One Piece
One Piece (ワンピース, Wan Pīsu?, azərb. Van Pis) — Eyiçiro Odanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. Manqa Weekly Shonen Jump jurnalında 1997-ci ilin iyulun 19-dan seriallaşır. Fəsilləri 105 tankobon cildə yığılmışdır.
Eyiçiro Odanın saytında elan olub ki, bu manqa Ginnesin Rekordlar Kitabına "bir müəllifin yaratdığı ən çox nüsxə satan bir komiks seriayası" kimi düşdü. 2014-cü ilin dekabr ayına kimi dünyanın 30-dan çox ölkəsində onun 320 milyon 866 min nüsxəsi çap olunub,[1] bu onu tarixdə ən yaxşı satılan manqa edir.
Dünya
[redaktə | mənbəni redaktə et]One Piece dünyasının əhalisi insanlar, balıq insanları, miklər (humanoid heyvanlar) və s. ağillı varlıqlardan ibarətdir. Onun əsas hissəsi Red Layn (赤い土の大陸(レッドライン), Reddo Rain?) adlı bu dünyanın tək qütbü olan nəhəng dağ sistemi ilə ayrılan iki okeandan ibarətdir.[2] Red Layna perpendikulyar axan Qrand Layn (偉大なる航路(グランドライン), Gurando Rain?) dənizibu okeanları daha bir dəfə dörd dənizə bölür: Nors Blu (北の海(ノースブルー), Nōsu Burū?), İst Blu (東の海(イーストブルー), Īsuto Burū?), Vest Blu (西の海(ウェストブルー), Uesuto Burū?) və Saus Blu (南の海(サウスブルー), Sausu Burū?).[3]
Məzmun
[redaktə | mənbəni redaktə et]Serial Dəniz Quldurlar Kralı (海賊王, Kaizokuō?) olan Qol D. Rocerin edamından başlanır. Ölməkdən əvvəl onun One Piece (ひとつなぎの大秘宝 (ワンピース), Wan Pīsu?) adlı həzinəsinin haqqını onu ilk tapanına verdiyini elan edib, beləliklə Böyük Pirat Dövrünü (大海賊時代, Daikaizokujidai?) başlayır: saysız piratlar Qrand Layna həzinəyi tapmaq üçün yollanırlar.
Rocerin ölümündən iyirmi iki ildən sonra Manki D. Luffi adlı oğlan da One Piece tapıb, Dəniz Quldurlar Kralı olmaq üçün İst Blu dənizindən öz səyahətini başlayır.
Media
[redaktə | mənbəni redaktə et]Manqa
[redaktə | mənbəni redaktə et]Eyiçiro Oda tərəfindən yazılan və çəkilən manqa 1997-ci ilin iyulun 19-dan bəri Weekly Shōnen Jump jurnalında nəşr olunur. Həmin ilin 24 dekabrından o, "Shueisha" tərəfindən tankobonlara toplanılır.[4] Ümumilikdə 1055 fəsili və 105 tankobon cildi var.[5]
Anime
[redaktə | mənbəni redaktə et]Festival animesi
[redaktə | mənbəni redaktə et]Production I.G istehsalı "One Piece: Defeat Him! The Pirate Ganzack!" animesi 1998-ci ildə keçirilən "Jump Super Anime Tour" tədbiri üçün rejissor Qoro Taniquçi tərəfindən çəkilib.[6] 2008-ci ilin iyulda One Piece: Romance Dawn Story adlı ikinci film Toei Animation tərəfindən Jump Super Anime Tour üçün istehsal olunub.[6]
Anime serial
[redaktə | mənbəni redaktə et]Manqanın anime serialı adaptasiyası Toei Animation studiyası tərəfindən istehsal olunmuşdur. İlk dəfə 1999-cu ilin oktyabrın 20-də Yaponiyanın Fuji Television kanalında yayımlanmışdır. Ondan bəri 700-dən çox seriyası çıxmışdır və serial hələ də davam edir.[7].
