbələrini (kardinal papaqları) və kilsə torpaqlarını verərlərmiş[1]. İlk zamanlar bunlar bacı- və qardaşoğulları olduğundan "nepotizm" adı da burdan götürülmüşdür. Sonralar, əsasən də XV-XVI əsrlərdə kəbindənkənar uşaqlar da bu siyahıya əlavə olunmuşdur. Məs., VI Aleksandr öz oğlunu, Papa III Pavel isə öz nəvələrini kardinal etmişlər. Bu tendensiya daha çox İntibah dövründə geniş yayılmışdır. Bu dövrdə Roma Papaları italyan knyazlarına çevrilmiş və öz çoxsaylı varisləri üçün hersoq və knyazlıqlar almaga çalışırdılar. Beləliklə də Orsini, Konti, della Rovere, Mediçi, Borcia, Pikkolomini, Savelli kimi çoxlu sayda "papa" sülalələri əmələ gəlmişdir.
Nepotizm XVII əsrə qədər davam etmişdir. XIX əsrdə demək olar ki, yoxa çıxmışdır. Papa IX Piy zamanında "qara nəciblər" (ital. aristocrazìa nera) termini meydana gəlmişdir: bunlar İtaliya Krallığı tərəfindən hakimiyyəti məhdudlaşdırılan Papa ilə qohumluq əlaqələri olan aristokrat ailələri (Paçellilər, Bonkompanyilər, Borqezelər, Barberinilər, Pamfililər, Kicilər, Odeskalkilər, Lüdovizilər, Albanilər, Ruspolilər, Ruffolar, Orsinilər, Massimolar, Kaetanilər, Kolonnolar və s) idi. XVIII əsrdən başlayaraq neopotizm yoxa çıxmağa başlamışdır. XIX əsrdə kilsə ierarxiyasında neopotizm tədricən heçə enmişdir.
Müasir zamanda
[redaktə | mənbəni redaktə et]Müasir dövrdə ekspertlər nepotizmin halı də bu və ya başqa formada bir çox ölkələrə mövcud olduğunu göstərirlər. Yüksək rütbəli məmurlar öz hakimiyyətlərini ailə üzvləri və övladlarına ötürə bilmədiklərindən bunu öz vəzifə səlahiyyətlərindən və qeyri-formal əlaqələrindən istifadə edərək yaxın qohumlarına, məsələn, böyük işgüzar strukturlarda yüksək vəzifə vermək üçün istifadə edirlər. Nepotizmin ziyanı ondadır ki, insan yeni vəzifəyə öz peşəkar qabiliyyətlərinə uyğun olaraq deyil, peşəkar seçim olmadan və çox halda ümumiyyətlə yaxşı mütəxəssis olmadığı halda təyin olunur.
BMT Korrupsiya ilə Mübarizə Konvensiyasında nepotizm korrupsiyanın bir növü sayılır. Bir çox ölkələrdə buna görə ağır cəza tətbiq olunur. Misal üçün 2004-cü ildə Norveç Qırmızı Xaç Komitəsinin rəhbəri xəstəxana təmirinin sifarişini qardaşlarının rəhbərlik etdiyi şirkətə verdiyi üçün beş il yarım müddətinə həbsə məhkum olunub.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Favoritizm
- Traybalizm
- Pornokratiya
- Korrupsiya
- Oliqarxiya
- Meritokratiya
- Qohumbazlıq
- Yerlibazlıq
- Tayfabazlıq
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-17.