Robotics;Notes

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Robotics;Notes
Vizual romanın üzlüyü.
ロボティクス・ノーツ
(Robotikusu Nōtsu)
azərb. Robototexnika qeydləri
Janr romantika, elmi fantastika, triller
Manqa
Yazıçı5pb.
RəssamKeyci Asakava
NəşriyyatMag Garden
DemoqrafiyaŞonen
Nəşr tariximart 2012 – sentyabr 2014
Cildlər6
Video oyun
Hazırlayan5pb.
Nəşr edən5pb.
Janrvizual roman
PlatformaPS3, Xbox 360, PlayStation Vita
Buraxılış tarixiPlayStation 3/Xbox 360
28 iyun 2012
PlayStation Vita
26 iyun 2014
Manqa
Robotics;Notes Phantom Snow
Yazıçı5pb.
RəssamQo
NəşriyyatEnterbrain
DemoqrafiyaSeynen
Nəşr tarixi26 iyul 2012 – hazırda
Cildlər2
Manqa
Robotics;Notes Revival Legacy
Yazıçı5pb.
RəssamTatsuya Şihira
NəşriyyatShueisha
DemoqrafiyaSeynen
Nəşr tarixisentyabr 2012 – hazırda
Cildlər3
Manqa
Robotics;Notes Dream Seeker
Yazıçı5pb.
RəssamTsuzuri Yano
NəşriyyatSquare Enix
DemoqrafiyaŞonen
Nəşr tarixioktyabr 2012 – hazırda
Cildlər1
Anime
RejissorKazuya Nomura
ProdüsserTatsuya Masubara
SsenaristCukki Hanada
BəstəkarTakeşi Abo
Yuki Hayaşi
Asami Taçibana
StudiyaProduction I.G
Digər lisenziyalar
Madman Entertainment
Funimation
Manga Entertainment
KanalFuji TV (Noitamina)
Buraxılış tarixi11 oktyabr 2012 – 21 mart 2013
Seriyalar22 (seriya siyahısı)
Manqa
Robotics;Notes Side Junna: Chiisana Natsu no Monogatari
Yazıçı5pb.
RəssamNB
NəşriyyatKadokawa Shoten
DemoqrafiyaŞonen
Nəşr tarixinoyabr 2012 – hazırda
Cildlər2
Manqa
Robotics;Notes Pleiades Ambition
Yazıçı5pb.
RəssamTokumo Sora
NəşriyyatMedia Factory
DemoqrafiyaSeynen
Nəşr tarixinoyabr 2012 – hazırda
Cildlər3
  Anime və manqa portalı

Robotics;Notes (ロボティクス・ノーツ, Robotikusu Nōtsu?)5pb. tərəfindən istehsal və nəşr olunmuş Yaponiya vizual romanı. Oyun PlayStation 3Xbox 360 konsolları üçün 28 iyun 2012-ci ildə, PlayStation Vita konsolu üçün isə "Robotics;Notes Elite" adı altında 26 iyun 2014-cü ildə yayımlanmışdır. "Robotics;Notes" oyunu 5pb. şirkətinin "Science Adventure" videooyun seriyası çərçivəsindəki "Chaos;Head""Steins;Gate"-dən sonra üçüncü oyunudur.[1]

"Artırılmış elmi macəra" (拡張科学アドベンチャー, Kakuchō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Oyun əsasında 6 manqa adaptasiyası və Production I.G studiyası tərəfindən anime adaptasiyası istehsal olunmuşdur. Anime adaptasiyası Fuji TV-də 2012-ci ilin oktyabrından 2013-cü ilin martına kimi göstərilmişdir. Anime serialı Funimation Entertainment tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.