Tammetrajlı anime
[redaktə | mənbəni redaktə et]Hal-hazırda ümumilikdə "One Piece" əsasında çəkilmiş 13 tammetrajlı anime mövcuddur.[8]
OVA
[redaktə | mənbəni redaktə et]2010-cu ildə çıxan "One Piece Film Strong World: Episode 0" anime OVA-sı "0-cı fəsil" adlı manqanın anime adaptasiyasıdır. Orada Rocerın ölümündən öncə və sonraki hadisələr göstərilir.[9]
Videooyunlar
[redaktə | mənbəni redaktə et]"One Piece" əsasında 2000-ci ilin iyunun 19-da çıxan ilk oyun "WonderSwan Color" üçün olan "From TV Animation — One Piece: Become the Pirate King!" idi.[10] Yaponiyadan başqa yerlərdə də çıxan ilk oyun isə PlayStation 2 və Nintendo GameCube platformaları üçün olan "One Piece: Grand Battle! Rush" idi.[11]
Musiqi
[redaktə | mənbəni redaktə et]Anime serialının bəstəkarları Kohey Tanaka ilə Şiro Hamaquçidir.[8]
Kitablar
[redaktə | mənbəni redaktə et]Ranobe
[redaktə | mənbəni redaktə et]Birinci ranobe eyniadlı OVA-nın əsasında yazılıb, 1999-cu ilin iyunun 3-də çıxmış "One Piece: Defeat The Pirate Ganzak!" idi.[12] 2000-ci ilin iyulun 17-də isə Loq Taun qübbənin adaptasiyası olan "One Piece: Logue Town Chapter" adlı ranobesi çap edilmişdir.[13] 2001-ci ilin martın 19-da çıxan "Clockwork Island Adventure" ranobe şəkildə adaptasiya olunmuş franşizin ilk tammetrajlı animesi olub.[14] Adoptasiya olunmuş ikinci qübbə Apis adlı qız və əjdahalar haqqında idi. "One Piece: Thousand-year Dragon Legend" adlı ranobe versiyası 2001-ci ilin dekabrın 25-də yayımlanıb.[15] 2002-ci ilin martın 22-də "Chopper's Kingdom on the Island of Strange Animals", 2003-cü ilin martın 10-da "Dead End no Bōken",[16][17] 2004-cü ilin martın 22-də "Curse of the Sacred Sword", 2005-ci ilin martın 14-də "Dead End no Bōken",[18][19] 2006-cı ilin martın 6-da "The Giant Mechanical Soldier of Karakuri Castle", 2007-ci ilin martın 7-də "The Desert Princess and the Pirates: Adventures in Alabasta",[20][21] 2008-ci ilin fevralın 25-də isə "Episodes of Chopper Plus: Bloom in the Winter, Miracle Cherry Blossom"[22] tammetrajlı animenin ranobe adaptasiyası üzə çıxıb.
Soraq kitabçaları və artbuklar
[redaktə | mənbəni redaktə et]"One Piece: Color Walk 1" adlı ilk qrafik albom 2001-ci ilin iyulunda,[23] ingilis tərcüməsi isə 2005-ci ildə yayımlanmışdır[24]. "One Piece: Color Walk 2" 2003-cü ilin noyabrın 4-də,[25] "One Piece: Color Walk 3 — Lion" adlı üçüncü albom isə 2006-cı ildə nəşr olunub[26]. "Eagle" altbaşlıqlı dördüncü və "Shark" altbaşlıqlı beşinci albom müvafiq olaraq 2010-cu ilin mart və dekabr ayında satışa buraxılıb.[27][28] "One Piece: Color Walk 6 — Gorilla" isə 2014-cü ilin yanvar ayında çıxıb.
Manqanın əsasında "One Piece: Red — Grand Characters" adlı ilk soraq kitabçası 2002-ci ilin martın 2-də nəşr olunub,[29] "One Piece: Blue — Grand Data File" adlı ikincisi həmin ilin avqustun 2-də,[30] "One Piece: Yellow — Grand Elements" adlı üçüncüsü 2007-ci ilin aprelin 4-də,[31] "One Piece Green: Secret Pieces" adlı dördüncüsü 2010-cu ilin noyabrın 4-də,[32] "One Piece Blue Deep: Characters World" adlı beşinci soraq kitabçası isə 2012-ci ilin martın 2-də[33] üzə çıxıb. Anime soraq kitabçası isə "One Piece: Rainbow!" başlığın altında 2007-ci ilin mayın 1-də çıxıb.[34]
Netflix serialı
[redaktə | mənbəni redaktə et]2017-ci ildə Weekly Shōnen Jump jurnalın redaktoru Hiroyuki Nakano bəyan edib ki, Tomorrow Studios və Shueisha One Piece manqanın 20 il yubileyi ilə əlaqədar Amerkikan serialı istehsal etməyə başlayacaqlar.[35][36]
Mədəni təsir
[redaktə | mənbəni redaktə et]2020-ci il Tokio Olimpiadasında yunan atlet Miltiadis Tentoglou kişilər arasında uzunluğa tullanma yarışında qızıl medal qazanmazdan əvvəl "Gear Second" pozası verdi.[37] Meyvə milçəyindəki (Drosophila melanogaster) bir gen qismən One Piece personajı Buggy-dən ilham alaraq "Baramisin" adlandırıldı. Gen bir neçə hissəyə bölünmüş zülalı kodlayır.[38]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "One Piece Manga Sets Guinness World Record for Copies Printed for Comic by Single Author". Anime News Network. 14 iyun, 2015. 2015-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar, 2016.
