Op-art

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Op-art (ing. op art: ing. optical art; optik sənət) — təsviri sənətdə neoavanqard cərəyan, abstrakt sənətin son modifikasiyalarından biri.

Əsasını Fransada yaşayan macar rəssamı Vazareli Vaşarxey qoymuşdur. Op-art sahəsində ilk təcrübələr 1940-50-ci illərə aiddir. Cərəyan kimi 1960-cı illərdən yayılmışdır. Op-art əsərlərinin əsasını cizgi, məkan və rəng münasibətlərinin tədricən dəyişməsindən, sadə həndəsi fiqurların dəfələrlər təkrarından əmələ gələn və optik illüziya yaradan ritmik kombinasiya təşkil edir.

Op-art vasitəsilə yaradılan optik və dekorativ effektlər sənaye qrafikası, plakat, dekorataiv-tətbiqi sənət və tərtibat sənətində (poliqrafiya, reklam, toxuculuq, vitrin və iteryerlərin tərtibatı) tətbiq olunur.

  • ASE, VII cild, Bakı, 1983. səh. 353.