"Robotics;Notes" elmi fantastika janrında vizual romandır. Oyunçu bir çox personajın prespektivindən (əsasən Kayto Yaşio) oyunu oynamaq imkanına sahibdir. Oyun oyunçudan çox az qarşılıqlı təsir tələb edir, oyunun böyük hissəsi ekrandakı mətnlərin oxunması sərf olunur.[2] Oyunda hekayə və dialoqlar böyük yer tutur. Mətnlə yanaşı Kayto və ya Akihanın söhbət etdikləri şəxsi və arxaplanı təsvir etmək üçün 3D modelləşdirmədən istifadə olunub. Hekayənin müəyyən nöqtələrində oyunçu personaj modellərində və arxaplanda yer alan CG qrafikləri ilə tanış olur. "Robotics;Notes" oyunu çoxşaxəli hekayəyə, buna görə də müxtəlif sonluqlara malikdir. Oyunçunun oyun zamanı verdiyi qərarlardan asılı olaraq hekayə müxtəlif istiqamətdə inkişaf edə və müxtəlif sonluqlarla başa çata bilər.

Oyunçu Kayto personajı ilə oyunu oynayarkən Poke-com triqqerini (ポケコントリガー, Pokekon Torigā?) aktivləşdirə bilər. Poke-com triqqeri "Steins;Gate" oyunundakı Telefon triqqerini əvəz edir. Bu triqqerin vasitəsilə oyunçu Kaytonun tabletindəki tətbiqlərdən istifadə edə bilər:[2][3] Deluoode Map (xəritə tətbiqi); Twipo (ツイぽ, Tsuipo?) (Twitter-ə bənzər sosial şəbəkə tətbiqi, hansı ki, oyunçu qapaqcadan müəyyən edilmiş cavablarla digər personajların tvitlərini cavablandıra bilər)[2][3]Iru-wo (居る夫。, Iruo?) (oyunçuya ətraf mühitlə təmasda olmağa, personajlar və ya cisimlərə etiketlənmiş məlumatları almağa kömək edən artırılmış reallıq tətbiqi).[2][3]

"Robotics;Notes" oyununda oyunçu döyüş oyunları oynamağı sevən Kayto Yaşio personajını mənimsəyir.[4] O, məktəbin robototexnika klubunun üzvüdür.[5] Hekayə baş qəhrəmanın əsas personajlardan birinin dünyaca məşhur döyüş videooyununun mühərrikini hazırladığını öyrənəndə başlayır.[5] Kayto hərəkət yaxalama texnologiyasından istifadə edərək robot yaratmaq qərarına gəlir.[5] Kayto bunun üçün karate klubuna gedib hərəkət yaxalama üçün münasib şəxs axtarmağa başlayır.[5]

Qurma və mövzular

[redaktə | mənbəni redaktə et]

"Robotics;Notes"-da hadisələr 2019-cu ildə, cənubi Yaponiyadakı Kyuşu adasının cənubunda yerləşən Taneqaşima adasında baş verir.[4][6] Oyunun mövzusu robotlardır[1][5][6][7] və oyun "Əgər sən nəhəng robot düzəltməyə çalışsan, nələr baş verir?" sualına cavab axtarır.[8]