- ↑ Oda, Eiichiro. ヤルキマン·マングローブ. 11人の超新星. One Piece (Japanese). 51. Shueisha. September 2008. ISBN 978-4-08-874563-3.
- ↑ Oda, Eiichiro. リヴァースマウンテン. 伝説は始まった. One Piece (Japanese). 12. Shueisha. February 2000. səh. 36. ISBN 4-08-872822-X.
- ↑ "One Piece/1" (Japanese). Shueisha. March 22, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 22, 2009.
- ↑ "One Piece/105" (Japanese). Shueisha. March 3, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 4, 2023.
- ↑ 1 2 Oda, Eiichiro. One Piece 10th Treasures (Japanese). Shueisha. 2007. səh. 30.
- ↑ "Ван-Пис [ТВ] [1999]". World-Art.ru. 2013-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08.
- ↑ 1 2 "One Piece (TV)". Anime News Network. 2013-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08.
- ↑ "Eiichiro Oda's One Piece Episode 0 Manga to be Animated (Updated)". Anime News Network. 2017-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08.
- ↑ "From TV Animation: One Piece for WonderSwan". GameSpot. 2009-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 сентября 2008 года.
- ↑ "One Piece Grand Battle for GameCube". GameSpot. 2012-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 сентября 2008 года.
- ↑ "One Piece/倒せ!海賊ギャンザック" (Japanese). Shueisha. August 8, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2009.
- ↑ "One Piece/ローグタウン編" (Japanese). Shueisha. February 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2009.
- ↑ "One Piece/ねじまき島の冒険" (Japanese). Shueisha. October 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2009.
- ↑ "One Piece/千年竜伝説" (Japanese). Shueisha. February 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2009.
- ↑ "One Piece/珍獣島のチョッパー王国" (Japanese). Shueisha. August 8, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2009.
- ↑ "One Piece/デッドエンドの冒険" (Japanese). Shueisha. August 8, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2009.
- ↑ "One Piece/呪われた聖剣" (Japanese). Shueisha. August 8, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2009.
- ↑ "One Piece/オマツリ男爵と秘密の島" (Japanese). Shueisha. August 6, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2009.
- ↑ "One Piece The Movie/カラクリ城のメカ巨兵" (Japanese). Shueisha. August 8, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2009.
- ↑ "劇場版One Piece/エピソード オブ アラバスタ 砂漠の王女と海賊たち" (Japanese). Shueisha. January 11, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2009.
- ↑ "One Piece/エピソードオブチョッパー 冬に咲く、奇跡の桜" (Japanese). Shueisha. September 27, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2009.
- ↑ "One Piece Color Walk Art Book, Vol. 1". Viz Media. December 25, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 22, 2008. (#invalid_param_val)
- ↑ "One Piece Blue Deep: Characters World". Shueisha. 2013-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.
- ↑ Fukuda, Kazuaki. "Popular manga 'One Piece' to be remade into live-action TV drama". The Japan Times. July 21, 2017. July 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 21, 2017.
- ↑ Birnbaum, Debra. "Tomorrow Studios to Develop Japanese Comic 'One Piece' as Live-Action TV Series". Variety. July 31, 2017. July 31, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2017.
- ↑ "Tokyo Olympics Gold Medal Celebrated With One Piece Pose". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.
- ↑ Hanson, Mark Austin; Cohen, Lianne B.; Marra, Alice; Iatsenko, Igor; Wasserman, Steven A.; Lemaitre, Bruno. "The Drosophila Baramicin polypeptide gene protects against fungal infection". PLOS Pathogens. 17 (8). 2021-08-25: e1009846. doi:10.1371/journal.ppat.1009846. ISSN 1553-7374. PMC 8423362 (#bad_pmc). PMID 34432851 (#bad_pmid).
- Manqa seriyaları
- 1997-ci ilin manqaları
- Şonen anime və manqaları
- 1998-ci ilin anime filmləri
- 2008-ci ilin anime filmləri
- Toei Animation
- Fuji Television verilişləri
- Ginnesin Rekordlar Kitabına düşənlər
- Macəra anime və manqaları
- Quldurlar haqqında anime və manqalar
- One Piece
- Komediya-drama anime və manqaları
- Fentezi anime və manqaları
- Toonami
- 1999-cu ilin anime serialları
- 2008-ci ilin anime OVA-ları
- 2009-cu ilin anime OVA-ları
- Döyüş anime və manqaları
- Kiborq haqqında komikslər
- Funimation
- Filmlərə adaptasiya olunmuş manqalar
- Odex
- Shueisha manqaları
- Uydurmada ölçü dəyişmək
- Viz Media manqaları
- Uydurmada müharibələr