Rafael Moneo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rafael Monoe
José Rafael Moneo Vallés
Şəxsi məlumatlar
Doğum tarixi (87 yaş)
Doğum yeri Tudela, İspaniya İspaniya
Vətəndaşlığı İspaniya İspaniya
Təhsili
  • Madrid Texniki Universiteti[d]
İşləri və nailiyyətləri
Əsas tikililəri Kursaal sarayı
Üzvlüyü
Mükafatları
Pritsker mükafatı
Pritsker mükafatı
- (1996), RIBA Kral Qızıl Medalı - (2003)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rafael Moneo (9 may 1937, Tudela) - İspaniyalı memar.

Rafael Moneo 9 may 1937-ci ildə İspaniyanın Tudela şəhərində anadan olmuşdur. Madrid Texnik Universitetində memarlıq təhsili almağa başlayan Rafael 1961-ci ildə məzun oldu. Həmçinin universitetdə oxuduğu 1958-1961-ci illəri arasında Madriddə memar Xavier Saenzin ofisində işlədi. Dünyanın bir çox universitetində dərs vermiş memar 1985-1990-ci illərdə Harvard Universitetində dərs verib.

Məşhur yenidənqurma layihələri arasında Madriddə yerləşən Vilyahermoza sarayı (Tissen-Bornemisza muzeyi), Prado muzeyi, Roma İncəsənəti Milli Muzeyi, Atoka qatar stansiyası var. Digər işləri arasında Saraqosadakı Dyester fabriki, Malyorkadakı Xoan Mura Fondunun binası və Loqronodaki bələdiyyə binası da yer alır.[1]

Kursaal sarayı

Rafael Moneonun ABŞ-dəki işləri arasında Los-Ancelesdə Meryəm Ana Kafedralı, Massaçusetsdə yerləşən Uellesli Kollecinə aid Deyvis İncəsənət Muzeyi və Hyustondakı Gözəl Sənətlər Muzeyinin genişləmə layihəsinin bir parçası olan Edru Cons Bek binası və Rod İzlanddakı Rod İzland Dizayn Məktəbinə aid Çeys Mərkəzi daha məşhurdur.

1996-cı ildə Pritsker mükafatının qalibi olmuşdur. 12 noyabr 2003-cü ildə isə RIBA Kral Qızıl Medalını qazanmışdır.[2] Rafael Moneo 2010-cu ilin yanvarından Nyu-Yorkun Kolumbiya Universitetində dərs verməkdədir.

  1. "Arxivlənmiş surət". 2016-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  2. "Arxivlənmiş surət". 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.