Kayto Yaşio (八汐 海翔, Yashio Kaito?)
Səsləndirən: Ryohey Kimura (yapon), Klifford Çapin (ingilis)
Oyunun baş qəhrəmanlarından biridir. Mütəmadi olaraq "Kill-Ballad" döyüş oyununu oynayır və məktəbin robototexnika klubunun üzvüdür. Anemone gəmisi hadisəsindən sonra ürəktutmalardan əziyyət çəkir, zaman onun üçün daha sürətli axır. Kayto əslində robotlarla maraqlanmır, robototexnika klubuna qoşulma səbəbi Akihonun bacısı Misakinin adayı tərk edərkən bacısını ona əmanət etməsidir.
Akiho Senomiya (瀬乃宮 あき穂, Senomiya Akiho?)
Səsləndirən: Yoşino Nanco (yapon), Lindsi Seydel (ingilis)
Baş qəhrəmanlardan biridir və başlanğıcda robototexnika klubunun tək üzvüdür. Kayto kimi Anemone insidentinin qurbanlarından biri olduğundan Akiho da zamanın onun üçün sürətli axmasına səbəb olan ürəktutmalardan əziyyət çəkir. Ən böyük arzusu bacısı Misaki tərəfindən əsası qoyulan nəhəng robotu tamamlamaqdır.
Subaru Hidaka (日高 昴, Hidaka Subaru?) / Mr. Pleyades (ミスター・プレアデス, Misutā Pureadesu?)
Səsləndirən: Yoşimasa Hosoya (yapon), Carrod Qrin (ingilis)
Kayto və Ahiko ilə eyni məktəbə gedən tələbədir. Subaru bir neçə il əvvəl Robo-One çempionu olduğundan Akiho onu həmişə kluba dəvət edir, lakin Subaru atasına robotlarla bir daha məşğul olmayacağına və təhsilini bitirdikdən sonra balıqçı olacağına dair verdiyi sözə görə bu dəvəti rədd edir. Kayto onun gizli şəxsiyyətini açıqlayacağı ilə qorxutduğundan Subaru məcbur kluba qoşulmalı olur.
Frau Kociro (神代 フラウ, Kōjiro Furau?) / Kona Furuqori (古郡 こな, Furugōri Kona?)[9]
Səsləndirən: Kaori Nazuka (yapon), Li Klark (ingilis)
"Kill-Ballad" oyununun yaradıcısı və "Gunvarrel" anime serialının rejissorunun qızıdır. "Gunvarrel" animesinin heyəti Gunvarrelin əslində beyin yıxama proqramı kimi istifadə edildiyini öyrənəndə Komitet 300 tərəfindən öldürülür. İtmiş anasının sonuncu dəfə Taneqaşima adasında göründüyünü öyrənən Frau dəlil tapmaq üçün adaya köçür.
Cunna Daytoku (大徳 淳和, Daitoku Junna?)
Səsləndirən: Sora Tokuy (yapon), Monika Rial (ingilis)
Robototexnika klubunun üzvü və karateçidir.
Ayri Yukifune (行舟 愛理, Yukifune Airi?)
Səsləndirən: Rie Kuqimiya (yapon), Affiya Yu (ingilis)
Kimicima Ko tərəfindən rabitə interfeysinə və proqrama çevrilən qızdır. O, şüuraltı Kimicima üçün casusluq edir. Ayri sağalmaz xəstəliyə malik olduğundan, onun bədəni gələcəyin texnologiyası ilə müalicə olunmaq ümidi ilə dərin yuxuya qoyulmuşdur..
Misaki Senomiya (瀬乃宮 みさ希, Senomiya Misaki?)
Səsləndirən: Kikuko İnoe (yapon), Keytlin Qlass (ingilis)
Akihonun bacısıdır. Anemone hadisədi zamanı Kimicimanın nə etməyə çalışdığını kəşf etmiş və onu öldürmüşdür, lakin zehni onun kiber-ruhu tərəfindən ələ keçirilmişdir.
Mizuka İrey (伊禮 瑞榎, Irei Mizuka?)
Səsləndirən: Takako Honda (yapon), Lidiya Makki (ingilis)
Misakinin ən yaxın dostudur. O, Kimicimanın cəsədini tapmış və onu gizlədərək Misakinin qatil olduğunu gizlətmişdir. Mizuka Komitet 300 tərəfindən öldürülür.
Mitsuhiko Naqafukada (長深田 充彦, Nagafukada Mitsuhiko?)
Səsləndirən: Yoci Ueda (yapon), Robert Makkollum (ingilis)
