Qatar
Qatar | |
---|---|
ing. train | |
| |
İcadı |
Buxar maşını, lokomotiv, 1804, {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
İstismarı | 27 sentyabr 1825 |
Sürəti | 581 km/saata qədər |
Tətbiqi | Sərnişin və yükdaşınma |
İnfrastrukturu | Dəmir yolu, elektrik şəbəkəsi |
Qatar — ən azı bir lokomotiv tərəfindən dartılan, bir-birinin ardınca qoşulmuş sərnişin və ya yük vaqonlarından ibarət texniki avadanlıqdır.[1] Burada insanlar rahat və təhlükəsiz səyahət edə bilərlər.
Qatar növləri
[redaktə | mənbəni redaktə et]Qatarların aşağıdakı növləri vardır;
- Yük,
- Sərnişin. Turizmdə dəmiryolu nəqliyyatının əhəmiyyəti böyükdür. Sürət və təhlükəsizlik baxımından avtomobil nəqliyyatından daha yaxşıdır.
- Post,
- Qartəmizləyən,
- Hərbi,
- Təsərrüfat.
Azərbaycanda qatardan istifadə
[redaktə | mənbəni redaktə et]Azərbaycan və MDB məkanında komfortu artırılmış sərnişin qatarlarından da istifadə olunur. Azərbaycan dəmir yolu xəttində maksimal sürət 100 km/saat-a çatır. Bu həm yük, həm də sərnişin qatarlarına aiddir.
Qatarların uzunluğu onun tərkibindən və lokomotivin gücündən asılı olaraq təyin olunur. Məsələn, sərnişin qatarlarının uzunluğu 20 vaqona qədər ola bilər.
Qatara xidmət etmək üçün qatar briqadasından istifadə olunur. Sərnişin qatarlarında bu briqadaya maşinist, onun köməkçisi, elektromexanik və bələdçilər daxildirlər. Yük qatarlarında isə daha az işçi, yalnız maşinist və onun köməkçisi çalışır.
Rekord sürətlər
[redaktə | mənbəni redaktə et]Qatarlarda rekord sürət fransız qatarı TJV-ə (fransıca TGV) məxsusdur. İlk dəfə bu qatarla 28 fevral 1981-ci ildə 380 km/saat əldə olunmuş və sonralar yaxşılaşdırılmışdır: 1989-cu ildə 513 km/saat, 1990-cı ildə 515,5 km/saat, 3 aprel 2007-ci ildə isə 574 km/saat olmuşdur.
2 dekabr 2003-cü ildə yaponiyanın Yamanasi şəhərində "Maqlev" qatarı dünya rekordunu vurur o 518 km/saat sürəti əldə edir. Bu qatarda xüsusi yollardan istifadə edilmişdir. Qatar adi halda olduğu kimi dəmir yolda düyürcəklərin üzərində yox, maqnit yastığında oturdulur. Buna görə də hərəkət zamanı qatar dəmir yolda diyirlənməyərək, "havada üzür".
Qatar tarixində ən yüksək gündəlik sürət Yaponiyada əldə edilir: qatar "Nadzomi" hər gün orta sürətlə 261,8 km/saat qət edir. Fransada isə TJV orta hesabla 259,4 km/saat sürətə malik olur.
Yük qatarı
[redaktə | mənbəni redaktə et]Toplu yüklərin daşınması dəmir yolu nəqliyyatının üstünlüklərindən biridir. Yükləmə və boşaltma zamanı aşağı və ya praktiki olaraq sıfır xərclər, həmçinin aşağı enerji xərcləri qatarlara bu cür malları yol ilə müqayisədə daha ucuz nəql etməyə imkan verir.[2]
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ "İkimərtəbəli qatarın xüsusiyyətləri". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
- ↑ "Beynəlxalq dəmir yolu nəqliyyatı". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-21.