Misaki və Mizukanın uşaqlıq dostu və robototexnika klubunun məsuliyyətini daşıyan müəllimdir.
Kaoruko Usui (臼井 薫子, Usui Kaoruko?)
Səsləndirən: Toşiko Savada (yapon), Linda Leonard (ingilis)
Kayto məktəbinin baş müəllimidir.
Tetsuharu Fucita (藤田 鉄治, Fujita Tetsuharu?)
Səsləndirən: Nobuaki Fukuda (yapon), Robert Brüs Elliott (ingilis)
"Dok" adı ilə də tanınır. O, "Robo Clinic" adlı robot təmiri mağazasının sahibidir. Cunnanın babasıdır. Robototexnika klubun vacib layihələrində köməklik göstərir.
Ko Kimicima (君島 コウ, Kimijima Kō?)
Səsləndirən: Toşiyuki Morikava (yapon), Erik Veyle (ingilis)
Kimicima raportlarının bir neçə il öldürülmüş müəllifidir. Məlum olur ki, o, Komitet 300 üçün işləmişdir və təcrübədən ötrü bütün sərnişinləri az qala öldürəcək olan Anemone hadisəsinin səbəbkarıdır. Kimicima Misaki tərəfindən dayandırılmış və öldürülmüşdür. Lakin ölməzdən qabaq şüurunu internetə yükləyə bilmişdir və indi Komitet 300-ün planını reallaşdıraraq dünya əhalisinin böyük hissəsini məhv edə biləcək Günəş partlayışına səbəb olmaq niyyətindədir. İnsanları aldatmaq üçün Kimicima raportlarından istifadə edir və zehinlərini ələ keçirdiyi Misaki və Geciyə əmrlərini yerinə yetirməyə məcbur edir. Sonda Kay Daru tərəfindən hazırlanmış virusla Kimicimanı məhv edir.
Keniçiro Senomiya (瀬乃宮 健一郎, Senomiya Ken'ichirō?)
Səsləndirən: Takehiro Koyama (yapon), Bredli Kempell (ingilis)
Akiho və Misakinin atası və JAXA-nın yerli şöbəsinin başçısıdır.
Sumio Naqafukada (長深田 澄夫, Nagafukada Sumio?)
Səsləndirən: Tetsuo Kanao (yapon), Devid Uold (ingilis)
Mitsuhikonun dayısı və Space Ame şirkətinin prezidentidir. O, reklam qarşılığında robototexnika klubunun layihələrini maliyyələşdirir (robotların üzərində şirkətin adı yazılır).
Hiromu Hidaka (日高 宏武, Hidaka Hiromu?)
Səsləndirən: Hiroyuki Kinoşita (yapon), Bill Cenkins (ingilis)
Subarunun atasıdır. Oğlunun robotlarla məşğul olmasına qarşıdır və onun gələcəkdə balıqçı olmasını istəyir.
Toşiyuki Savada (澤田 敏行, Sawada Toshiyuki?)
Səsləndirən: Şiniçiro Miki (yapon), Çak Huber (ingilis)
Komitet 300-ün üzvlərindən birinin oğludur. Lakin Komitet 300-ə müqavimət göstərməyə qərar vermiş və bu məqsədlə gizli təşkilat qurmuşdur.
Nae Tennoci (天王寺 綯, Tennōji Nae?)
Səsləndirən: Ayano Yamamoto (yapon), Brina Palencia (ingilis)
Steins;Gate-də də görünmüş personajdır. Hazırda 20 yaşı var və JAXA üçün işləyir.
DaSH
Əsl adı İtaru Haşida olub Steins;Gate-in əsas personajlarından biridir. Nae, eləcə də, digər "Steins;Gate""Chaos;Head" personajları kimi o da Savadanın gizli təşkilatı üçün işləyir. Kimicima tərəfindən yaradıldığından Iru-o proqramına güvənmək mümkün olmadığından İtaru "DG297 3rd Edition ver.4.11" cihazını yaradır. Kimicimanı məğlub etmək üçün virusu o yaradır. O, heç vaxt görünməmişdir, lakin adı görünmüşdür. 2019-cu ildə artıq evlidir və qızı var. "DaSH" "Daru the Super Hacker" ing. "Super haker Daru" mənasını verir, amma son fəsildə hələlik özünü "DaSP" ("Daru the Super Programmer") adlandırır.

"Robotics;Notes" oyununun orijinal konsepti və təməl hekayəsinin hazırlanmasına Şikura başçılıq etmişdir.[8][10] Naotaka Hayaşi oyunun ssenaristi, Tatsuya Matsubara prodüseridir.[1] Personajların dizaynı ilə Tomonori Fukuda, mexaniki dizayn ilə Makoto İşivata məşğul olmuşdur.[4] Oyunun bəstəkarı Takeşi Abodur.[4] Şikura oyun üzərində 2010-cu ilin iyulunda işləməyə başlamışdır.[11][12] Oyunun istehsal komandası Yaponiya Kosmos Araşdırma Agentliyindən (JAXA) dəstək almışdır[5][6][7][8] və Şikuraya görə bu, oyunun elmi mövzularını daha real göstərməyə imkan yaratmışdır.[5] Nitroplus da oyunun istehsalında müəyyən pay sahibi olmuşdur.[4] Oyun 3D əyaniliyə malikdir və istehsal komandası "Catherine""Idolmaster 2" kimi oyunların 3D modellərini hədəf kimi götürmüşdülər.[13]

Buraxılış tarixi

[redaktə | mənbəni redaktə et]

"Robotics;Notes" ilk öncə 5pb. şirkətinin rəsmi saytı vasitəsilə 22 dekabr 2010-cu ildə anons edilmişdir. Oyun haqqında detallar 5pb. şirkətinin CEO-su Çiyomaru Şikuranın həmin tarixdə "Famitsu" jurnalının yayımlanmış buraxılışında nəşr edilmiş müsahibəsində verilmişdi.[10] "Robotics;Notes" oyunu "Chaos;Head" (2008) və "Steins;Gate" (2009)[7] oyunlarından sonra 5pb. şirkətinin yaratdığı "Science Adventure" franşizinin 3-cü oyunudur.[5][8] Oyunun uyğunlaşdırılacağı platformalar açıqlanmamış Şikura əvvəlki işlərini dəstəkləmiş fanatları sevindirəcəklərini bildirmişdir.[5][6][8] O həmçinin oyunu 2011-ci ildə tamamlamağı hədəflədiklərini demişdir.[5][7][8] Oyun PlayStation 3Xbox 360 platformaları üçün 28 iyun 2012-ci ildə yayımlanmışdır.[14] PlayStation 3 versiyası Remote Play dəstəyinə malikdir. 26 iyun 2014-cü ildə "Robotics;Notes Elite" adı ilə nəşr olunmuş oyunun PlayStation Vita versiyası yeni xüsusiyyətlərə və əlavə animasiya səhnələrinə malik idi.[15][16] Ağırlaşdırılmış versiyadakı personajlar yenidən modelləşdirilmiş və yeni animasiya səhnələri təqdim olunmuşdur.[17]

Keyci Asakavanın rəssamlığı ilə hazırlanmış "Robotics;Notes" adlı manqa adaptasiyası 2012-ci ilin martından 2014-cü ilin sentyabrına kimi Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunmuşdur.[18][19] Manqanın altı tankobon cildi 10 iyul 2012-ci ildən[20] 10 sentyabr 2014-cü ilə[21] kimi nəşr olunmuşdur. Qo tərəfindən çəkilmiş "Robotics;Notes Phantom Snow" adlı ikinci manqa Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" onlayn jurnalı vasitəsilə 26 iyul 2012-ci ildən çap olunmağa başlamışdır. 14 sentyabr 2013-cü ilə kimi iki tankobon cildi çap olunmuşdur.[22] Üçüncü manqa — "Robotics;Notes Revival Legacy" Tatsuya Şihara tərəfindən çəkilmişdir və Shueisha nəşriyyatının "Ultra Jump" jurnalında 2012-ci ilin sentyabrından nəşr olunur.[23][24] Manqa 19 dekabr 2012-ci ildən 17 yanvar 2014-cü ilə kimi üç tankobon cilddə toplanmışdır.[25][26]

Tsuzuri Yano tərəfindən çəkilən "Robotics;Notes Dream Seeker" (Robotics;Notes ドリームシーカー?) adlı dördüncü manqa "Square Enix"-in "Monthly Shōnen Gangan" jurnalında 2012-ci ilin oktyabrından serializasiya olunur.[27] İlk cildi 21 sentyabr 2013-cü ildə çapdan çıxmışdır.[28] Beşinci manqa "Robotics;Notes Side Junna: Chiisana Natsu no Monogatari" (Robotics;Notes Side Junna: 小さな夏のものがたり?) rəssam NB tərəfindən çəkilmişdir və Kadokawa Shoten nəşriyyatının "Shōnen Ace" jurnalında 2012-ci ilin noyabrından yayımlanır. İlk cildi 26 noyabr 2012-ci ildə,[29] ikinci cildi 25 aprel 2013-cü ildə nəşr olunmuşdur.[30] Tokuma Sora tərəfindən çəkilmiş "Robotics; Notes Pleiades Ambition" adlı altıncı manqa Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalında 2012-ci ilin noyabrından yayımlanır.[31] 27 iyul 2013-cü ilə qədər 3 tankobon cildi çapdan çıxmışdır.[32]

Production I.G tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası Fuji TV-də 11 oktyabr 2012-ci ildən 21 mart 2013-cü ilə kimi göstərilmişdir.[33][34] 1-11-ci seriyalarda açılış mahnısı kimi Zwei qrupu tərəfindən ifa olunan "Junjō Spectra" (純情スペクトラ, Junjō Supekutora?, azərb. "Sadəlövh spektr"‎) mahnısından, bağlanış mahnısı kimi Fumika tərəfindən ifa olunan "Umikaze no Brave" (海風のブレイブ, Umikaze no Bureibu?, ing. "Okean brizinin cəsarəti") mahnısında istifadə olunmuşdur. Qalan seriyaların açılış mahnısı Haruki tərəfindən ifa olunan "Hōkyō no Messiah" (咆筺のメシア, Hōkyō no Meshia?, ing. "Məsih qanunu") mahnısı, bağlanış mahnısı isə Kanako İto tərəfindən ifa olunan "Topology" (トポロジー, Toporojī?, azərb. "Topologiya"‎) mahnısı olmuşdur. Funimation animeni 12 oktyabr 2012-ci ildə saytında yayımlamaq üçün lisenziyalaşdırmışdır.[35]

"Famitsu" oyunun PlayStation Vita versiyası "Robotics;Notes Elite" oyununa 30/40 xal vermişdir.[36]

  1. 1 2 3 "科学アドベンチャーシリーズ第3弾『ロボティクス・ノーツ』のティザームービーを独占公開!【映像配信】" (Japanese). Famitsu. December 29, 2010. August 26, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 24, 2016.
  2. 1 2 3 4 Robotics;Notes Instruction Manual. 5pb. June 28, 2012.
  3. 1 2 3 "『ロボティクス・ノーツ』遊びの幅を広げる新システム【4日連続第3弾】" (Japanese). Famitsu. August 11, 2011. September 13, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2012.
  4. 1 2 3 4 5 "『ロボティクス・ノーツ』科学アドベンチャーシリーズ第3弾ついに情報解禁!!" (Japanese). Famitsu. 2011-08-04. 2012-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2016.
  5. 1 2 3 4 5 6 7 8 9 10 Gantayat, Anoop. "Robotics;Notes Teaser Trailer". andriasang. December 29, 2010. January 1, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 6, 2016.
  6. 1 2 3 4 Gantayat, Anoop. "Tetsuya Nomura details the January press conference. BlazBlue and Classic Dungeon sequels for PSP". andriasang. December 20, 2010. July 7, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 6, 2016.
  7. 1 2 3 4 Gantayat, Anoop. "5pb. Progressing With Hideo Kojima and Suda 51 Tie-up Project". andriasang. December 20, 2010. December 28, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 6, 2016.
  8. 1 2 3 4 5 6 "5pb.が科学アドベンチャーシリーズ第3弾ロボティクス・ノーツを始動" (Japanese). Livedoor. December 23, 2010. October 5, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 6, 2016.
  9. "TV ANIMATION ROBOTICS;NOTES【TVアニメーション「ロボティクス・ノーツ」". Aniplex. 15 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2016.
  10. 1 2 "科学アドベンチャーシリーズ第3弾『ロボティクス・ノーツ』始動!" (Japanese). 5pb. December 22, 2010. December 26, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 6, 2016.
  11. Gantayat, Anoop. "Hideo Kojima Working With 5pb. CEO On New Adventure Game". andriasang. July 17, 2010. September 17, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 6, 2016.
  12. "「Steins;Gate」の開発元5pb.の志倉氏らが考えるコンテンツ戦略――"原作"たり得る表現メディアとしてのノベルゲーム" (Japanese). 4Gamer.net. July 17, 2010. September 23, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 6, 2016.
  13. Gantayat, Anoop. "5pb. Announces New Adventure Games". andriasang. February 17, 2011. 26 February 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 may 2016.
  14. "Robotics;Notes Game Slated for June 28". Anime News Network. February 21, 2012. 2012-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2016.
  15. "【先出し週刊ファミ通】タイトルも新たに『ロボティクス・ノーツ エリート』がPS Vitaで登場(2014年3月13日発売号)" (Japanese). Famitsu. March 11, 2014. 11 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2016.
  16. "Robotics;Notes Game Gets PS Vita Port This Winter". Anime News Network. July 24, 2013. 2013-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2016.
  17. "Robotics;Notes has new anime, updated 3D models on PS Vita". Gematsu. March 28, 2014. 28 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 may 2016.
  18. "科学ADV第3弾「ROBOTICS;NOTES」浅川圭司がマンガ化" (Japanese). Comic Natalie. January 30, 2012. March 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2016.
  19. "Robotics;Notes Manga to End in July". Anime News Network. June 30, 2014. 2014-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2016.
  20. "Robotics;Notes 01" (Japanese). Amazon.co.jp. İstifadə tarixi: 25 aprel 2016.
  21. "ROBOTICS;NOTES 6(完) (BLADE COMICS)" (Japanese). Amazon.co.jp. İstifadə tarixi: 25 aprel 2016.
  22. "ROBOTICS;NOTES Phantom Snow(2) (ファミ通クリアコミックス)" (Japanese). Amazon.co.jp. İstifadə tarixi: 25 aprel 2016.
  23. "Robotics;Notes Manga Adaptation Announced". Anime News Network. June 18, 2012. 2012-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2016.
  24. "「ROBOTICS;NOTES」天才腐女子・神代フラウの物語始動" (Japanese). Natalie. August 18, 2012. November 8, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2016.
  25. "ROBOTICS;NOTES Revival Legacy 1 (ヤングジャンプコミックス・ウルトラ)" (Japanese). Amazon.co.jp. İstifadə tarixi: 25 aprel 2016.
  26. "ROBOTICS;NOTES REVIBAL LEGACY 3 (ジャンプコミックス)" (Japanese). Amazon.co.jp. İstifadə tarixi: 25 aprel 2016.
  27. "「ROBOTICS;NOTES」瀬乃宮あき穂の物語がガンガンで" (Japanese). Natalie. September 12, 2012. September 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2016.
  28. "ROBOTICS;NOTES ドリームシーカー(2) (ガンガンコミックス)" (Japanese). Amazon.co.jp. İstifadə tarixi: 25 aprel 2016.
  29. "Robotics;Notes Side Junna:小さな夏のものがたり (1)" (Japanese). Amazon.co.jp. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2016.
  30. "ROBOTICS;NOTES Side Junna:小さな夏のものがたり -2 (カドカワコミックス・エース)". Amazon.co.jp. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2016.
  31. "最新コミカライズ『Robotics;Notes -Pleiades Ambition-』新規カット公開! アニメ試写会情報も!!" (Japanese). Media Factory. September 10, 2012. October 27, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2016.
  32. "ROBOTICS;NOTES -Pleiades Ambition- 3 (アライブコミックス)". Amazon.co.jp. İstifadə tarixi: 25 aprel 2016.
  33. "Robotics;Notes Anime Series Coming to Noitamina in October". Anime News Network. March 30, 2012. 2012-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2016.
  34. "『ロボティクス・ノーツ』2012年10月にノイタミナ枠でアニメ化決定" (Japanese). Famitsu. March 30, 2012. April 1, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2016.
  35. "Funimation Streams Code:Breaker, Kamisama Kiss, Jormungand, Psycho-Pass, Robotics;Notes, Oniai". Anime News Network. October 9, 2012. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2016.
  36. "Famitsu Review Scores: Issue 1332". Gematsu. June 17, 2014. July 20, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]